Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə138/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   134   135   136   137   138   139   140   141   ...   196
Milli Kitabxana

328


- Dediniz: dövlətli olmasın.

- Dedik: olmasın.

- Dediniz: bəy, xan, ağa, xozeyin olmasın.

- Dedik: olmasın.

- İndi nə deyirsiniz ki, çadra olmasın. Bax, mən buna yoxam!.. Bu vaxt həyətdə

qışqırıq qopdu.

- Yenə Məşədi Səfər arvadını döyür. Haraya gedim, - deyə Səlimə nənə həyətə

çıxdı.


- Qulam, Məşədi Səfər kimdir? - deyə İbrahim sordu.

- Məşədi  Səfər  bu  evin  sahibidir.  Özü  də quzu  cildinə girmiş  bir  qurddur.

Danışanda deyirsən ki, əski bir kommunistdir. Ləqəbi də "Siyasətçi"dir. Yəqin ki,

bir azdan sonra özü buraya gələcəkdir; çünki hər bir belə ittifaqda mənim yanımda

özünü safa çıxarıb, arvadı Səkinəni taqsırlandırır.

Doğrudan  da,  bir  azdan  sonra  Məşədi  Səfər  söylənə-söylənə içəri  girdi.

Cavanlarla salamlaşdı. İbrahimə işarə edərək:

- Yəqin  yoldaş da fikir edəcəkdir ki,  mən davakar, arvad incidən bir adamam.

Əsla, yox. Mirzə Qulam təsdiq edər ki, mən köhnəpərəst deyiləm. Oğlum da onun

yanında  oxuyur,  qızımı  da  bu  ildən  uşaq  bağçasına  qoymuşam,  ancaq  bu  evi

yıxılmış  arvad  evini-eşiyini  atıb  küçələrə düşübdür  ki,  mən  mollanın  təqlidini

çıxaranlara  tamaşa  edəcəyəm. Mən  deməyirəm  ki,  tamaşa  etməsin,  lakin  qabaqca

evini,  həyətini süpürsün,  xörəyi  hazır  etsin,  uşaqların  qarnını  doydursun,  sonra

hansı cəhənnəmə istəyirsə, itilib getsin. Mirzə Qulam bilir ki, mən bu arvaddan nə

əziyyət və məşəqqət çəkirəm. Nə üçün? Çünki bu bədbəxt qızı bədbəxt, elmsizdir,

ay  kaş  bu  Şura  hökuməti  otuz-qırx  il  bundan  irəli gəlmiş  olaydı!  Onda  biz  də

oxumuş, tərbiyəli ailə sahibi olmuşduq.

Burada Məşədi Səfər bir nəfəsini alıb kursüdə oturdu.

- Mirzə Qulam, məni yoldaşla tanış etmədin. Yoldaş nə iş sahibidir?..

- Ay  Məşədi  Səfər,  qurma  saat  kimi  aramsız  zınqrovunu  çalırsan.  Heç  fürsət

verirsənmi  ki,  tanış  edim? – deyə Qulam  cavab verdi.  Sonra  məşədiyə mənalı

baxışla:


- Bizim yoldaş yazıçıdır!

Məşədi  Səfər,  bunu  eşitcək,  cəld  yerindən  qalxıb,  iki əli  ilə İbrahimin əlini

sıxaraq:

- Yoldaş,  sizinlə tanış  olmağa  çox  şadam!  Mən  yazıçıları  artıq dərəcədə

sevirəm. Bəlkə, artıq-əskik söz danışdım, məni əfv edəsiniz.



Milli Kitabxana

329


Mən  özüm  çox  basavad  adamam;  qəzet-jurnal  gecə və gündüz əlimdən  düşmür.

Ələlxüsus  siyasəti  çox  sevirəm.  Ləqəbim  də "Siyasətçi'.'dir.  Ancaq  yoldaş,  Şura

hökumətinin  bir  siyasətini  mən  başa  düşə bilmədim.  Bu  barədə fikrinizi  bilmək

istərəm.


- Dediniz: allah yoxdur.

- Dedik: yoxdur.

- Dediniz: peyğəmbər, imam yoxdur.

- Dedik: yoxdur.

- Dediniz: din, məzhəb, şəriət, quran, oruc, namaz yoxdur.

- Dedik: yoxdur.

- Dediniz: məscid, molla, seyid, mərsiyəxan yoxdur.

- Dedik: yoxdur.

- Dediniz: ünas ilə zükur

1

müsavidir.



- Dedik: müsavidir.

- Axırda dediniz: əskidən bizə miras qalmış çadra yox olsun.

- Dedik: yox olsun.

- İndi də deyirsiniz ki, papaq da yox olsun. Bax, bunda mən yoxam!..

Bunu eşitdikdə İbrahim gülümsünərək dedi:

- Məşədi Səfər, bir belə "müqəddəs" şeydən əl çəkə bildin, nə üçün bu "namus"

papağından əl çəkə bilməyirsən?

- Yoldaş,  görünür  ki,  mətləbə dərindən  fikir vermədiniz.  Mənim  sözüm

papaqda  deyil,  siyasətdədir.  İstəyirsiniz  bu  saat  bu  papaq əvəzinə başıma  nəinki

kepka,  lap  lodrağan  (lüteran)  qalpağı  qoyum.  Mən  köhnəpərəst  deyiləm;  Mirzə

Qulam təsdiq edər, ancaq bir mənə deyin görüm, Azərbaycanda nə qədər can var?

- Təxminən iki milyon yeddi yüz min, - deyə Qulam cavab verdi.

- Atan  oldu  rəhmətlik,  bu  miqdarın  yeddi  yüz  minini  papaq  geyməyənlərə

çıxaq,  yarısını  ünas  tayfasına,  yerdə qalar  bir  milyon.  Demək,  papaq  geyən  bir

milyon candır. Orta hesab ilə ildə on min dəri lazımdır. Dərinin birini 30 manatdan

götürsək, hökumətimiz ildə 3 milyon  manat itirir. Bax,  mən bu siyasəti başa düşə

bilməyirəm, indi fikrimi anladınızmı? – deyə Məşədi Səfər sordu.

- Məşədi  Səfər,  nə üçün  ticarət  siyasətinizə qadınların  çadralarını  daxil

etməyirsiniz?

Qadınlarla kişilər




Milli Kitabxana

330


- Onun  bu  mətləbə dəxli  yoxdur.  Mən  köhnəpərəst  deyiləm, çadranın  atılması

tərəfdarıyam.  Mən  arvadım  Səkinəyə min  dəfə demişəm  ki,  arvad,  bu  mirası  at

getsin,  lakin  o  özü  atmayır.  Qadınlara  zor etməyi  vicdanım  qəbul  etməyir, - deyə

Məşədi Səfər meydana çağırıcı bir nəzərlə baxdı:

- Məşədi Səfər, qadını döyməyə vicdanınız necə yol verir?

- Yoldaş, o lazımdır; çünki qadın tayfası uşaq tayfası kimidir. Onlara quru söz

kar  etməz,  yeri  gəldikdə döymək  lazımdır.  Yoldaş,  mətləbdən  kənara  çıxdıq.

Sualıma cavab gözləyirəm.

Qulam dedi:

- Məşədi Səfər, siz, necə ki, bir alış-verişçi...

- Rica edirəm, səhvinizi düzəldiniz, mən sənətkaram.

- Bəli,  siz  sənətkarsınız,  ancaq  siz  hökumətin  hər  bir  tədbirindən  sandıqçalara

para  toplamaq  gözləyirsiniz;  bu  yalnız  bir  nəzərdir.  Hökumət,  maarif,  səhiyyə və

qeyri  mədəni  işlərə milyonlar  sərf  etdikdə öz  para  sandıqlarını  güdməyir,  dəri  və

çadradan gələn paranı öz böyük məqsədinə qurban edir.

- Məşədi Səfər, izninizlə bir sual da mən vermək istəyirəm.

- Buyur, yoldaş yazıçı.

- Sizin sənətiniz nədir?

- Mənim?.. Sənətim?.. Nə üçün soruşursunuz? Onun mətləbə dəxli yoxdur.

- Heç, bilmək istəyirəm.

- Mən... papaqçıyam.

- Onda  mətləb  aydın  oldu...  Məşədi,  hökumətin  bu  yeni  tədbirindən  nə üçün

xofa düşmüsünüz, o da aydın oldu.

- Yox,  yoldaş,  vicdanım  haqqı  səhv  edirsiniz...  Mən  elə adam  deyiləm.  Mirzə

Qulam təsdiq edə bilər.

- Yenə zalım  qızının  səsi  gəlir.  Gedim  görüm  uşaqları incitməyir  ki, - deyə

Məşədi Səfər qalxıb getdi.

İbrahim soruşdu:

- Qulam, sən nədə yoxsan?

- Mən də çadra ilə papağın indiyə kimi yaşamasında yoxam.




Milli Kitabxana

331



Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin