3
G Ġ R Ġ ġ
Gender hüquq bərabərliyi demokratik cəmiyyətin inkişafının və insan hüquqlarına riayət
edilməsinin əsas prioritetlərindən biridir. Hazırda gender problemi və gender
bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktual problemlər sırasında
durur. Bu, ilk növbədə iqtisadi və sosial sferada gender bərabərsizliyi amilinin insan
resurslarının keyfiyyətinin pisləşməsindən irəli gəlir. Belə ki, problemin ciddi xarakter
alması sosial-iqtisadi tərəqqiyə maneə törədir, insan kapitalının inkişafında mövcud
sistemin səmərəliliyini aşağı salır və nəhayət, cəmiyyətdə sosial ədalətsizliyin
dərinləşməsinə səbəb olur.
Ümumilikdə bu problemin mənfi nəticələrini nəzərə alaraq 1990-cı ildən etibarən
beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələr gender probleminin və gender
bərabərliyinin qorunması istiqamətində fəal proqramlar həyata keçirməyə başladılar.
Əgər 1990-cı illərə qədər inkişafa yardım sahəsində qadın məsələlərinə ayrıca bir sahə
kimi birtərəfli formada baxılırdısa, 1990- cı il ildən sonra problemin həllində aşağıdakı
istiqamətlərdə kompleks yanaşılma başlanıldı
1
:
ümumilikdə həyata keçirilən siyasətin kişi və qadınların həyat tərzinə təsirini
müəyyənləşdirilməsi;
hamıya bərabər formada gəlir əldə etmək imkanlarının verilməsi;
sosial müavinətlərin ünvanlılığın təmin edilməsi;
bərabər formada resurslardan istifadə edilməsi;
bərabər formada təhsil və səhiyyə xidmətlərindən istifadə edilməsi və s. bu kimi
məsələlərdə zəruri imkanların verilməsi.
1
Хартия прав человека: Всеобщая декларация прав человека, принятая ГА ООН 10 декабря 1948 г.
Конвенция о борьбе с торговлей людьми и с эксплуатацией проституции третьими лицами утвержденная
ГА ООН 2 декабря 1949 г. Конвенция о политических правах женщин. Конвенция о гражданстве замужней
женщины. Декларация о ликвидации дискриминации в отношении женщин провозглашенная ГА ООН 7
ноября 1967 г. Декларация об искоренении насилия в отношении женщин ГА ООН за 20 декабря 1993 г. IV
Всемирная конференция в Пекине по положению женщин, 4-15 сентября 1995 г. Конвенция 100 -о равном
вознаграждении мужчин и женщин за труд равной ценности. Конвенция 111- о дискриминации в области
труда и занятий. Конвенция 156 - о равном обращении и равных возможностях для трудящихся мужчин и
женщин, трудящиеся с семейными обязанностями. Рекомендации 165 - О равном обращении и равных
возможностях для трудящихся мужчин и женщин, трудящиеся с семейными обязанностями.
4
Qeyd edək ki, beynəlxalq təcrübədə gender probleminin təhlili zamanı 3 əsas sosial
məsələyə baxılması məqsədəuyğun hesab olunur:
1.İqtisadi və sosial sahələrdə kişilərin və qadınların iştirakını gender uyğunsuzluğu
nöqteyi-nəzərindən qiymətləndirmək;
2.Ayrı-ayrı fəaliyyət sahələrində gender uyğunsuzluğunu müəyyənləşdirməklə hər
iki cins üçün bərabər imkanları yaratmaq;
3. Subyektlərin cinsi mənsubiyyətindən asılı olmayaraq vətəndaş cəmiyyətinin
formalaşmasında və sosial-institutlarda iştirakına şərait yaratmaq;
2
Azərbaycan Respublikası qanunvericilik səviyyəsində qadın və kişilərin tam bərabərliyini
qəbul edir. Azərbaycanda qadınlar və kişilərin bərabərliyini nəzərdə tutan maddələr
1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında (25-1-ci
maddə), eləcə də başqa ümumi qanunverici aktlarda (Mülki Məcəllə, Əmək Məcəlləsi,
Ailə Məcəlləsi və s.) özünə yer tapmışdır.
Müstəqil dövlət kimi Azərbaycanın da dünyada gedən ictimai-siyasi, sosial-iqtisadi və
texniki-texnoloji proseslərə inteqrasiya etmək, beynəlxalq konvensiya və tövsiyələri
qəbul etmək, gender bərabərliyini təmin etmək və bu sahədə bir sıra tədbirlər həyata
keçirməklə dünyanın sivil ölkələri sırasına daxil olması demokratik inkişafın zəruri
şərtlərindəndir.
