Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin


Mövzu 11. Jurnalistika və qlobal miqrasiya prosesləri



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə236/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   232   233   234   235   236   237   238   239   ...   284
Mövzu 11. Jurnalistika və qlobal miqrasiya prosesləri 
 
Miqrasiya müasir dövrün qlobal problemi və  KİV-in 
əsas mövzularından biri kimi. Miqrasiya və miqrant 
anlayışları. Müasir dünyada miqrasiya poseslərinin 
vəziyyəti.  İnsan yerdəyişmələrinin  əsas istiqamətləri
motivləri, meylləri, marşrutları. Miqrasiyanın növləri: daxili 
və xarici; məcburi və könüllü; qanuni və qanunsuz, 
tənzimlənən və tənzimlənməyən miqrasiya. Həm sahə elmi, 
həm də KİV tərəfindən miqrasiya proseslərinin demoqrafiya 
problemi ilə sıx əlaqəli şəkildə öyrənilməsi. 
Azərbaycan Respublikasında miqrasiyanın vəziyyəti: 
retrospektiv nəzər. XX əsrin sonlarında Ermənistan 
ərazisinin azərbaycanlılardan etnik təmizlənməsi, sonradan 
Ermənistanın Azərbaycana qarşı apardığı  işğalçılıq 
müharibəsi və eyni zamanda Orta Asiyada milli zəmində 
332 
 
baş vermiş münaqişə  nəticəsində Azərbaycanda 1 
milyondan artıq qaçqın və  məcburi köçkünün əmələ 
gəlməsi. Geniş  və  tənzimlənməyən miqrasiyanın cəmiyyət 
üçün böyük iqtisadi və sosial problemlər əmələ gətirməsi. 
İnsanların öz iqtisadi vəziyyətlərini daha da yaxşılaş-
dırılmaq cəhdləri miqrasiyanin əsas səbəblərindən biri kimi. 
Öz ölkəsinin hüdudlarından kənarda yaşayan insanlar, 
qanunsuz miqrasiyanın iştirakçıları, insan alverinin 
qurbanları. 
Miqrasiya proseslərinin tənzimlənməsi sahəsində 
beynəlxalq təcrübə  və  sənədlər. BMT-nin “Qaçqınların 
statusu haqqında” 1951-ci il Konvensiyası  və 1967-ci il 
Protokolu. Palermo protokolları. Bu sahədə  fəaliyyət 
göstərən beynəlxalq təşkilatlar və onların iş təcrübəsi. 
Azərbaycan Respublikasında miqrasiya proseslərinin 
tənzimlənməsi təcrübəsi. Bu sahədə qanunvericilik 
bazasının yaradılması  və  təkmilləşdirilməsi. Beynəlalq 
təşkilatlarla əməkdaşlıq. 
Miqrasiya probleminin mətbuatda işıqlandırılmasının 
mövzu istiqamətləri.  Əhalinin miqrasiya problemləri ilə 
bağlı maarifləndirilməsi: qanuni miqrasiyanın pozitiv 
tərəflərinin təbliği; qanunsuz miqrasiyanın təhlükələri ilə 
əhalinin tanış edilməsi. Jurnalistlərin istifadə etdikləri 
təbliğatçılıq işinin forma və metodları. Bu mövzuda 
çıxışların janr rəngarəngliyi. KİV-in çıxışlarının 
təsirliliyinin artırılmasının yaradıcılıq amilləri. 
 

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin