Milli Kitabxana
418
ayrılıb, vaqon ilə yola düşdülər. Vaqon axırıncı fitini verib, tərpənəndə, stansiyada
bir övrət qışqırıb, ürəyi getdi. Bu övrət Kamilə xanım idi. Bacısının Sibir kimi yad
və dəşhətli bir ölkəyə getməsinə zavalı arvad səbir edə bilməyirdi. Vaqonun dəmir
pəncərəsindən baxan Nəcibə xanım da bacısını öylə gördükdə bitab olub, yerə
yıxıldı. Əlimərdana gəldikdə, onun ürəyində olan qəm və qüssə bir mərtəbəyə
çatmış idi ki, saatlarla gözünü bir nöqtəyə dikib, harada olduğunu hiss edə
bilməyirdi. Və onu da belə fikrə salan arvad və oğlu idi. O fikir edirdi ki, Sibir
kimi soyuq bir vilayətdə, cənub qönçəsi Nəcibə və Qafqaz çiçəyi Əşrəf necə
dolanacaqlar?!
Əşrəf ata-anası kimi qəmgin deyildi. Çünki Həsən lələnin deməsi ilə Əşrəf öylə
bilirdi ki, özgə vilayətə köçürlər və orada atasının dustaq etməyib, azad edəcəklər.
Bunların vaqonu özgə vaqonlar kimr deyildi. Pəncərələri dəmirdən olub,
qapılarında da əsgər dayanırdı. Bu əsgər həmişə Əşrəfi görəndə nə isə, bir söz
deyirdi və gülümsünürdü. Əşrəf rusca bilmədiyi üçün onun dediyini başa
düşməyirdi. Amma Həsən lələ əsgərlə rusca danışırdı. Həsən lələ tez-tez
stansiyalarda düşüb, Əşrəf üçün yeməli şeylər alırdı. Və bəzən Əşrəfin özünü də
düşürdüb, gəzdirirdi. Səfərin altıncı günü gəlib, böyük bir stansiyaya çıxdılar. Bu
zaman Həsən lələ vağzalda bir səbirli müsəlmanla təzəcə tanış olmuşdu. Onunla
şirin söhbətdə ikən. Əşrəf qeyri adamlarla bərabər vaqondan stansiyaya düşdü.
Həsən lələnin bundan xəbəri olmadı. Bayram günü olduğuna görə stansiyada və
onun ətrafında çox adam var idi. Bir dəstə adam ney çalıb, oynayırdılar, bir dəstə
də, çinli bir oyunçunun cürbəcür oyun göstərməsinə tamaşa edirdi. Vaqondan
düşdükdə Əşrəfin nəzəri bu oyunbaza sataşdı və irəli gedib ona tamaşa etməyə
başladı. Bir azdan sonra vaqon fit verib, hərəkət etdi. Əşrəfin bundan xəbəri
olmadı. Həsən lələnin də başı söhbətə qarışıb, Əşrəfin stansiyada qalmasından
xəbəri olmadı. Çinli oyunbaz oyunu qurtarıb, pul yığmağa başladı. Adamlar yavaş-
yavaş dağılışdılar. Əşrəf də geri qayıdıb, gördü ki, vaqonları yoxdur, getmişdir.
Əşrəf vaqonları getmiş görüb, ağlamağa başladı. Adamlar onun başına yığışıb,
onun kim olduğunu və burada nə qayırdığını xəbər aldılarsa, Əşrəf cavab verə
bilmədi, çünki rus dilini bilməyirdi. Onlar Əşrəfin çərkəsi libasından duydular ki,
bu bir müsəlman uşağıdır və anladılar ki, bu, ata-anasından izinsiz vaqondan
düşüb, burada qalmış-
Milli Kitabxana
419
dır. Onlar Əşrəfin halına çox yanırdılar. Onlardan biri gedib "jandarm" çağırdı ki,
Əşrəfi ona tapşırsınlar. Əşrəf silahlı jandarmı görüb qorxudan qışqırdı və özünü bir
qoca övrətin üstünə atdı, qoca arvad Əşrəfin başını sığallayıb öpdü. Zavalı çocuq
arvadın qucağında qorxusundan tir-tir əsirdi. O, öylə bilirdi ki, jandarmı ona tənbeh
etmək üçün çağırmışlar. Rəhimdil arvad Əşrəfin halına nəhayət yanırdı. Bu qoca
arvadın adı Sofiya Aleksandrovna idi. Nikolay İvanoviç ilə Samara şəhərinə
gedirdilər. Bunun əri orada edadi məktəbində ümumi təbiiyyat müəllimi idi. İndi
bu stansiyada vaqon gözləyirdilər ki, yola düşsünlər. Əşrəf jandarmın qorxusundan
səsini kəsib, Sofiya Aleksandrovnanın qucağına sıxılmışdı. Bu halda Nikolay
İvanoviç gəlib çıxdı. Əhvalatdan xəbərdar olandan sonra Nikolay İvanoviç
jandarma dedi:
- Yəqin ki, bu müsəlman uşağı Sibirə gedən vaqondan düşüb qalmışdır. Siz
gedib stansiya nazirinə məlum edin ki, bu barədə o biri stansiyaya teleqram vursun.
Qoy uşaq da bizim yanımızda qalsın. Buyur bu da mənim "Kart vizitim"dir!
Jandarm "Kart viziti" alıb oxudu: - "Nikolay İvanoviç Barsov Samara edadi
məktəbinin ümumi təbiiyyat müəllimi". Jandarm buna razı olub getdi. Adamlar da
dağılışdılar.
İki rəhmdil qocanın səyi ilə Əşrəf ağlamağını kesib könlü açıldı. Nikolay
İvanoviç Əşrəfin adını bilmək üçün böylə bir dərs başladı. Barmağı ilə arvadını
göstərib dedi: "Sofiya", sonra özünü göstərib dedi: "Nikolay". Əşrəf onun fikrini
anlayıb, hələ soruşmamış əli ilə özünü göstərib dedi: "Əşrəf". Ər və arvad Əşrəfin
böylə bir zehinli uşaq olduğu üçün başını sığalladılar. Jandarmın stansiya nazirinə
əhvalatı deməsinə görə o da teleqraf vurmuşdu. Yarım saatdan sonra xəbər çıxdı ki,
ikinci stansiyanın yaxınlığında vaqon yoldan çıxıb çox ölən və yaralı vardır. Bu
stansiyadan komək istəyirlər. Bu halda Samaraya gedən vaqon gəlib çıxdı. Nikolay
İvanoviç stansiya nazirindən təvəqqe etdi ki, Əşrəfi özü ilə Samaraya aparmağa
izin versin. Bu barədə öz dilindən iltizam kağızı verməyə hazırdır ki, hər vaxt
uşağın ata-anası çıxsa, öz xərci ilə haraya istəsələr, göndərsin. Stansiya naziri buna
razı olub, iltizam kağızını və adresini ondan aldı. Nikolay İvanoviç Əşrəfi götürüb,
özü ilə Samaraya apardı.
Nəcibə xanım gözlərini açıb, vaqonda özünü yorğan-döşək içində gördü. Biçarə
övrət, öylə zəif idi ki, üzlərini də tərpətməyə qüdrəti yox
|