Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə189/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   185   186   187   188   189   190   191   192   ...   196
TAĞT ƏMİNİN TƏRLANI

Tağı əminin iki növ ov quşu olardı. Biri qızılquş, o biri qırğı. Qırğı ilə Tağı əmi

bildirçin tutardı. Qızılquş ilə qırqovul, kəklik, turac ovuna gedərdi,

Son  zamanlar  Tağı əmi  bir  yerə getdikdə quşları  mənə tapşırırdı.  Quşlara  nə

qədər və nə cür ət verməyi Tağı əmi mənə öyrətmişdi.

- Bax, ət yağlı olmasın, - deyə Tağı əmi dübarə tapşırardı.

Mən  Tağı əminin  hər  hərəkətini  götürmüşdüm.  Onun  kimi  bəhləni  geyirdim.

Quşun  bağını  qıfıldan  açardım. Əti əlimə alaraq,  bir-iki  addımdan  quşu

muşqururdum. Ac quş tez özünü ətin üstünə atırdı. Lakin Tağı əmi kimi quşu ağaca

buraxıb çağırmağa cürət edə bilmirdim.  Qorxurdum  ki, dövr edib havaya qalxsın,

tuta bilməyim.

Nağıl etdiyim il, Tağı əmi dağdan gəldikdə, özü ilə bir qızılquş da gətirdi. Bu,

tərlan  idi.  Tağı əmi  onu  yuvadan  düşürmüşdü.  Ona  lazım  olan  tərbiyəni  verərək

ova hazırlayırdı. Bir müddət ac saxlayıb yem vaxtı həyətdə ağaca buraxırdı. Sonra

əlinə cücə götürərək heyətin o biri başından çağırırdı. Tərlan cücəni gördükdə uçub

əlinə qonurdu.  Cücənin  tuklərini  yolmağa  başlayırdı. Ətini  deddikdə Tağı əmi

cücəni  quşun əlindən  alıb  onu  yenə ağaca  buraxırdı.  Dübarə çağırırdı.  Quş  uçub

gəlirdi.  Bir-iki  dəfə belə etdikdən  sonra  yedirirdi.  Sabahısı  cücə əvəzinə ət

götürürdü. Bəzi vaxt qırmızı dəsmalı bükərək ətə oxşadırdı. Tərlan ona da gəlirdi.

Bu tərlanın caynaqları qeyri quşlara görə çox iti idi. Bəhlədən keçib ələ batırdı.

İki bəhləni bir-birinin üstündən geyməyincə onu ələ götürmək mümkün deyildi.

Bir  dəfə Tağı əmi  bazara  getmişdi.  Tərlan  həyətdə,  öz  müəyyən  yerində qıfıl

üstündə bağlı idi. Mən və Məmmədağa bağda idik. Birdən həyətdə qışqırıq qopdu.

Biz  qaçaraq  gəldik.  Onda  gördük  ki,  Tərlan,  Məmmədağanın  bir  yaşında  bibisi

oğlu Əyyubu basmarlayıb cücə kimi altına alıbdır. Arvadlar da quşu tutub çəkirlər

ki, uşağı buraxsın.




Milli Kitabxana

436


-

Nə qayırırsınız? - deyə qışqırdım. - Quşu  çəkməyin,  yoxsa  uşağın ətini

qopardar. - Cəld arvadlan kənar edib tərlanın ayaqlarını sıxmağa başladım. Quşun

caynaqları açılıb uşağı buraxdı. Arvadlar bu ittifaqdan elə heyəcana gəlmişdilər ki,

quşu boğub öldürmək istəyirdilər. Mən  mane oldum. Yaxşı ki, bu halda Tağı əmi

özü gəlib çıxdı. Arvadları sakit edərək dedi:

-

Yaxşı,  mən  quşumu  bu  gündən  damda  saxlayacağam.  Siz  də



uşaqlarmızdan muğayat olub, başına buraxmayın.

Tərlanın Əyyuba hücum etməsinə onun qırmızı köynəyi səbəb olmuşdu. Tərlan

qırmızı  şeyə həris  idi.  Harada  görsəydi  üstünə atlanardı.  Tağı əminin  bu  tərlanı

axırda məşhur bir quş oldu.




Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin