Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə192/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   188   189   190   191   192   193   194   195   196
BALIQ YERİNƏ İLAN

Bir  gün  Məmmədağa  ilə dəyirmanın  aşağısında  çinarların  kölgəsində oturub,

qarmaq ilə balıq tuturduq. Bir saatdan artıq ovlamağın  nəticəsində adama barmaq

iriliyində iki balıq tutmuşduq.

-

Eh!  İndiyə kimi əlimizlə gəlmələrdən  bundan  çox  tuta  bilərdik, - deyə



Məmmədağa şikayətləndi.

-

Doğru  deyirsən,  dur  gedək  axtaraq, - deyə mən  də onun  fikrinə şərik



oldum.

Dəyirmanı yatırtdıqda, suyu dəhnədən arxa buraxardılar. Su axarkən yeri oyub

çuxurlar, oyuqlar əmələ gətirərdi.  Dəyirman  işlədikdə arxın  suyu  kəsilərdi.  Su

ancaq  oyuqlarda,  çuxurlarda  gölmə tutardı.  Məmmədağa  ilə bu  gölmələrdə balıq

axtarırdıq.

Yenə də ayaqlarımızı  soyunub,  qollarımızı  çirmələyərək  balıq  axtarmağa

başladıq. Bir az vaxtda 7-8 balıq tutduq. Arx aşağı gedər-



Milli Kitabxana

439


kən  bir  böyük  gölməyə rast  gəldik.  Paltarımızı  soyunmağa  məcbur  olduq.  Su

gölmədə göbəyimizə kimi  çıxırdı.  Bir  az  suyu  araşdırmışdıq  ki,  Məmmədağa

səsləndi:

-

Bay, balıq əlimə dəydi!



-

Hanı,  hanı? - deyə mən  də onun  yanında  axtarmağa  başladım.  Bir  azdan

sonra mənim də əlimə bir uzun şey dəydi.

-

Nə uzun balıqdır... Söz ağzımızda yarımçıq qaldı. Qara zolaqlı, ucları diş-



diş bir ilan suyun üzünə çıxdı.

-

İlan! - deyə qışqırdım. Biz cəld Sudan çıxdıqda ilan da üstümüzə hücum



edərək quruya çıxdı. Lakin  gölmənin ətrafı  yamac olduğundan  sürüşüb  yenə suya

düşdü.  Bizim  qışqırığımıza  xırmandan  Tağı əmi  ilə bərabər  adamlar  töküldülər.

İlan sudan bir barmaq yuxarıda deşik tapıb başını oraya soxmuşdu. Adamlar kürək

ilə onu öldürüb sudan çıxartdılar. Tağı əmi ilana baxaraq dedi:

-

Yaxşı  salamat  qurtarmısınız.  Bu  ilan  gürzədir.  Çox  zəhərli  ilandır.



Görünür yuxarıdan sürüşüb suya düşmüşdür, sonra çıxa bilməmişdir.

Mən  Seyidlinin  çəpərlərində belə ilan  çox  görmüşdüm  və uşaqlar  ilə də

öldürmüşdüm.  Lakin  gürzə olduğunu  bilmirdim.  Bu  hadisəni  uzun  müddət  unuda

bilmədim.  Buna  səbəb  Krılovun  "Uşaq  və ilan"  təmsili  idi  ki,  uşaqlığımda

əzbərlətmişdilər. İndi də onu yadımda saxlamışam:

İstər ilan balıq tuta, ilan tutub bir uşaq,

Parçalanıb qorxudan o vaxtında dil-dodaq.

İlan baxıb uşağa aqil ol, deyib, əgər

Artsa belə cürətin, çox zərər sənə deyər.

Hifz elədi bu səfər allah səni, şükr qıl,

Bundan sonra zarafat etdiyini tanı, bil.


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin