Milli Kitabxana
420
idi: iki gün idi ki, bihuşluğu davam edirdi. Nəcibə xanımın özünə gəlməyinə
Əlimərdan çox şad oldu. Lakin qorxusundan danışdıra bilmədi. Bu halda vaqonun
qapısı açıldı. Nəcibə xanımın gözləri silahlı əsgərə sataşdı. Əlimərdan durub qapını
örtdü. Nəcibə xanım zəif səslə dedi:
-
Nə fəna yuxu gördüm!.. Vaqon dağılmayıbmış...
Əlimərdan arvadının fikri özünə dürüst gəlmədiyini və vaqonun dağılmasını
yuxu bildiyini görüb dedi:
-
Əzizim, azarlı olmağına görə həkim, bir müddət danışmayıb, rahat
olmağını əmr etmişdir. İki gündür ki, acsan, al bir az süd iç!
Əlimərdan Nəcibə xanıma bir qədər südlə bulka yedirtdi. Bir azdan sonra
Nəcibə xanım yuxuya getdi. Əlimərdan isə onun yanında qəmgin və məyus əyləşib
fikrə getdi. "Bir müddətdən sonra Nəcibə yaxşı özünə gələrsə və Əşrəfim hanı? -
deyib sorarsa, nə cavab verəcəyəm, xudaya?"
* * *
O zaman Əşrəf Nikolay İvanoviç və Sofiya Aleksandrovna ilə gəlib, Samara
şəhərinə çatdılar. Vaqonda Əşrəf bir-iki dəfə ağladısa da, axtrda Nikolay
İvanoviçin səyi ilə sakit oldu. Samaraya çatanda Əşrəf, Ədil (Volqa) çayında üzən
gəmiləri görüb, yenə vətənləri yadına düşdü. Lakin bu səfər ağlamayıb, əli ilə
gəmiləri göstərərkən, Sofiya Aleksandrovnaya dedi:
-
Bax, bizim də boylə gəmimiz var idi. Mənim özümün "lodka"m da var idi.
Həsən lələmlə minib gəzirdik.
Sofiya Aleksandrovna "lodka" sözündən başqa bu danışıqdan heç bir şey anlaya
bilmədi. Əşrəfi qucağına alıb dedi:
-
Gözəl, Əşrəfim! Qoy evimizə çataq, sənə bazardan bir yaxşı lodka
alacağam. Çarhovuzumuzda oynadacaqsan. Ondan başqa çoxlu oyun şeyləri də
alacağam. - Əşrəf də bu danışıqdan ancaq "lodka" sözünü başa düşdü.
Barsov aldığı ev, Volqa çayının kənarında tikilmişdi. Bu evin eyvanından çox
gözəl mənzərə açılırdı. Səhərdən axşama kimi cürbəcür gəmilər Volqa çayının
üzərində ağzı yuxarı-aşağı üzürdülər. Əşrəf buradan tamaşa etməyi çox sevərdi.
Milli Kitabxana
421
Bir tərəfdən yolun
əziyyətindən, bir tərəfdəndə
lazımınca müqəyyəd
olunmamaqdan Nəcibə xanımın azarı getdikcə şiddət edirdi. Həsən lələyə gəldikdə,
o da ağır yaraların zərbindən həmişə (böhran) içində olub, danışmağa qadir deyildi.
Həsən lələni azarlılara məxsus olan ayrı bir vaqonda aparırdılar. Əlimərdan Həsən
lələsiz çox əziyyət çəkirdi, çünki rus dilini bilməyirdi; bir şey lazım olanda məəttəl
qalırdı. Uzun səfərdən sonra axırda gəlib, hökumət tərəfindən təyin olunan Sibirdə
Tomsk şəhərinə çatdılar. Bu şəhərdə divan tərəfindən polisə tapşırılıb azad
olundular. Həsən lələ ilə Nəcibə naxoş olduqları üçün, bunları xəstəxanaya almağı
hökumət, mütərcim vasitəsilə, Əlimərdana təklif etdi; ancaq bunu Əlimərdan qəbul
etmədi və mütərcim müsəlmandan təvəqqə etdi ki, onun ilə bərabər şəhərdə mənzil
axtarsınlar; o da razı olub, öz evində kirayəyə oturmalarını təklif etdi. Əlimərdan
çox şadlıqla bunu qəbul etdi. Bu adam Həbibulla adlı tomsklı cavan bir oğlan idi
ki, polissedə yazıçılıq edirdi. Həbibulla yazıçılıq və evlərinin bir hissəsini kirayə
verməklə arvadı Gülsüm ilə bərabər məişət edirdi.
Əlimərdan Həbibulladan üç otaq kirayə edib, burada qaldı. Gülsüm Nəcibə
xanıma ürəkdən qulluq edirdi. Bunun belə ürəkdən çalışmasına görə Nəcibə xanım
yavaş-yavaş sağalmağa başladı. Həsən lələ də sağalmağa üz qoyurdu. Əlimərdan
Həbibullanın gözəl xasiyyətini və onlarla etdiyi yaxşı rəftarı görüb, onu qardaşı
kimi sevirdi. Əlimərdan şəhərə bələd olduqda, orada qafqazlılardan tapıb, onlar ilə
tanış oldu. Onların əksəri Əlimərdan kimi Sibirə sürgün göndərilmişdilər.
Bunlardan bəzilərinin vaxtı tamam olmuşdusa da, buraya öyrəşib daha öz yerlərinə
qayıtmaq istəmirdilər.
* * *
Tomskda qarlı və çovğunlu bir gün idi. Nəcibə xanım otaqda sandalya üstündə
əyləşib, qəmgin-qəmgin bayıra baxırdı. Külək qarı qaldırıb, oraya-buraya çırpırdı;
bacanın gurultusu Nəcibə xanımın qəmini daha da artırırdı.
Şimal qışının bu dəhşətli mənzərəsinə baxır idisə də xəyalı öz yerlərinin gözəl
mənzərələrində idi.
|