Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə178/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   174   175   176   177   178   179   180   181   ...   196
Milli Kitabxana

416


Oğlunun belə cavabından Əlimərdan fərəhlənib, Nəcibəyə deyərdi:

-

Nahaq yerə, əzizim, zəhmət çəkmə, oğul gerək atasının yolu ilə getsin.



Əlimərdanın gəmiçilikdə də baxtı gətirmədi. Gah gəmisi dumana düşüb, başqa

gəmilərə toqqaşırdı  və sınıb  onu  xeyli  zərərə salırdı;  gah  daşıdığı  mala  zəfər

yetirdiyi  üçün  onun  cəriməsini  verirdi.  Getdikcə Əlimərdan  borca  düşürdü,  bu

səbəbə onu fikir alırdı; ancaq işinin boylə dolaşıq olmasını Nəcibədən gizli saxlardı

ki, onu təşvişə salıb rahatsız etməsin. Həmişə Nəcibənin yanında Əlimərdan özünü

şad  saxlayırdı.  Nəcibə isə bunu  duyurdu  və bunuu  üçün  də keyfi  açılmayırdı.

Əlimərdana  tez-tez  yalvarırdı  ki,  bu  sənətdən əl  götürsün.  İndi Əlimərdan  özü  də

bu fikrə gəlmişdi.  Ona  görə Nəcibəyə dedi: "Nəcibə sənə söz  verirəm  ki,  işlərimi

bir  qaydaya  salan  kimi  bu  sənətdən əl  götürəcəyəm".  Nəcibə ərinin  verdıyi  bu

vədəsindən nihayətdə şad oldu.

* * *

Payızın  son  ayı  idi.  Qara  dənizin ən  fırtınalı bir  zamanı  idi.  Üç  gün  idi  ki,



dənizin  nəriltisi  və gurultusuna  adət  etməmiş  şəhər əhli  yata  bilməyirdi.  Qara

dənizin boylə adətdən xaric nəriltisini qoca kişilər də görmədiklərini söyləyirdilər.

Əlimərdanın  gələn  vaxtı  idi.  Fəqət  gəlib  çıxmadığı  Nəcibə xanımı  çox  təşvişə

salırdı.  Gecələr  yatmayıb  namaz  qılır  və Əlimərdanın  salamat  olması  üçün  allaha

dua  edirdi.  Gündüzlər  də durbində dənizə baxıb,  təşvişdə idi.  Qara dənizin  zəhmi

balaca Əşrəfi də almışdı. O, Həsən lələsinə deirdi: "Həsən lələ! Daha mən kapitan

olmağı istəmirəm!" Nəcibənin təşvişi getdikcə artırdı.

-

Həsən  lələ,  görəsən  bu  necə işdir. Əlimərdan  necə oldu?  Üç  gün  bundan



qabaq gəlib çıxası idi. Bu barədə sən nə fikir edirsən?

-

Qorxma, xanım, allah kərimdir, heç şey olmaz! Gəminin kapitanı təcrübəli



adamdır. Qara dənizi öz əlinin içi kimi tanıyır.

Nəcibə xanım  artıq  dərəcədə təşvişdə idi.  Hansı  gəmiçidon  soruşurdularsa,

gördüm deyən yox idi. Nəhayət, "Trapezund" şəhərinə mal apardığını soraq verən

tapıldı.  Həsən  lələ hər  gəmi  gələn  kimi  körpüdə hazır  olurdu  ki,  ağasından  bir

xəbər  bilsin.  Bir  axşam  Həsən  lələ xeyli  qəmgin  evə qayıtdı.  Nəcibə xanım  onu

görüb, artıq təşvilə soruşdu;




Milli Kitabxana

417


-

Həsən lələ, nə xəbər bildin?

-

Xanım,  bir  yaxşı  xəbər  bilməmişəm,  ağa,  nə səbəbdən  isə "N"  şəhərində



gəmidən mal verdiyi zaman divan, tərəfindən tutulub dustaq olmuşdur və gəminin

bəzi malları da zəbt edilmişdir, Ancaq nə səbəbə? Nə üçün? Burasını dürüst xəbər

verən yoxdur.

Bu  xəbərdən  biçarə Nəcibə xanım  bitab  olub,  özündən  getdi.  Bu  ittifaqdan  üç

gün  keçmiş Əlimərdan  gəmisi  ilə bərabər  gəlib,  öz  şəhərinə çıxdı.  Fəqət,  şəhərə

çatan  kimi  onunla  gələn  divan əhli  onu,  kimsə ilə görüşməmiş,  həbsxanaya

apardılar və bir müddət heç kəsi onun yanına qoymadılar.

Zavallı  Nəcibə bu  ittifaqdan  xəstə olub  yatırdı.  Axırda  Nəcibə xanıma əri  ilə

görüşməyə izin verdilər. Əlimərdan arvadı ilə görüşdükdə dedi:

-

Nəcibə,  öz  təqsirimdir  ki,  çəkirəm.  Axır  vaxtlar  işlərim  çox  dolaşmışdı,



borclarım  həddən  aşmışdı.  Ancaq  həqiqəti  səndən  gizləyirdim.  Bir  cuhud  məni

yoldan  çıxartdı.  Çox  artıq  kirayə verməklə Osmanlı  torpağından  Rusiyaya  gəmilə

"kontraband" qaçaq malı yığdı.

Gəlib  "N"  şəhərinə çıxdıq.  Sahibi  getdi  ki,  axşam  gəlib  mahnı  gəmidən

çıxartsın.  Mən  də yük  vurduğum  qeyri  malları  gəmidən  çıxardırdım.  Divan əhli

gəlib  gəmini  axtardı.  "Kontraband"  malları  tutdu.  Cuhud  da  yox  oldu.  Təqsiri

boynuma qoyub məni dustaq etdilər. Ancaq, Nəcibə, qəm etmə, allah kərimdir. Get

Əşrəfdən de muğayat ol.

Əlimərdanı altı ay həbsdə saxlayandan sonra məhkəmədə işinə baxdılar və onu

müqəssir edib, beş il vaxta Sibirdə, Tomsk quberniyaya göndərməyə qərar verdilər

və iki həftə möhlət verdilər ki, bütün işlərini sərəncam etsin. Əlimərdan hər şeyini

satıb, borclarını verdi və özünə də bir qədər pul qaldı. Əlimərdanın fikri sibirligini

çəkib  qurtarınca  Nəcibə və Əşrəfi  Kamilı  xanımın  yanında  qoymaq  idi.  Amma

vəfalı  arvad ərindən  ayrılmaq  istəmədi.  Kamilə xanım  və əri  nə qədər  yalvardılar

isə də mümkün  olmadı.  Axırda Əlimərdan əlacsız  qalıb,  razı  oldu.  Həsən  lələ də

bunlardan ayrılmaq istəmədi və dedi: mən çox dünya görmüşəm və özüm də rusca

bilirəm.  Siz  isə heç  biriniz  bilməyirsiniz,  mənsiz  necə dolanarsınız?  Mənim  sizə

xeyirdən  başqa  nə zərərim  ola  bilər?  Həsən  lələ bu  sözdən  sonra Əlimərdandan

getməyə izin istədi və onu razı elədi.

Yaym əvvəlində,  yağışlı  bir  gündə Əlimərdan,  Nəcibə, Əşrəf  və Həsən  lələ

gözü yaşlı, qohum-əqrəbalarından və gözəl vətənlərindən




Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin