Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə174/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   170   171   172   173   174   175   176   177   ...   196
Milli Kitabxana

407


Piri kişi komanın qapısını açıb dedi:

-

Qızım,  bax  gör  nə gözəl  günəş  çıxmış.  Belə havalarda  ancaq  tənbəllər



yatar.

Qaraca  qız  qalxıb  aram  ilə geyinməyə başladı.  Sonra əl-üzünü yuyub  çay

içməyə məşğul oldu. Çaydan sonra bayıra çıxdı. Həqiqətdə günəş xeyli parlaq idi.

Bağı  gəzərkən  Qaraca  qızın  gözünə qarışqa  yuvası  sataşdı.  Bu  qarışqaların  içində

qanadlıları  da  vardı.  Onlar  qalxıb  havada  uçurdular.  Gah  bu  yuvam,  gah  da  o

yuvanın ağzında qaynaşırdılar. Piri kişi Qaraca qıza yaxınlaşıb dedi:

-

Qızım, nəyə baxırsan?



-

Qarışqalara baxıram, baba. Bunların içində qanadlıları da var. Baba, bu nə

üçün?

-

Qızım,  onların  qanadları  həmişəlik  deyildir,  onlar  töküləcəklər.  Bu  gün



qarışqaların toy  günüdür.  Maya  tutandan  sonra  onların  dişilərinin  qanadı  quruyub

düşəcək.


Qaraca qız babasından qarışqa toyu eşitcək, əllərini bir-birinə vıırub şaqqıltı ilə

gülməyə başladı. Piri kişi də ona qoşulub gülməyə başladı.

-

Bəli,  qızım,  qarışqaların  toyudur.  Get  qavalını  gətir,  çal,  onlar  da  səndən



razı qalsınlar.

Piri babanın bu fikri Qaraca qıza xoş gəldi. O, qaçaraq komaya gedib qavalını

gətirdi. Çalıb, oynamağa başladı. Piri kişi bu işdən şad oldu.

Bu vaxt Ağca xanım mürəbbiyəsilə bağçada oturmuşdu. Mariya İvanovna kitab

oxuyurdu.  Ağca  xanım  da  evcik  tikirdi.  Çiçəkləri  dərib  onu  bəzəyirdi.  Bu  zaman

onun  qulağına  Qaraca  qızın  nəğməsinin  səsi  gəldi.  Onu  görmək  üçün  çəpərin

qırağına  gəldi.  Ağca  xanım,  Qaraca  qızm  çəpərin  yanmda  oxuduğu  mahnını

dinləyərkən, qıvrılıb özünü günəşə veren zəhərli bir ilan atılıb Ağca xanımm çılpaq

qolundan  sancdı.  Ağca  xanım  qışqırıb  özünü  mürəbbiyəsinin  üstünə atdı.  Bunun

qışqırığına  anası  və xidmətçilər  töküldülər.  Mariya  İvanovna  özünü  itirib,  Ağca

xanımı bağçada tək qoyub evə su gətirməyə qaçdı. Ağca  xanım da qışqıra-qışqıra

onun dalınca yüyürməyə başladı.

-

Qızım, qavalını çalma, görək o ağalıqdan gələn səs nədir, - deyə Piri baba



Qaraca qızı dayandırdı.

-

Baba,  bu  səs  Pəricahan  xanımın  səsidir, - deyə Qaraca  qız  ildırım  kimi



götürüldü.  Həyətə çatdıqda  gördü  ki,  Ağca  xanımın  biləyindən  qan  axır  və

Pəricahan xanım da ağlayaraq xidmətçilərə yalvarır:




Milli Kitabxana

408


-

Aman, sizə qurban olum. Tezcə bir Ağcanın yarasını sorub, ilanın zəhərini

yerə tökünüz.

Lakin heç kəs bu qorxulu işə cürət edib qədəm qoymurdu.

Qaraca  qız  Pəricahan  xanımdan  bunu  eşitcək  Ağca  xanımın  qolundan  zəhəri

sorub yerə tökməyə başladı. Hamı qorxulu bir halda buna təəccüb edirdi. Pəricahan

xanım Qaraca qızın saçlarını öpərək deyirdi:

-

Qaraca qız, mənə rəhmin gəlsin, qızımı ölməyə qoyma.



Qaraca qız isə Pəricahan xanımın naləsinə əsla fikir verməyib öz istəkli dostunu

ölümdən xilas etməyə səy edirdi. Bir azdan sonra Qaraca qız nə qədər sordusa daha

yaradan qan gəlmədi. Ağca xanım ağca xanımı yaradan bir o qədər şikayət etmirdi,

yaradan yuxarı qaytan ilə möhkəm bağlanmış yerdən şikayət edirdi:

-

Ana, qaytanı aç, qolumu kəsir.



-

Yox, qızım, olmaz. Onda zəhər bədəninə yayılıb səni öldürər. Səbir et, bu

saat  şəhərə teleqram  vuracağam.  Atan  həkim  gətirsin, - bunu  deyərək  Pəricahan

xanım  bir  teleqram  yazdı  və nökərə verdi  ki,  aparıb  stansiyadan  vursun.  Ağca

xanımın  qolunu  bağlayan  zaman  Piri  kişi  gəlib  çıxdı. Əhvalatdan  xəbərdar  olub

xeyli iztirab ilə Qaraca qızın üzünə baxdı.

-

Baba, gördünmü başımıza nə gəldi? - deyə Pəricahan xanım şikayətləndi.



-

Bəli, gördüm. Onu da gördüm ki, öz balanı ölümdən xüas etmək üçün bu

atasız-anasız yetimi bəlaya salmısan, - deyə Piri kişi sərt nəzərlə onun üzünə baxdı.

-

Baba, nə deyirsən. Qaraca qıza heç bir şey olmamış.



-

Yaxşı bax, xanım.

Bu vaxt Qaraca qız dedi:

-

Baba, içərim yanır. Mənə su ver içim.



-

Gəl,  qızım,  gedək.  Görüm  sənə nə çarə edə bilərəm.  Sonra  üzünü

xidmətçilərə tutub dedi:

-

Cəld gedib mənim komamdan qatıq gətirin, ayran edib qıza içirdim.



-

Baba, bu saat - deyə xidmətçilər yüyürüşdülər.

-

Baba, sənə yalvarıram, Qaraca qızı aparma. Qoy burada yatsın. Teleqram



vurmuşam,  Hüseynqulu  ağa  şəhərdən  həkim  gətirəcəkdir. - Bunu  deyərək

Pəricahan xanım onun qabağını kəsdi.





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin