Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə176/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   172   173   174   175   176   177   178   179   ...   196
Milli Kitabxana

412


Kazım  özü  də bilirdi  ki,  bu  söz  oğlu  tərəfindən  bir  bəhanədir,  çünki Əlimərdanın

özü  elmsiz  bir  cavan  idi.  Üç-dörd  il  məktəbdə oxuyub,  ancaq  ana  dilində bir az

savad  qazanmış  idi.  Hacı  Kazım  oğlunun  bu  barədə də sözünü  kəsmək  üçün

oxumuş  qız  arayırdı.  Həmin  şəhərdə Hacı  Kazım  ilə həmsinn  Cəmaləddin  ismidə

bir  mülkədar  yaşayırdı.  Cəmaləddin  nəcib  şəxslərin  biri  idi.  Onun  ata-babası  öz

zamanlarında  böyük  bir  mülkə sahib  olmuşdular,  ancaq  knyaz  Cəmaləddinin

vaxtında  o  böyük  mülk  tələf  olub,  bir  cüzi  hissəsi  qalmışdı  ki,  onun  ilə də knyaz

özünü  və övrətini  bir  tövr  ilə saxlayırdı.  Knyazın  övrəti  Kamilə xanım  Anatollu

Tofiq  Paşanın  qızı  idi.  Kamilə xanımın,  ana  tərəfindən  Cəmaləddinə qohumluğu

çatırdı.


Hacı  Kazım  ilə knyaz  Cəmaləddin  cavanlıqdan  bir-birilə dost  idilər.  İndi  isə

dostluqları  daha  da  möhkəmləşmişdi.  Hacı  Kazım  oğlunun,  guya  tərbiyəli  qız

tapmamaq səbəbinə evlənməkdən baş qaçırtmasını dostu Cəmaləddinə söyləmişdi.

O  da Əlimərdan  istədiyi  qızı  tapmağa  söz  vermişdi.  Amma  buna  Hacı  Kazımın

ümidi  yox idi, cünki  uşaqdan böyüyə kimi  şəhərlərinin  hamı adamlarını tanıyırdı:

oğlu istədiyi qız orada yox idi, amma bu xeyir işə bir ittifaq səbəb oldu: üç gün idi

ki, Kamilə xanımın bacısı Nəcibə xanım ona qonaq gəlmişdi. Kamilə və Nəcibədən

başqa  Tofiq  paşanın  üç  oğlu  və iki  qızı  da  var  idi.  Bu  böyük  külfəti  ancaq  öz

təqaüdi ilə dolandırırdı və onlara lazımınca tərbiyə vermişdi.

Kamilə xanım  atasının  qocalığını  və qardaşlarının  körpəliyini  mülahizə edib

Əlimərdana  getməyini  Nəcibəyə təklif  etdi,  o  da  bu  təklifi  qəbul  etdi.  Atasının

razılığına  Kamilənin  şübhəsi  yox  idi.  Məktub  vasitəsilə yazıb,  Nəcibənin  izinini

istədi.

Hacı  Kazım  bu  işə artıq  dərəcədə şad  idi  və oğlunun da  belə nəcib  şəxslər  ilə

qohum  olmağa  razı  olmasına  şübhəsi  yox  idi.  Bu  səfər  hacının  zənni  düz  oldu:

Əlimərdan bu əmrə şadlıqla razı oldu. Tezliklə Nəcibə xanımın atasından da razılıq

məktubu gəldi. Hacı Kazım çox böyük cah-cəlal ilə oğlunun toyunu etdi.

Nəcibə on yeddi yaşında qayət, gözəl bir anatollu qızı idi. Gözəlliyi dərəcəsində

də elm və tərbiyə almışdı.

Nami  qoyulmuş  "Nəcibə"liyi  hər  bir əsərindən  aşkar  olurdu. Əlimərdan

Nəcibəni  ürəkdən  sevib  onun  təsir  göstərməyi  ilə bir  az  müddətdə cəmi  fəna

əməllərini bilmərrə tərk etdi. Bu iki cavanın bir-




Milli Kitabxana

413


biri ilə olan gözəl rəftarı və dolanacaqları şəhər cavanları üçün dərs olmuşdu.

Tarix  hicrinin  1303-də,  baharın əvvəlində,  Nəcibədən  hekayəmizin  qəhrəmanı

Əşrəf təvəllüd etdi.

Əşrəfin  dünyaya  gəlməsi  babası  Hacı  Kazımın  qəflətən  vəfat  etməsinə səbəb

oldu. Belə ki, Hacı Kazımın Həsən adında bir qoca xidmətçisi vardı. Bu xidmətçi

Əlimərdana lələlik etməyinə görə hamı ona Həsən lələ nami verib çağırardı. Həsən

lələ Əlimərdanı çox istəyirdi və onun böyüyüb, indi evli kişi olmasını əsla nəzərə

almayıb,  yenə də lələlik  vəzifəsindən əl  götürməyirdi.  Hacı  Kazım  Həsən  lələyə

dəmişdi  ki,  hərgah Əlimərdanın  oğlu  olsa,  ona  da  lələ olacaqsan.  Bu  da  Həsən

lələni  nəhayət  dərəcədo  şad  etmişdi.  O  idi  ki,  Həsən  lələ hamıdan tez  Nəcibə

xanımın oğlan doğmasını bilib Hacı Kazıma müjdə verməyə qaçdı. O zaman Hacı

Kazım  bazardan  evə gəlirdi.  Qapıya  çatdıqda  Həsən  lələ təngnəfəs  bu  xəbəri  ona

verdi. Hacı Kazımın bu şadlıq xəbərindən ürəyi çatlayıb öldü və intizarını çəkdiyi

nəvəsini görmədi. Bu ittifaq cümləni, ələlxüsus Həsən lələni məyus edib, şadlıqdan

qoydu, o özünü bu barədə müqəssir hesab edib deyirdi:

-

Hərgah mən şadlıq xəbəri ona verməsə idim, onun bağrı çatlayıb ölməzdi.



Atasının  vəfatından  sonra Əlimərdan  ticarət  işini  baş  xadimi Əzimə tapşırıb,

özü gününün çoxunu evdə keçirməyə başladı.

Əşrəf  böyüyüb,  yaşı  altıya  yaxınlaşdı.  Bu,  çox  gözəl,  sağlam  və sevimli  bir

uşaq idi. Nəcibə xanımın elm tərbiyə verməkdə nə dərəcədə qabilə və ustad bir ana

olmağı oğlunun gözəl hüsnü və əxlaqından görünürdü. Əşrəf izinsiz heç bir şeyə əl

vurmazdı,  söyüş  kimi  fəna  xasiyyətlər əsla  onda  yox  idi.  Dili  qayət  şirin  idi.  Sağ

yanağında böyük bir xalı var idi; gülən zaman bu xal üzünün çuxuruna düşüb, ona

xeyli  məlahət  verirdi.  Ata-anası Əşrəfi çox  istəyirdi.  Hər  gün  ona  cürbəcür  libas

geyindirib  gəzdirirdilər.  Atası  onun  üçün  balaca  ikitəkərli  fayton  və bir  eşşək

almışdı.  Həsən  lələ eşşəyi  faytona  qoşub,  gündə Əşrəfi  şəhərdə gəzdirərdi.  Şəhər

əhlinin əksəri onu tanıyıb əzizlərdi. Əlimərdan tanışlarına gülə-gülə deyərdi:

-

Şəhər uşaqları arasında mən bir məşhur adam olmuşam; onlar harada məni



görsələr, "Odur Əşrəfin atası gedir", - deyib, bir-birlərinə göstərirlər.



Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin