Milli Kitabxana
424
vadı Qazanın abi-havasını götürməyib, müdam azarlı olurdu. O, arvadına deyirdi:
- Səbir et, əzizim, yay tətili başlanan kimi, səni götürüb Samaranın bağlarına
aparacağam. özüm isə ərizə verib yenə köhnə yerini istəyəcəyəm; hərgah
verməsələr, o vaxt mən də qulluqdan istefa verəcəyəm.
Sofiya Aleksandrovna azarlı olduğu üçün Əşrəfin günü qəmgin keçirdi. Tamam
gün onun otağında qalıb, şəkil və oyun şeyləri ilə məşğul olurdu. Onunla
oynamağa, gəzməyə getməyə yoldaşları da yox idi.
Nikolay İvanoviç dərsdən qayıdıb, bir də dərsə gedənədək, gününü azarlı
arvadının yanında keçirirdi. Ancaq bir-iki dəfə arvadının təvəqqəsinə görə Əşrəfi
kirşəyə mindirib gəzdirmişdi.
Qazanın çovğunlu və boranlı qışı axıra yetdi. Bahar günəşi havanı, torpağı
qızışdumağa başladı. Qar əridi. Qazanka və Volqa çayları buzdan azad oldular.
Ağaclar çiçəkləşib, otlar göyərdi.
Sofiya Aleksandrovna azardan sağalıb, Əşrəfi tez-tez gəzməyə aparırdı. Qazan
bağlarının içində "Russkaya Şvətsariya" adlı bağ Əşrəfin çox xoşuna gəlirdi, çünki
bu bağ hündür ağacları ilə vətəni Qafqaza çox bənzəyirdi. Bu bağın bir tərəfində
uşaqlara məxsus bir yer hazırlamışdılar ki, orada onlar oynayırdılar.
Bir dəfə Sofiya Aleksandrovna Əşrəfə Qafqaz libası geyindirib, həmin bağa
apardı. Onu uşaqların içində qoyub özü bir xanımla söhbətə məşğul oldu. Əşrəf bir
skamyada oturub, qəmgin-qəmgin uşaqlara baxırdı. İki uşaq, biri oğlan, biri qız,
Əşrəfi belə qəmgin görüb, onu oynamağa təklif etdilər. Amma Əşrəf istəmədi.
Bu bağ, bu oynayan uşaqlar, Əşrəfin yadına vətənlərini, ata-anasını və Həsən
lələsini saldı. Zavalı uşaq başını skamya üzərinə qoyub, həzin-həzin ağlamağa
başladı. Uşaqlar onun ağlamağını görüb, başına yığıldılar. Birisi ona oyun şeyi
verdi ki, ağlamasın, o biri uşaq, əlinə konfet uzatdı. Bir balaca qız da yaylığını
çıxarıb, onun gözlərini sildi. Bu uşaqların içində doqquz yaşında, üstü Avropa
libaslı, amma başında ağ fəs Mustafa adlı bir müsəlman uşağı da var idi. Bu uşaq
Əşrəfin paltarından onun bir müsəlman olduğunu zənn edib, onunla belə sual-
cavab etdi:
- Sin müsəlmanmısən?
Əşrəf cəld başını qaldırıb, Qafqaz ləhcəsində cavab verdi:
Milli Kitabxana
425
-
Hə, müsəlmanam!
-
Adın niçindir?
-
Əşrəf!
-
Niçi yaşın bar?
Əşrəf "niçin", "bar" ləfzələrini anlamadı isə də "yaş" sözündən sualı başa düşdü
və dedi:
-
Mənim yeddi yaşım var!
Mustafa da Qazan uşağı olduğundan Əşrəfin dilinl yaxşı anlamayırdı; o,
Əşrəfdən soruşdu:
-
Sinin atan barmı?
-
Yoxdur, atam ölübdür!
Sonra Mustafa Əşrəfin əlindən tutub dedi: - Yıblama, gəl, minimlən gitik!
(Ağlama, dur, mənimlə gəzək!)
Əşrəf durub onunla gəzməyə getdi. Əşrəf öz başına gələni ona nəql edirdi.
Mustafa onun dilini tamamilə anlamayıb, ancaq bəzi sözlərini başa düşurdü.
Mustafanın atası, Bürhanətdin adlı, dövlətli bir müsəlman idi. Sənəti
sövdagərlik idi. Mustafadan başqa da bir övladı yox idi. Övladına həm ana, həm de
rus dili oxudurdu. Mustafa hər gün qulluqçuları ilə gəlib, "Russkaya Şvətsariya"
bağında oynayırdı. Mustafa Əşrəfə yarıtürk və yarırus dili ilə qandırmışdı ki, hər
gün bu bağa gəlib oynasınlar; Əşrəf də buna razı olmuşdu. Bu vaxtdan başlayıb,
Əşrəf və Mustafa hər gün bu bağda görüşüb, dostlaşdılar. Sofiya Aleksandrovnaya
mümkün olmayan vaxt, Əşrəfi qulluqçularına qoşub, bağa gəzməyə göndərərdi.
Mustafanın səyi ilə Əşrəf az vaxtda Qazan dilinə də aşina oldu. Sofiya
Aleksandrovna bağda Mustafa ilə tanış olmuşdu. Onun tərbiyəli və həlim bir uşaq
olduğuna görə, Əşrəflə yaxınlaşmağına özü də səy edirdi. Bundan əlavə, Əşrəf bir
müsəlman uşağı olduğunu mülahizə edib, fikir edirdi ki, divan vasitəsilə Əşrəfin
ata-anası və qohum-əqrəbası tapılacaqdır. Mustafa Əşrəfi qonaq çağırıb, onu öz
ata-anası ilə tanış etmişdi. Əşrəf onların hər ikisinə çox xoş gəlmişdi. Mustafanın
anası Ayişə, hər onu görəndə bağrına basıb əzizləyirdi, öpürdü və onun halına
yanırdı. Əşrəfin də, Ayişə çox xoşuna gəlirdi. Hər onu görəndə qucağına atılıb, onu
öpərdi, çünki onun bir suyu anasına oxşayırdt. Əşrəfin vasitəsilə Barsovalar da
onlar ilə tanış olub, gedib gəlirlərdi. Bu iki külfət bir-birini sevib dost oldular.
Sofiya
Milli Kitabxana
426
Aleksandrovna Qazanın abi-havasını götürməyib təzədən azarladı və bir aya qədər
naxoş olub, may ayının axırında vəfat etdi. Onun ölümü vəfalı ərini çox qəmgin
etmişdi. O idi ki, yay tətili başlanan kimi, qəmini dağıtmaq üçün, Avropa səyahəti
fikrinə düşdü. Əşrəfi özü ilə səyahətə aparmağı məsləhət bilməyib, onu müvəqqəti
Bürhanəddingildə qoydu; onlar isə, Əşrəfi çox şadlıq ilə qəbul etdilər. Yay tətili
qurtardı. Nikolay İvanoviç gəlib çıxmadı. Bürhanəddin bu barədə ədadi
məktəbindən xəbər bilmək üçün nazirin yanına getdi. O da Nikolay İvanoviç Parij
şəhərində vəfat etdiyini xəbər verdi. Bu xəbər hamı külfəti qəmgin etdi.
Əşrəf Bürhanəddingildə qalıb, Mustafa ilə bərabər yaşamağa başladı.
Milli Kitabxana
427
Dostları ilə paylaş: |