Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə191/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   188   189   190   191   192   193   194   195   196
ÇƏRİK SƏFƏRİ

Yazın axırı idi. Biçin başlanmışdı. Tağı əminin ailəsi Çəriyə köçmüşdü. Çərik,

Seyidli kəndinin əkin və otlaq yerləri idi. Orada bizim dəyirman və əkin yerlərimiz

var idi. Tağı əmi məni bikef gördükdə:

-

Qəm  etmə.  Biçin  qurtarıb  xırman  başlandıqda  gəlib  səni  də aparacağam.



Orada Məmmədağa ilə vələ minərsiniz. Sonra tez-tez bildirçin ovuna gedəcəyik, -

deyə mənim könlümü aldı.

Aradan on gün keçmiş Tağı əmi öküz arabası ilə gəlib çıxdı.

-

Hazır ol, sabah səni də Çəriyə aparacağam. Məmmədağanın balıq qarmağı



burada qalmışdır. Onunkunu da, özünkünü də götür, orada balıq tutarsınız, - deyə

Tağı əmi  tapşırdı.  Hazır  tilov  olmadığı  üçün  Tağı əmi  iynəni əyib  bizə qarmaq

qayırmışdı.

Səhər erkən araba qoşuldu. Tağı əmi bəhləni mənə vererək dedi:

-

Al bəhləni gey, qırğım sən aparacaqsan, arabanı mən sürəcəyəm.




Milli Kitabxana

438


Mən  buna  çox  şad  idim.  Şəngül  ilə Axtar  məndən  də artıq  şad  idilər.  Anam

məni ötürdükdə:

-

Bax,  oğlum,  günəşdə gəzmə,  çayda  çimmə,  yoxsa  qızdırarsan, - deyə



tapşırdı.  Lakin  özü  də bilirdi  ki,  bunlara əməl  olunmayacaqdır.  Yola  düşdük.

Şəngül ilə Axtar arabanın ağır ayağı ilə gedə bilməyib gah irəli qaçırdılar, gah da

qayıdıb  qarşımıza  gəlirdilər.  Ağdamdan  Çəriyə 9-10  kilometr  yol  idi.  Çərəyin

tarlalarına  çatdıqda  Axtar  ilə Şəngül  ovlamağa  başladılar.  Tağı əminin  gözləri

tulalarda idi.

-

Axtar ovun izinə düşmüşdü.  Qırğını  mənə ver, - deyə Tağı əmi arabadan



düşdü. Mən qırğını ona verdim. Tağı əmi qırğının qayışını açdı. Bu halda Axtar sağ

ayağını  qaldıraraq  marığa durdu.  Tağı əmi  qırğını  ovcuna  aldı.  Axtara

yaxınlaşaraq:

-

Axtar  bas! - deyə əmr  etdi.  Tula  o  saat  özünü  bildirçinin  üstünə atdı.



Bildirçin  pırıltı  ilə qalxdı.  Tağı əmi  qırğını  gəmşədi.  Bildirçin əlli  addım

qaçmamışdı  ki,  qırğı  onu  havada  caynağına  alıb  yerə endi.  Mənzilə gəlib  çatınca

Tağı əmi altı bildirçin tutdu.

-

Nahara sizə bildirçin çığırtması verəcəyəm. Məmmədağanın qızıl inəyi də



yenicə doğmuşdur. Ləzzətli bulaması var, - deyə Tağı əmi tərif etdi.

Mənim  gəlməyimə Məmmədağa  çox  şad  idi.  Biçarə nə etsin?  Böyüklər  işə

məşğul, oynamağa uşaq yox.


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin