333
sağlamlığını, insanların böyük
bir hissəsinin gələcəyini,
qlobal sosial sabitliyi və bir sıra ölkələrin milli
təhlükəsizliyini sual altında qoyması.
Narkomaniyaya qarşı qlobal mübarizə aparılmasının
vacibliyi. Narkomaniyanın cəmiyyətdə cinayət kimi deyil,
xəstəlik və sosial təzahür kimi qəbul edilməsinin zəruriliyi.
Narkomanların hüquqi, tibbi, sosial
və digər reabilitasiya
təminatı sistemlərinin, eyni zamanda paralel olaraq narko-
maniyaya qarşı güclü təbliğat kampaniyaları sistemlərinin
yaradılması.
Narkomaniyaya qarşı güclü təbliğat kampaniyaları
sistemlərinin yaradılmasında və aparılmasında KİV-in
böyük rol oynaması. Bu sahədə dünya mətbuatının
təcrübəsi. Qəzet və televiziya çıxışlarının səciyyəvi
xüsusiyyətləri.
Qlobal “İnternet” informasiya şəbəkəsinin narko-
maniya sahəsində istifadəsinin ikili xarakteri: “İnternet”
narkomaniya
və narkobiznes mənbəyi kimi; “İnternet”
narkomaniyaya qarşı təbliğat kampaniyalarında ən imkanlı
vəsitə kimi. Narkomaniya mövzusunda materialların eyni
zamanda həm antinarkotik, həm də narkogen xarakter
daşıması.
Narkomaniya mövzusunun işıqlandırılması sahəsində
Azərbaycan KİV-nin təcrübəsi. Narkomaniyaya qarşı
mübarizə sahəsində qəbul olunmuş hökumət direktivlərinə
uyğun olaraq, narkomaniya
mövzusunun mətbuatda
işıqlandırılması dövrləri: 1986-1991-ci illər; 1991-1999-cu
illər; 1999-cu ildən sonrakı dövr. Bu dövrlərdə KİV-in
fəaliyyətinin təhlilindən əldə olunan nəticələr. Bu sahədə
KİV-in çıxışlarının səmərəliliyini artırmaq üçün əsas
vəzifələr. Narkomaniya mövzusunda
yazan jurnalistlərin
qarşısında qoyulan sənətkarlıq tələbləri. Bu sahədə təbliğat-
çılıq işinin forma və metodları, mövzu və janrlardan
istifadənin çoxşaxəliliyi.
334
Dostları ilə paylaş: