Beşinci hərəkət. Material artıq çap
olunmuşdur (şərti). Redaksiyanın əməkdaşları
rolunu oynayan tələbələrə tapşırıq verilir: -
Materialın üstün və çatışmayan cəhətlərini
qiymətləndirin.
Altıncı hərəkət. Naşirin adından çıxış edən
müəllim materialı qiymətləndirir, onun
səmərəliliyinin səviyyəsini müəyyən edir, işgüzar
oyunu yekunlaşdırır.
OÇERK İştirak edirlər:
Oçerkin müəllifi – tələbə.
Şöbənin redaktoru – tələbə.
Məsul katib – tələbə.
Baş redaktor – tələbə. Birinci hərəkət. Tələbə evdə yazdığı
materialı dərsə gətirir. Tələbəyə verilən tapşırıq:
təqdim etdiyiniz materialın oçerk olduğunu sübut
edin. Redaksiyanın əməkdaşlarını inandırın ki,
problem və mövzunuzun qəhrəmanı ilə bağlı
seçiminiz düzgündür. Oçerkin növünün və süjetinin
seçimini əsaslandırın. Haqqında yazdığınız insanın
şəxsi keyfiyyətlərini açıb göstərən münaqişə sizin
tərəfinizdən uğurlamı təsvir olunur?