Milli Kitabxana
414
Həsən lələyə gəldikdə xalqın Əşrəfə böylə diqqətlə baxıb nəzer yetirdiyinə və
onu tərif edib, "Nə gözəl uşaqdır"! dediklərinə çox acığı tutardı.
-
Axırda birinin uşağa gözü dəyəcəkdir, - deyib Nəcibə xanıma şikayət
edərdi. O da gülüb deyərdi:
-
Göz dəyməkdən qorxma, Həsən lələ, onlar yanlış sözlərdir, ancaq Əşrəfi
fəna xasiyyətli uşaqların yoldaşlığından, tərk ədəb əsərlərindən mühafizə et.
-
Yox, xanım, siz bəd gözün təsirinə inanın... Mən çox ittifaqlar bilirəm, -
deyə Həsən lələ cavab verərdi.
Nəcibə xanım Həsən lələnin çox rəhmdil, saf və sadə bir qoca olmasını nəzərə
alıb, onun köhnə adətlər tərəfdarı olmasını adi bir təbiət sayırdı, ona görə də bu
barədə onun ilə artıq bəhs etməyirdi, o idi ki, bir gecə Əşrəfi soyunduranda onun
boynunda parçaya tikilmiş bir heykəl görüb dedi:
-
Oğlum, bunu kim sənin boynundan asmışdır?
Əşrəf dodaqlarında təbəssümlə, iri və qara gözlərini şivə ilə kiçildib, xeyli
nəzakətlə dedi:
-
Heç kəsə deməzsən ki?
-
Yox, oğlum, heç kəsə demərəm, de!
-
Bunu Həsən lələ asmışdır, dəmişdir ki, heç kəsə demə, bunu assan sənə
göz dəyməz.
Bu, Nəcibə xanımın oğluna verdiyi tərbiyəyə müğayir
1
idisə də, bir tərəfdən
Həsən lolonin Əşrəfə olan məhəbbətini və digər tərəfdən də onun "belə olmasa ona
göz dəyər!" dediyi ilə iztirabda olduğunu nəzərdə tutub, duanı oğlunun boynundan
çıxartmadı.
Atasının vəfatından sonra Əlimərdanın ticarət işi tənəzzül etməyə başladı. Buna
da ümdə səbəb o idi ki, Əlimərdan dükanda əyləşib, ticarət etməyi əsla sevməyirdi.
Onun cavan təbiəti həmişə hərəkətdə olmaq istəyirdi. Uşaqlıqda dənizi çox sevib,
gəmiçiliyi arzu edirdi. Atasının sağlığında ticarət işini irəli aparmaq üçün tez-tez
İstambula səfər edirdi. Bu isə onun dənizə məhəbbətini daha da artırardı. İndi işi
belə görəndə, əsla sevmədiyi xəlçə alış-verişindən bilmərrə əl çəkib, arzusunu
çəkdiyi gəmiçilik fikrinə düşdü, ona görə də dükanının bütün
Zidd
Milli Kitabxana
415
malını satıb, bir gəmi aldı və gəmiçiliklə məşğul oldu. Əlimərdan bu işə çox şad
idi. Amma Nəcibə xanım həmişə qorxuda olub, əsla rahat olmayırdı. Biçarə arvad
hər dəfə dənizin fırtınası qalxanda sübhə kimi yatmayıb, dua edərdi. Belə qorxuda
vaxt keçirmək Necibə xanıma təsir edib, onu gündən-günə arıqladırdı. Nə qədər
ərinə yalvarıb, bu sənətdən əl çəkməsini təvəqqe edirdisə də əri qəbul etməyib rədd
edirdi və deyirdi:
-
Nəcibə, ölüm gələn vaxt hər yerdə olsa aparasıdır; istər rahat evdə və
istərsə də dənizdə olsun.
Nəcibə deyərdi:
-
Mənim rahatlığım üçün səndən təvəqqə edirəm ki, dənizə özün
getməyəsən. Sən xidmətçilərini göndər, özün də hesaba baxarsan.
-
Yox, əzizim, belə olmaz. İş sahibi gorək işinin üstündə olsun.
Görmədinmi istəkli və baş xidmətçimiz Əzim işi nə yerə yetirdi?! Qorxma, inşallah
mənə heç şey olmaz.
Bu sözlər Nəcibə xanımı rahat etməyirdi.
Əlimərdanın evi dənizin kənarında tikilmişdi. Buradan dənizin üzü göz
sürdükcə aydın görünürdü. Əlimərdan səfərdə olan zaman ana və oğlu tez-tez
eyvana çıxıb, durbinlə dənizə baxırdılar ki, görsünlər gəmiləri görünürmü.
Əlimərdanın dənizə olan məhəbbəti oğlu Əşrəfə də sirayət etmişdi. Hətta oyun
şeyləri içində gəmi, lodka, qayıq və başqa dəniz şeylərini qeyrilərindən artıq
sevirdi. Bağçalarında balaca bir göl var idi. Burada Əşrəf lodkada əyləşib, lələsi ilə
gəzirdi. Gah-gah bu göldə balıq tuturdular və çimirdilər. Əlimərdan hər dəfə
dənizdən çıxıb, evinə gələn zaman, Nəcibənin qorxusundan dənizin möhnət və
zəhmətindən əsla danışmayıb, hər yerdə onun tərifini və gözəlliyini söyləyirdi. Bu
nağıllar həmişə Əşrəfə böyük təsir edir və öz ürəyində dənizə olan məhəbbətini
daha da artırırdı. Hətta Həsən lələnin də nağddan içində dəniz xüsusunda olanlarını
artıq sevirdi. Bu məhəbbət Nəcibə xanımı qorxudurdu. Odur ki, deyirdi:
-
Əşrəf, səni, fırtınalı və dəhşətli dənizə buraxmaram! Səni İstambula aparıb
"Məktəbi-hərbiyyəyə" verəcəyəm ki, oradan baban kimi "Paşa" çıxasan!
-
Yox, anacığım! Mən onu istəməyirəm, mən oxuyub "kapitan" olacağam!
Özümün gəmim olacaq və Həsən lələni də orada "matros" edəcəyəm – Əşrəf
anasına bu yol ilə cavab verərdi.
|