Azərbaycan Respublikasının 25-maddəsinə görə:
Dövlətlər irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmək
vəziyyətindən, qulluq mövqeyindən. əqidəsindən, siyasi partiyalara, həmkarlar
ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq
və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və
azadlıqlarını irqi, milli, dini, dil, cins, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə
məhdudlaşdırmaq qadağandır.
Lakin təcrübə göstərir ki, əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da hakimiyyətə nail
olmaqda, ictimai və siyasi proseslərə təsir səviyyəsində cinsə görə fərqli yanaşma
2
Мировой обзор по вопросу о роли женщин в развитии. Нью-Йорк, ООН, 1999. с 10.
5
prinsipləri özünə yer tapmışdır. Bu baxımdan, Qadınlara qarşı ayrı-seçkiliyin bütün növ
formalarının ləğv edilməsi haqqında Konvensiya (CEDAW, bundan sonra Konvensiya)
onların hüquqlarının müdafiəsi və monitorinqi üçün tutarlı bir sənəddir.
Konvensiya 18 dekabr 1979-cu ildə qəbul edilmiş və 20 sentyabr 1981-ci ildə qüvvəyə
minmişdir. Konvensiyanın hazırlanması kişi və qadın bərabərliyini özündə əks etdirən
Ümumdünya İnsan Haqları Bəyannaməsinə (1948), Qadınların Siyasi Hüquqları haqda
Konvensiyaya (1952), Vətəndaş və Siyasi Hüquqlar Haqda Beynəlxalq Pakta (1966) və
İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqda Pakta əsaslanmışdır. Azərbaycan
Respublikası Konvensiyanı 10 iyul 1995-ci ildə ratifikasiya etmişdir.
Insan hüquqlanna dair konvensiya olan CEDÄW ona tərəfdaş çıxmış dövlətlər üçün
öhdəlik yaradan bir beynəlxalq hüquq mənbəyidir. Bu sənəd miili və yerli səviyyələrdə,
eləcə də hökumətin bütün qolları - icraedici hakimiyyət, parlament və məhkəmələr -
üçün icbari öhdəçiiik yaradır.
Əvvəlki beynəlxalq konvensiyalarda ayn-seçkiliyin yolverilməzliyi və bərabərlik
məsələsi qaldırılsa da, həmin sənədlərdə "real bərabərlik" və ya "nəticələrin
bərabərliyi" məsələsinə, yaxud kişilər və qadınlar arasında olan bərabərsizliyin davam
etməsinə şərait yaradan köklü sosial səlahiyyət məsələlərinə heç bir şəkildə
toxunulmamışdır.
Konvensiyanı qəbul edən dövlətlər qadına münasibətdə diskriminasiyanın bütün
formalarını pisləyir, müvafiq vasitələrlə qadına münasibətdəki ayrı-seçkiliyin aradan
qaldırılması üzrə dərhal siyasət aparmağa razılaşır və bu məqsədlə aşağıdakı öhdəlikləri
götürürlər:
o
Kişi və qadın arasındakı hüquq bərabərliyi prinsipini öz milli konstitusiya və ya
digər uyğun qanunlara daxil etmək, bütün diskriminasiya xarakterli qanunları ləğv
etmək və qadınlara qarşı diskriminasiyanı qadağan edən qanunlar qəbul etmək;
o
Qadınların diskriminasiyadan təsirli müdafiəsinə zəmanət verən milli
mexanizmləri qurmaq;
6
o
Ayrı-ayrı fərdlər, təşkilat və ya müəssisələr tərəfindən qadınlara qarşı
diskriminasiya xarakterli bütün fəaliyyətlərin aradan qaldırılmasına zəmanət
vermək.
Bütün beynəlxalq müqavilələr/konvensiyalar kimi, Konvensiyanı imzalayan və ona
qoşulan dövlətlər, onun müddəalarını əyani tətbiq etməli və ―de-yure‖ bərabərliyindən,
qadınların və kişilərin orta hesabla nail ola biləcəyi bərabərliyə, yəni nəticələrə görə
bərabərliyin – ―de-facto‖ təmin olmasına borcludurlar.
30 maddədən ibarət olan Konvensiyanın 1-ci maddəsində ―Konvensiyaya görə,
―qadınlara qarşı ayrı-seçkilik‖ anlayışı qadınların ailə vəziyyətindən asılı olmayaraq kişi
və qadınların hüquq bərabərliyi əsasında və siyasi, iqtisadi, sosial, mədəni, mülki və ya
hər hansı digər sahədə insan haqlarının və əsas azadlıqlarının tanınmasının, istifadə
edilməsinin və ya həyata keçirilməsinin əngəlləşməsinə və ya heçə endirilməsinə səbəb
olan və ya bu məqsədi daşıyan, cinsi əlamətə görə hər hansı fərqləndirmə, istisna, yaxud
məhdudiyyət deməkdir‖.
Konvensiyanın 6-16 maddələri ayrı-ayrı sahələrdə qadınlara qarşı edilən ayrı-seçkiliyin
aradan qaldırılmasına həsr olunmuşdur. Bu maddələr qadınların siyasi və ictimai həyatda
bərabər hüquqlarını, təhsildə, işdə, tibb xidməti sahəsində bərabər imkanları, maliyyə
iqtisadi və sosial hüquqlar sahəsində ayrı-seçkiliyə son qoyulmasını təmin edir.
Konvensiya ailə vəziyyətindən, siyasi, iqtisadi, sosial, mədəni vəziyyətindən və
baxışlarından aslı olmayaraq kişi və qadınların bərabər hüquqlara malik olmalarını təsbit
etməklə kifayətlənmir. Konvensiyanı qəbul edən dövlətlər hüquqi, siyasi və proqram
xarakterli tədbirlər həyata keçirməklə qadınlara münasibətdə mövcud olan ayrı-seçkilik
hallarını aradan qaldırmağı öhdəlik olaraq öz üzərlərinə götürürlər. Bu öhdəliklər həyatın
bütün sferalarını, o cümlədən nikah, ailə münasibətləri, həmçinin istənilən şəxs, təşkilat
və təsisat tərəfindən qadınlara qarşı hər hansı ayrı-seçkiliyi aradan götürən müvafiq
tədbirləri əhatə edir.
Konvensiyada dolayı ayrı-seçkilik anlayışı da qəbul edilir. Yəni ayrı-seçkilik yalnız
7
məqsədli, birbaşa deyil, həm də məqsədsiz, dolayı ola bilər. Dolayı ayrı-seçkilik dedikdə
praktikada müəyyən bir qrup qoyulan tələblərə cavab verə bilmədiyi üçün ondan istifadə
edə bilmir və bu da ayrı-seçkilik sayılır. Hər hansı fərqləndirmə, istisna və ya
məhdudiyyətin ayrı-seçkilik hesab olunması üçün onun mütləq şəkildə məqsədli baş
verməsi vacib deyil. Məqsədsiz atılan addımlar qadınların hər hansı sahədə hüquqlarının
tanınmasını, ondan istifadə edilməsini çətinləşdirərsə bu ayrı-seçkilik sayılır.
Konvensiyadan əvvəl qəbul edilmiş beynəlxalq sənədlərdə ayrı-seçkilik anlayışı yalnız
dövlət orqanları tərəfindən törədilmiş diskriminasiyanı əhatə edir. Qadın hüquqları
sahəsində hüquqlar daha çox özəl, qeyri-dövlət sferasında da pozulduğundan
Konvensiyaya görə bu subyektlər tərəfindən olan ayrı-seçkilik də ləğv olunmalıdır.
Konvensiyanın 17-ci maddəsinə müvafiq olaraq Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi
Komitəsi yaradılmışdır. Konvensiyanın 18-ci maddəsinə uyğun olaraq iştirakçı dövlətlər,
Komitədə baxılmaq üçün hazırkı Konvensiyanın müddəalarını yerinə yetirmək məqsədilə
qəbul etdikləri qanunvericilik, məhkəmə, inzibati və ya digər tədbirlər haqqında və bu
sahədə əldə edilən naliyyətlər barəsində hesabat təqdim etmək öhdəliyini öz üzərinə
götürür.
Ölkənin daxili, yəni milli qanunvericiliyi və onun beynəlxalq öhdəlikləri, o cümlədən
CEDAW Komitəsinin tövsiyələri arasında ziddiyyət olarsa, Azərbaycan
Respublikasının Konstitusiyanın 151-ci maddəsinə
3
uyğun olaraq həll edilməlidir. Bu
maddəyə əsasən ölkənin daxili normativ aktları ilə beynəlxalq öhdəliklər arasında
ziddiyyət mövcud olduğu hallarda üstünlük beynəlxalq normalara verilir.
Dövlət Konvensiyanı ratifikasiya etdikdən sonrakı bir il ərzində CEDAW Komitəsinə ilk
hesabatı, sonrakı dövrlərdə isə hər 4 ildən bir dövrü hesabatı təqdim etməlidir.
Hökumətlərin müvafiq Birləşmiş Millətlər Təşkilatı (BMT) Komitələrinə təqdim etdikləri
ilk və dövrü hesabatlarla yanaşı parallel və ya alternativ (kölgə) məruzə və hesabatlar da
təqdim oluna bilər. Belə məruzə və hesabatlar milli qeyri- hökumət təşkilatları (QHT),
3
Konstitusiya və normativ aktların referendum vasiəsilə qəbul edilmiş istisnaları
8
insan hüquqlarını müdafiə və təşviq edən fərdlər, fərdlər qrupu və ya təsisatlar,
Beynəlxalq QHT-lər, İnsan hüquqlarını müdafiə edən milli təsisatlar (məsələn
Ombudsman) tərəfindən təqdim edilir. Komitənin fəaliyyətində QHT-lərin böyük rolu
vardır. QHT-lərin, xüsusən də qadın hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış QHT-lərin
və milli təsisatların məlumatları Komitə üçün olduqca qiymətli informasiya mənbəyidir.
Dövlətlər hesabat verərkən bir qayda olaraq problemləri ya göstərmir, yaxud onu
―yumşaldıb‖ təqdim edirlər. Xüsusən qadınların vəziyyətləri ilə bağlı sistematik və total
pozuntular baş verən ölkələrdə dövlətlər problemləri hesabatlarında əks etdirmirlər. Belə
olan halda qərəzsiz və neytral tərəflərin məlumatı əvəz olunmazdır. Bu keyfiyyətə cavab
verən isə əsasən QHT-lərdir.
Əgər Komitəyə Konvensiyada təsbit edilmiş hüquqların üzv-dövlət tərəfindən ciddi və
sistemli şəkildə pozulduğunu təsdiq edən etibarlı məlumat daxil olmuşdursa, Komitə aid
üzv-dövlətə bu məlumatın araşdırılması üçün əməkdaşlıq etməyi və bununla əlaqədar olaraq
sözügedən məlumat barədə öz qeydlərini təqdim etməyi təklif edir. Konvensiyanın 21-ci
maddəsi Komitənin ümumi xarakterli təklif və tövsiyələr verə bilməsini göstərir. Bu
maddəyə görə Komitə hesabatı öyrənərək və müzakirə edərək, həmçinin dövlətlərdən
digər informasiyaları əldə edərək tövsiyələr verməlidir. Lakin bir çox hallarda tövsiyələr
ümumi xarakter daşıdığından dövlətlər təqdim edilən tövsiyələrə etinasız yanaşırlar.
Komitə ölkənin geniş ictimaiyyətini - xüsusilə, müəllimlər, sosial işçilər, hüquq-mühafizə
orqanlarının əməkdaşları, cəzaçəkmə müəssisələrinin işçiləri, tibb işçiləri, hakimlər və
Konvensiyanın müddəalarını tətbiq etməli olan digər peşə sahiblərini - Konvensiyanın
müddəaları ilə tanış olmağa tövsiyə edir. Komitə Konvensiya da daxil olmaqla insan
hüquqlanna dair məsələlərlə əlaqədar məktəblər və universitetlərdə təlim kursları təşkil
etməyi tövsiyə edir.
―Konstitusiya‖ Araşdırmalar Fondu və ―Qadınlar Arasında Həmrəylik‖ İctimai Birliyi
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə ―Counterpart İnternational‖ təşkilatı
tərəfindən icra olunan ―Qadın İştirakçılığı Proqramı‖ çərçivəsində ―Qadınların inkişafı
naminə ictimai maraqların qorunması‖ layihəsini həyata keçirir. Layihənin məqsədi
9
cəmiyyətdə qadınların aktiv sosial qrup kimi formalaşması üçün CEDAW Komitəsinin
Azərbaycan hökumətinə tövsiyələrinin icrası və təbliği üçün ictimai vəkillik
kampaniyasının həyata keçirilməsidir.
Layihə çərçivəsində hazırlanmış monitorinq hesabatı Konvensiyanın üç istiqamətini
əhatə edir:
Təhsil;
Səhiyyə;
Qadın sahibkarlığı.
Aparılan monitorinq hesabatı Azərbaycanın dövlət strukturları tərəfindən CEDAW
Komitəsinin tövsiyələrinin həyata keçirilməsi istiqamətində bir göstərici olacaqdır.
Dostları ilə paylaş: |