Milli Kitabxana
409
- Çəkil, sən indiyə kimi bu qızı ağalığın ətrafında dolanmağa qoymamısan ki,
bəyzadə qızına pis xasiyyətləri təsir edər. İndi də mən onun bu zülm yuvasında
qalmasına razı deyiləm. - Bunu deyərək Piri baba Qaraca qızın əlindən tutub
apardı.
* * *
Piri kişi Qaraca qızı soyundurub rahat etdi. Ona tez-tez ayran verirdi. Lakin
Qaraca qızın dişinin dibi qanadığı üçün yaranı sorduqda zəhər tüpürcəklə onun
qanına yerimişdi. Bununla belə Piri baba Qaraca qızdan ümidini kəsməmişdi.
Lakin öz canını özgə uğrunda fəda etmiş qızcığazın həyatı bitmək üzrə idi.
-
Baba, mən ölsəm, məni o bağımızın yanındakı göy təpədə basdırın. Oranı
mən çox sevirəm. Oradan hər yer görünür. Orada hər cür çiçək var.
-
Qorxma, qızım, həkim gəlib, sənə dərman verəcək. Sən də sağalacaqsan,
uzun yaşayacaqsan. Mən qoca babanı o dediyin göy təpədə basdıracaqsan.
Hüseynqulu ağa həkim ilə gəlib çıxdı. Həkim Ağca xanıma baxdıqdan sonra
dedi:
-
Ağca xanımın heç bir qorxusu yoxdur. İlanın zəhəri bədəninə yayılmamış
ref olunmuş, azacıq hərarəti var. Dərman verərəm yaxşı olar.
Bu xəbərdən ata və ana çox şad oldular. Sonra həkim ilə bərabər Piri babanın
daxmasına getdilər. Qaraca qızın qanla dolmuş gözləri yumulmuşdu. Həkim ona
baxdıqdan sonra dedi:
-
Xəstənin halı çox ağırdır, çünki soran zaman zəhəri udmuşdur, o qanına
qarışıb bədəninə yayılmışdır. Sağalması çətindir.
Bu xəbərdən Piri kişi məyus olub dedi:
-
Həkim, öz balasını ölümdən xilas etmək üçün başqa bir balanı ölümə
verən qadına nə deyərlər?
-
Sus, qoca köpək, mənim qızımı bir qaraçı qızına taymı edirsən, - deyə
Hüseynqulu ağa bağırdı.
Həkim onları sakit edib, gətirdiyi dərmanı Qaraca qıza içirtdi və Piri kişiyə
tapşırdı ki, bundan xəstəyə tez-tez versin.
Milli Kitabxana
410
-
Baba, məyus olma. Qız çox sağlamdır. Ümidvaram ki, sağalar, deyə
həkim ağalar ilə bərabər getdi.
Piri baba daxmanın qapısını açıb Qaraca qızın başı tərəfində oturdu. Sonsuz
qoca Qaraca qıza artıq dərəcədə məhəbbət bağlamışdı. Qaraca qız onun əski
komasına yeni bir həyat, yeni bir şölə gətirmişdi. İndi o şölə sönür... Ona da səbəb
tam uşaqlığından zülmünü çəkdiyi ağaları olmuşdu.
Qaraca qız qan ilə dolmuş gözlərini açdı, axır nəfəsində günəşin şəfəqinə bir
müddət baxdı, sonra gülümsündü, gözlərini yenə yumdu. Qaraca qız öldü!..
-
Daxmanın bülbülü uçub getdi, - deyə Piri baba göz yaşı tökdü.
Milli Kitabxana
411
ƏŞRƏF
Sevimli şagirdim
Əşrəf Babayeva ithaf
Hacı Səməd şam namazını yenicə qılıb qurtarmışdı. Məhəmməd və Fatma da
yemək otağında nazik və həzin bir səslə “Mən bir türkəm
1
, elim-obam uludur”
mahnısını oxuyurdular. Hacı Səməd müddət onlara qulaq asıb, sonra içəri girdi.
Uşaqlar dərhal səslərini kəsib, ayağa qalxdılar. Hacı Səməd dedi:
-
Nə gözəl mahnıdır! Nə gözəl sözlərdir: “İnsan olan vətəninin quludur!..”
Bu mahnı, övladlarım, bir gözəl qəhrəman çocuğun hekayəsini yadıma saldı.
Uşaqlar atalarından bunu eşitcək cəld dedilər:
-
Ata, təvəqqe edirik bu hekayəni bizə söyləyəsən!..
-
Yaxşı, övladlarım, soylərəm, çünki söyləməli bir hekayədir. - Hacı
Səmədin arvadı çay töküb, onun qabağına qoydu. Hacı Səməd de çaydan bir neçə
qurtum içib başladı: - Otuz sənə bundan əqdəm Qara dəniz kənarında yapılmış bir
şəhərdə Hacı Kazım namında bir tacir sakin idi. Bu tacir İstambul ilə güclü xəlçə
alış-verişi edirdi. Hacı Kazımın çox övladı təvəllud etmiş idisə də, cümləsi qırılıb,
tək bircə on səkkiz yaşında Əlimərdan adlı oğlu qalmışdı. Əlimərdan çox gözəl
oğlan idi. Ancaq alış-veriş etməyi sevməyirdi və bir də çox pul tələb edərdi. Atası
ha istəyirdi ki, onu evləndirsin, amma Əlimərdan bu əmrdən boyun qaçırırdt. Atası
çox təkid edib deyəndə ki, oğlum, evimiz arvad tərəfindən sahibsiz qalmışdır, anan
öləndən sonra nökər-qulluqçu ümidinə qalmışıq, evlən, evimiz qaydaya düşsün...
Əlimərdan onun sözünü kəsmək üçün deyərdi:
-
Yaxşı, ata, evlənməyə hazıram, ancaq gərək evləndiyim qız tərbiyəli,
oxumuş ola: hərgah şəhərimizdə belə qız varsa, bu saat nigahını oxut.
Bunu dedikdə, Əlimərdan yaxşı bilirdi ki, şəhərlərində belə qız yoxdur. Ancaq
bu cür hiylə ilə atasını sakit etmək istəyirdi. Hacı
Azərbaycanlı
|