Aparan yol kimi



Yüklə 9,7 Mb.
Pdf görüntüsü
səhifə121/182
tarix02.01.2022
ölçüsü9,7 Mb.
#2774
1   ...   117   118   119   120   121   122   123   124   ...   182
olaraq,  ideya,  münasibət,  fəaliyyət  və  əşyalatın  məcmusunu  təşkil 
edən,  maddi  predmetlərin  mədəniyyətin  bölünməz  hissəsi  olduğunu 
göstərib,  mədəniyyəti  bütöv  sistem  və  elmi  tədqiqatların  müstəqil 
obyekti  kimi  müəyyənləşdirdi.  Alim  “kulturologiya"  (culturology  ) 
sözünü,  tədqiqata  yeni  məntiq  və  metodologiya  tətbiqinə  əsaslanan, 
insan  inkişafi  üçün 
yeni  imkanlar  açan,  tarixə  yeni  baxış 
formalaşdıran  elmin müəyyənləşdirilməsi zərurəti kimi izah edirdi.
Uayt  anlayırdı  ki, 
insanların 
fərdi  və  kollektiv  davranışının 
determinasiya  problemləri  ilə  məşğul  olan  sosiologiya  və  sosial 
psixologiya  məsələləri 
insan  mədəniyyətinin  sistemli  təhlili  üçün 
zəruri  olsa  da,  kifayət  deyil. 
Məntiqi  təhlil  əsasında,  o.  bioloji 
fərqlərlə  şərtlənən  heyvanlar aləminin  davranışından  fərqlənən  insan 
üçün, istər fərdi, istərsə də  sosial səviyyədə məhz mədəniyyətin fərqli 
cəhət  olmasından  ibarət 
elmi  kəşf  etdi.  Başqa  sözlə,  insan 
cəmiyyətində  insanların  davranışı  və  cəmiyyətin  inkişaf səviyyəsi, 
dəyişməsi ilə cəmiyyəti də dəyişdirən  mədəniyyətdən asılıdır.  Buradan 
belə  bir  fundamental  nəticə  alınır  ki, 
insan  davranışı  onun 
mədəniyyətinin funksiyasıdır  və  mədəniyyətin  dəyişməsi  davranışı  da 
dəyişdirir.  (B=f(C)).  Uayt  tərəfindən  mədəniyyətin  "yeni  dünya”, 
ekstrasomatik  dünya  (  yəni,  insanın  bioloji  təbiətindən  yuxanda 
duran),  kimi kəşf edilməsi elmdə mühüm addım oldu.  O, mədəniyyət 
anlamının  düzgün  başa  düşülməsi  və 
onun  imkanlannm  insan 
maraqlanna 
istiqamətləndirilməsi  üçün 
baza  yaratdı. 
Müəllif 
inanırdı  ki, 
elm  tarixindəki  bu  kəşf 
nə  vaxtsa,  Kopemikin
217


Fuad  Mommodov
Kulturologiva effcktivli havat  v» faalivvata aparan vol
heliosentrik  nəzəriyyəsi  və  ya  həyatın  bütün  formalarının  əsası, 
meqa  və  mikro  dünya  sirlərinin  açan  olan  hüceyrənin  kəşfi  kimi  öz 
yüksək qiymətini alacaqdır.
Uaytın  elmi  konsepsiyasının  səciyyəvi  xüsusiyyətrlərindən  biri  də 
odur  ki,  o,  mədəniyyəti,  insanın  həyati  tələbatlannı  təmin  etmək 
üçün  zəruri  enerjinin  əldə  edilib  istifadəsindən  ibarət  həyat 
fəaliyyətinin  termodinamik  vasitəsi  kimi  nəzərdən  keçirir.  O,  mədəni 
inkişafın  başlıca  qanunauyğunluğunun  mədəniyyətin  inkişafından, 
enerjinin  sərf olunduğu  istehlak  artımından  və  ya  əmək  alətlərinin 
effektivliyindən  birbaşa  asılılığında görürdü.  Mahiyyət etibarilə, Uayt 
mədəni  inkişafın  göstəricilərini  ictimai  istehsalın  effektivliyinin 
inkişafı  ilə  əlaqələndirir.  Onun,  mədəniyyətin  təkamülü  üçün  irəli 
sürdüyü  enerji  konsepsiyasında,  müəyyən  fenomenlər  ardıcıllığının 
sonuncusu,  fərdi 
prinsip  və  qanunlara  uyğun  təsvir  edilə 
bilər.Bütövlükdə 
mədəni  sistemlər  və  ya  mədəni  elementlərin 
qarşılıqlı  təsir  prinsiplərini  təhlil  edərək, 
mədəni  fenomen  və 
sistemlər  qanununu  formula  etmiş  və  insan  mədəniyyətinin  müxtəlif 
mədəni  ənənələrin 
vəhdətindəti  kimi  təfsir  etmişdir. 
Bu,  insan 
mədəniyyəti  inkişafının  mühümtarixi qanunauyğunluqlarını  izləməyə 
imkan verir.
Mədəniyyəti  bütöv,  mütəşəkkil  və  inteqrativ  sistem  kimi  nəzərdən 
keçirən  Uayt,  onda,  müxtəlif  qarşılıqlı  fəaliyyət  qüvvələrinin  bir- 
birini şərtləndirən üç altsistemləri ayırır: texnoloji, sosial və ideoloji.

Texnoloji  (  ilkin,əsas,  baza)  insanın  ətraf  mühitə 
uyğunlaşması  ilə  şərtlənir.  Bura  əmək  alətləri,  mövcudluq 
vasitəkləri,  yaşayış  yeri  tikmək  üçün  materiallar,  müdafiə  və 
hücum üçün vasitələr və s daxildir.

İdeolojiyə ideya, bilik və inanclar daxildir.
° 
Sosiala kollektiv davranış tipləri daxildir.
Mədəniyyətin  inkişafi  və  artmasının  dərk  edilməsi  üçün  mühüm 
vasitə  olan  texnoloji  subsistemin  fəaliyyəti  enerji  sərfi  ilə  əlaqəli  və 
dinamik olduğuna görə,  mədəniyyəti materiya və eneıji anlayışları  ilə 
bərabər  təsvir etmək olar.  Uayta görə, mədəniyyətin  həyat tələbatının 
ödənilməsi  ilə  əlaqədar  olan  mühüm  funksiyası  enerjinin  zəruri 
miqdarda  texnoloji  əldə edilməsi  və onun  insan maraqlarında istifadə
218
Fuad  Mnmmadov
Kulturologiva effcktivli havat va faalivvata aparan vnl
edilməsidir.  Bu  baxımdan,  insanın  həyat  fəaliyyətinin  təmin  edilməsi 
üçün texnoloji sistemin mühüm əhəmiyyəti var.
Uayt  mədəniyyətin  inkişafının,  bir  ildə  əhalinin  adam  başına 
düşən  enerjinin  miqdan  ilə,  və  ya  enerjini  yaradan  əmək  alətlərinin 
(texnologiyalar  -   F.M.)  effektivliyinin  inkişafı  ilə  düz  mütənasib 
olması  qanunauyğunluğunu  müəyyənləşdirir.  O, mədəniyyətin  inkişaf 

Yüklə 9,7 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin