Milli Kitabxana
422
Əlimərdan və Həsən lələ də bu otaqda idilər, onlar da çölün gurultu və
şaqqıltısına tamaşa edirdilər. Birdən Nəcibə xanım dönüb Həsən lələdən soruşdu.
-
Həsən lələ, vaqon dağılan zaman Əşrəf hansı çuxasını geymişdi?
Həsən lələ cavab verməyib, başını aşağı saldı. Biçarə qocanın gözlərindən yaş
tökülürdü. Əlimərdan arvadına dedi:
-
Nəcibə, nə üçün yenə Əşrəfin ölümünü yada salıb, Həsən lələni məyus
etdin? Onsuz da yazıq kişinin o gündən bəri üzü qəm-qüssədən açılmayır.
-
Bağışla, əzizim, bu gecə də Əşrəfi yuxumda gördüyüm üçün soruşdum.
Yuxumda gördüm ki, Əşrəf mənə deyir: "Ana, qara çuxamı çıxart, ağ çuxamı
geydir".
Həsən lələ birdən başını qaldırıb, nə isə demək istədi; lakin özünü saxlayıb,
yenə başını aşağı saldı.
Həsən lələnin yaraları sağalıb özünə gəldiyi zaman, Əlimərdan vaqonun necə
dağılmasını və Əşrəfin meyidinin tapılmasını, ona söyləmişdi. Həsən lələ bir
tərəfdən öz təqsirini və bir tərəfdən də Nəcibə xanımın birdəfəlik Əşrəfin ölümü
xəbəri ilə sakit olmasını nəzərə alıb, onun itməyini xəbər vermədi. Bu tərəfdən də
Nəcibə xanım Əşrəfi yaddan çıxartmayırdı.
Nikolay İvanoviç və ələlxüsus Sofiya Aleksandrovnanın səyi ilə Əşrəf yavaş-
yavaş rusca danışmağa başladı. Buna hər iki qoca artıq şad idi. Sofiya
Aleksandrovna gününün çoxunu Əşrəfin tərbiyəsinə sərf edirdi. Hava getdikcə
soyuqlaşır, Volqa nəhri donmağa başlayırdı. Cənub havasında pərvəriş tapmış
Əşrəfə bu soyuq çox təsir edirdi. Bunu görüb Nikolay İvanoviç ona isti qış paltarı
aldı. Sofiya Aleksandrovna Əşrəfi geyindirib, hər gün gəzməyə aparırdı. Əşrəf
gəzən vaxt balaca uşaqları qar üstündə kirşə ilə sürüşən görüb, Sofiya
Aleksandrovnadan təvəqqe edirdi ki, ona da oylə kirşə alsın. Sofiya Aleksandrovna
onun xahişini əmələ gətirdi. Dekabr ayı gəldi; məktəblər on beş gün qış tətili
münasibətilə bağlandı. Nikolay İvanoviç dərsdən azad olub, hər gün Əşrəfi gəzməli
yerlərə aparırdı. Bir dəfə Nikolay İvanoviç sirkin açılmağını qəzetdə oxuyub,
arvadına dedi:
-
Sofiya Aleksandrovna, bu gecə sirk açılır, yaxşı olmazmı ki, bu gecə
Əşrəfi aparaq, keyfi açılsın?
-
Çox gözəl fikirdir, əzizim, doğrudan da bu, Əşrəf üçün böyük bir şadlıq
olar.
Milli Kitabxana
423
Axşam vaxtı hər üçü geyinib, sirkə getdilər. Sirk adamla dolu idi. Əşrəfi Həsən
lələ bir neçə dəfə sirkə aparmışdı. Bu dəfə sirk onun ata-anasını yadına saldı; ona
görə başını Sofiya Aleksandrovnanın dizinə qoyub, həzin-həzin ağlamağa başladı.
Sofiya Aleksandrovna onun başını sığallayıb, soruşdu: "Nə üçün ağlayırsan,
əzizim? Dayan, bu saat başlayacaqlar; görəcəksən nə qəribə şeylər göstərəcəklər!..
Bu halda oyun başlandı, Yalançı pəhləvan məzhəkəni başlayıb cürbəcür oyunlar
çıxarmağa şüru etdikcə, Əşrəf qəmini yaddan çıxarıb, qaqqıltı ilə gülürdü. Əşrəfin
kefinin açılması qocaları şad etdi. Oyun qurtardı. Bunlar evlərinə qayıtdılar. Əşrəf
evlərində sirkdə gördükləri oyunları çox məharətlə təqlid edirdi. On beş gün qış
tətlini Əşrəf çox şadlıqla keçirirdi. Təzə ildə Nikolay İvanoviç və Sofiya
Aleksandrovna Əşrəfə yaxşı bəxşeyişlər aldılar. Qış tətili qurtardı. Nikolay
İvanovic birinci gün idi ki, dərsə getmişdi. Dərsdən qayıdanda Sofiya
Aleksandrovna onun qəmli olduğunu görüb buııun səbəbini soruşdu. Nikolay
İvanoviç cavabında nahiyə müdiri tərəfindən aldığı kağızı uzatdı. Bu kağıza da
onun Samara edadi məktəbindən Qazan məktəbinə təyin olunması yazılmışdı.
Nikolay İvanoviç dedi:
-
Hərçənd ki, mənim Qazan edadi məktəbinə təyin olunmağımda qulluğuma
əskiklik yoxdur, bileks, Qazan daha boyük və darülfünu olan bir şəhərdir, ancaq
Samarada çoxdan bəri olduğumuza görə bu şəhərə öyrənmişdik. Nikolay İvanoviç
hazırlaşıb yanvar ayının on ikisində Samaradan köçüb, təzə qulluğuna getdi.
Nikolay İvanoviç Qazan şəhərini qabaqda da bir neçə dəfə görmüşdü. Amma
arvadı birinci dəfə idi ki, bu şəhəri görürdü. Sofiya Aleksandrovna uzaqdan
Qazanın mənzərəsini görüb çox bəyəndi. Nikolay İvanoviç dedi:
-
Doğrudur, Qazanın görünüşü yaxşıdır, amma abi-havası, təmizliyi
Samaraya çatmaz. Havasının təbiəti belədir ki, yayda çox isti və qışda çox soyuq
olur. Bu şəhərin natəmizliyinə gəldikdə, Volqa nəhrinin sahilində olan şəhərlər
arasında birincidir. Mən çox qorxuram ki, sən bu şəhərin abi-havasını
götürməyəsən.
-
İnşallah, heç şey olmaz, - deyə Sofiya Aleksandrovna ərinə cavab verdi.
Barsovlar edadi məktəbinin yaxınlığında bir ev tııtub, sakin oldular. Nikolay
İvanoviç qorxduğu şey başa gəldi. Belə ki ar-
|