Aparan yol kimi


BEYNƏLXALQ DÜNYA MƏDƏNİYYƏTİ İNSTİTUTU



Yüklə 9,7 Mb.
Pdf görüntüsü
səhifə113/182
tarix02.01.2022
ölçüsü9,7 Mb.
#2774
1   ...   109   110   111   112   113   114   115   116   ...   182
BEYNƏLXALQ DÜNYA MƏDƏNİYYƏTİ İNSTİTUTU
Layihədən çıxarış
•   Universitetin yaradılması aktuallığı və konsepsiyası
Yüksək  ruhi  mədəniyyət  ictimai  tərəqqinin  kompleks  sosial  gücü 
və  mahiyyəti,  tərəqqipərvər  xalqlann 
və  dünya  dövlətlərinin 
yaradıcılıq vasitəsi, eləcə də  inkişafının məqsədidir.  Bu,  Şərq və Qərb 
sivilizasiyalarında 
həyat 
tərzinin 
və 
humanist 
ənənələrin 
təkmilləşməsi,  demokratik  yeniləşməsi,  bəşəriyyətin  sosial  fəallığı, 
həyat  keyfiyyəti  və rifahının  inkişafı  üçün  yeni  imkanların  universal 
mənbəyidir.
XXI  əsr humanist  sivilizasiyasının  formalaşması  şəraitində  dünya 
xalqlarının 
demokratiya,  azadlıq  və  plüralizm 
əsasında  mənəni 
əməkdaşlıq  üçün  daha  ciddi  cəhdlər  göstərdiyi  bir  zamanda  dünya 
mədəniyyəti  və  civilizasiyasının 
inkişaf  tarixi  nəzəriyyəsi 
və 
praktikasının  öyrənilməsi  xüsusi  əhəmiyyət  kəsb  etməyə  başlayır. 
Kulturologiyanm  əsaslarını  bilmək  insanların  ətraf  aləm  haqqında 
biliklərini  genişləndirir,  davranış  və  düşüncə  tərzini  müəyyənləşdirən 
dəyər  istiqamətlərini  düzgün  formalaşdırır,  insanın  Homo  sapiens 
növü kimi  yaranışından bu  günə qədər  həyat fəaliyyəti  və inkişafının 
obyektiv  qanunlarını  anlamağa  imkan  verir.  Bu  biliklərin  nəticələri 
ruhi  və  maddi  istehsalın  yeni  üsullarla  idarəetmə  mədəniyyətinin  və 
beynəlxalq  münasibətlərin  yeni  vərdişlərini,  eləcə  də  müxtəlif millət 
və  mədəniyyətə  məxsus  insanların  psixoloji  uyğunluğu  və  qarşılıqlı 
anlaşmasının  artmasını  təmin  edən  ümumetik,  dil  və  ümummədəni 
mühit  formalaşdıran  mədəni  universallıq  (bəşəri  əxlaq),  etalon,  ideal 
və dəyərlərin  yaranmasına  təsir göstərir.  Bu məsələnin  praktik  olaraq 
həyata  keçirilməsi 
milli  mədəniyyiti  dövrün  tələblərinə  uyğun 
modernləşdirmək,  dövrümüzün  bir  çox 
iqtisadi  və  beynəlxalq 
problemlərini  effektli  həll  etmək,  eləcə  də  məhsuldar  beynəlxalq 
əməkdaşlıq üçün  yeni  imkanlar açır.
Universitetin  konsepsiyası 
dünya  sivilizasiyasının  davamlı  və 
təhlükəsiz 
inkişafina  nail  olmaq,  bəşəriyyətin  milli  və  qlobal 
problemlərinin  effektiv  həlli,  siyasi,  iqtisadi  və  mənəvi  böhranın,
196
Fuad  Mammadov
Kullurologiva cffckllvli haval va faallvvata aparan vol
münaqişə 
və 
yoxsulluğun 
aradan 
qaldırılması, 
maraq 
və 
mədəniyyətlərin 
harmonizasiyası  və 
dünya 
mədəniyyəti 
yaradılmasının 
altemativsiz  təməli  olan 
yüksək 
mənəvi
mədəniyyətin  qabaqlayıcı  inkişafının  zəruriliyini  anlamaq  əsasında 
qurulmuşdur.
Universitetin  baza  ideyaları  -   muxtariyyət,  təlim,  tədqiqat  və 
maarif,  demokratiya  mədəniyyəti  və  vətəndaş  cəmiyyəti,  ictimai 
həyata  fəal  olaraq  qoşulma,  ruhi  və  maddi  istehsalın,  həyatın 
keyfiyyəti  və  rifahın  yüksəlməsinin  təməli  olan  elmlilik  və  biliyin 
üstünlüyünün əxlaqi əsaslandırılmasıdır.
•  
Universitetin məqsəd və vəzifələri
Universitetin  başlıca  məqsədi  -   Azərbaycan  Respublikası,  xarici 
ölkələr və beynəlxalq təşkilatların  artan tələblərinin  ödənilməsi üçün 
beynəlxalq tələblərə uyğun  universal bilikli, humanist dünya görüş və 
peşəkar vərdişləri  olan  yüksək  ixtisaslı  ekspertlərin hazırlığı,  tərbiyəsi 
və  yenidən hazırlanmasıdır.
Universitet  yüksək  intellektual  və  mənəvi  dəyərlərin  istehsalı, 
istifadəsi  və  ötürülməsi,  mədəniyyətlərin  harmonizasiyası 
və 
konsolidasiyasına yardım, tələbələrin təlimi  prosesində milli  və bəşəri 
dəyərlər əsasında  tərbiyə edilən  şəxsiyyətlər “istehsal” etməyə imkan 
verən  aparıcı  dünya  universitetləri  ilə  dialoq  və  kommunikasiyalara 
nail  olmağı  planlaşdırır.  O,  aşağıdakı  qabiliyyətlərə  malik  ekspert- 
kulturoloqların hazırlığının  həyata keçirilməsini qarşıya qoyur:
•  idarəetmə  və  istehsal  strukturları  dölət  sisteminin  insanların 
həyat fəaliyyəti  və  beynəlxalq  münasibətlərin  infrastrukturunun 
tarixi dövrün  tələb və çağırışlarına  uyğun  modernləşdirilməsi;
•  Mədəniyyət  və  sivilizasiya  münaqişələrinin  qabaqlanması  və 
aradan qaldırılması;
•  beynəlxalq  sosial-mədəni  əməkdaşlığın inkişafi;
•  insan  inkişafının  zaman  və  məkan  üzrə  proqnozlaşdırılması, 
etibarlı gələcəyin qurulması.
Universitetin əsas vəzifələri:
Ф  dünyanın  elm,  təhsil  və  mədəni  nailiyyətləri  əsasında  müasir
mütəxəssislərin  hazırlığı;
197


Fuad  Mammadt»
Kulturplpelya effektivli hayai 
у д
 
foaljyyjta aparan vol
Ф  dünya  demokratik 
ölkələrinin  inkişaf  təcrübəsi  və  mədəni 
dəyərlər sisteminin  yaradıcı  istifadəsi əsasında  milli  mədəniyyətin 
modemləşdirilməsinə yarsdım;
*   beynəlxalq  norma  və  demokratik  ölkələrin 
nailiyyətlərinə 
uyğun  olan  ekoloji,  tibbi,  iqtisadi,  idarəetmə,  siyasi,  hüquqi,  etik, 
intellektual inkişafa yardım;
Ф  davamlı  sosial-iqtisadi 
inkişafa  nail  olmaq,  yoxsulluq  və 
korrupsiyanın 
aradan  qaldırılması, 
sənaye  və  informasiyalı 
cəmiyyətə keçid;
Ф  sivilizasiyalararası  dialoqun  inkişafi  və  dünya  mədəniyyətinin 
yaradılması 

münaqişələrin 
həlli 
və  terrorizmin 
aradan 
qaldırılması;

Yüklə 9,7 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin