44
Ən müxtəlif səviyyələrdə ikitərfli
və çoxtərəfli,
məhəlli və ümumdünya miqyasında müxtəlif beynəlxalq
institutlardan, hər şeydən əvvəl BMT-nin imkanarından isti-
fadə etməklə, beynəlxalq əməkdaşlığın hər vasitə ilə geniş-
ləndirilməsi.
Regional münaqişələrin həllində,
müxtəlif fəlakətlə-
rin – ekoloji böhranların, aclığın, ağır xəstəliklərin və s. ara-
dan qaldırılmasında beynəlxalq səylərin birləşdirilməsi.
Müxtəlif ölkələrin mənafe balansı əsasında yeni
beynəlxalq siyasi qaydaların qurulması və dünyanın idarə
olunması tədbirlərinin gücləndirilməsi. Yeni dünya nizamının
bütün dövlətlərin mənafeyinin nəzərə alınması əsasında
formalaşması.
Qlobal problemlərin həllində beynəlxalq təşkilatların
rolu. Sülhün qorunub saxlanılmasında, beynəlxalq təhlü-
kəsizliyin təmin olunmasında BMT-nin xidməti.
Qlobal problemlərin həlli üçün ilkin şərt olan
beynəlxalq şəraitin yaradılması. Ətraf mühitin qorunması,
ərzaq və səhiyyə vəziyyətinin normal hala salınması, canlı
mühitin qorunması,
atmosferin, məhəlli dənizlərin, yerüstü
canlı ehtiyat mənbələrinin qorunması, müxtəlif energetika
növlərinin mühitə təsirinin öyrənilməsi.
Qlobal problemlərin araşdırılmasında,
təbii mühitin
vəziyyətini izləyən ümumdünya xidmətinin təşkilində, ətraf
mühitin mühafizəsi üzrə beynəlxalq hüququn müxtəlif
aspektlərinin işlənib hazırlanmasında BMT və digər
beynəlxalq təşkilatların rolunun öyrənilməsi.
Qlobal problemlərin beynəlxalq xarakterinin açılma-
sında və beynəlxalq təşkilatların onların
həllinə cəlb edil-
məsində, bu sahədə onların fəaliyyətinin işıqlandırılmasında
KİV-in rolu. Bu mövzuda materialların tematik və janr
xüsusiyyətləri.