Fuad Mamroadov
Kulturologiva effektivli havat va faalivvala aparan vol
axtarışlarına yox, ümumi mədəni keyfiyyət və xüsusiyyətlərin aşkar
edilməsinə
istiqamətlənmişdir.
Beləliklə,
təkamülçü
yanaşma
mədəniyyətin dəyişməsi
prosesini izləməyə və onun inkişafının
ümumi qanunauyğunluqlarını aşkar etməyə imkan verir.
Həyat Uaytm kəşfinin yüksək əhəmiyyətini və yaratdığı elmin -
ənənəvi humanitar və sosial elmlərin həll etmə imkanı xaricində olan
mürəkkəb elmi-praktik problemləri,
keyfiyyətcə yeni səviyyədə
məntiqi
yolla həll etməyə
qabil olan kulturologiyanın
yüksək
dəyərini təsdiqləmişdir. Uayt etnologiya, antropologiya, psixologiya
və sosioloji materialların məntiqi təhlil və tərkibi əsasında
lokal
mədəniyyətlərin
komparativ təhlilindən - bəşər mədəniyyətinin
inkişaf qanunauyğunluqlarının aşkar edilməsinə doğru cığır açdı.
Amerika aliminin xidməti ondan ibarət oldu ki, o, ilk dəfə olaraq
mədəniyyətin yeni anlamını elmi tədavülə buraxmış, kulturologiyanın
predmet sahəsini müəyyənləşdirilmiş, mədəniyyət haqqında elm üçün
“kulturologiya” termininin istifadəsini əsaslandırmış,
təkamül
konsepsiyasını yenidən işləyərək, bəşər mədəniyyətini bütöv sistem
kimi tədqiq etməyə imkan verən
sistemli yanaşma təqdim edə
bilmişdir.
Uayt öz elmi tədqiqatları ilə göstərdi ki, sosiologiya,
psixologiya və s. ayrı-ayrı ənənəvi elmlərin həll edə bilmədiyi
mürəkkəb elmi problemlərin
mümkün qədər optimal həlli
kulturologiya vasitəsi ilə həyata keçirilə bilər. Onun, insan, cəmiyyət
və bəşəriyyətin inkişaf proseslərinin dərk edilib tənzimlənməsi üçün
zəruri olan kulturologiyanın perspektivliliyinə bəslədiyi dərin inam,
bu gün dünya mədəniyyəti və sivilizasiyası praktikasında öz əməli
təsdiqini tapır . Komponentlərini bir çox humanitar, sosial və təbii
elmlərdən
götürmüş,
müasir kulturologiya, öz metodoloji
alətlərindən istifadə etməklə, həm mədəniyyətin müxtəlif hadisə və
institutları, həm də
bütövlükdə
mürəkkəb
ictimai, dövlət və
beynəlxalq proseslərin elmlərarası tədqiqi üçün geniş imkanlar açır.
Müstəqil sosial fenomen və noumen olan
mədəniyyətin sistemli
tədqiqi təbiət elmlərinin təbiət elmlərinin tədqiqat metoduna uyğun
olaraq,
sosial-mədəni proseslərin
effektiv modelləşdirilməsi
və
proqnozlaşdırılması üçün geniş imkanlar açır.
Humanist
“mədəniyyət və insan”
konsepsiyasının müəllifi,
mədəniyyətin öyrənilməsinin yeni metodu olan
transpersonal
2 2 0
Fuad Mammadov
Kullurologiva effektivli havat уд faalivvala aparan yol
psixologiyanın banisi, amerika psixoanalitik alimi Abraham Maslou
da mədəniyyəti insan tələbatları prizmasından təhlil edir. L.Uaytın
əsas ideyalarını
inkişaf etdirib təkmilləşdirən
A.Maslou,
mədəniyyətin
kamillik keyfiyyəti kimi, onun insan tələbatlarını
ödəməsi və şəxsiyyətin potensial qabiliyyətini sosial reallaşdırması
üçün əlverişli şəraitin yaradılmasını, müəyyənləşdirir.
Universal fəlsəfə kimi təklif olunan
bu konsepsiyanı, o,
mədəniyyətin müxtəlif sosial institutlarının dərk edilməsi açan hesab
edirdi.Alim halizm
fəlsəfəsini rəhbər tutaraq,
tələbatlann beş
səviyyəsini müəyyən edir: 1. Fizioloji tələbat; 2. Özünüqoruma
tələbatı; 3. Məhəbbət və birlik tələbatı; 4. Tanınmaq və özünütəsdiq
tələbaıt;
5.
Yaradıcılıq
vasitəsi
ilə
təkmilləşmə
və
özünüaktuallaşdırmaya olan tələbat.
Maslounun hazırladığı “ideal cəmiyyət” modeli - mədəniyyətin
sosial institutlannm humanistcəsinə dəyişdirilməsi vasitəsi ilə insan
harmoniyası, təhlükəsizlik və
qabiliyyətləri maksimal inkişaf
etdirmək imkanı, eləcə də insan şüurunun dəyişdirilməsi pnnsipləri
üzərində qurulmuşdu.
L.A.Uayt, A.Maslou və digər tanınmiş alimlərin mədəniyyətin
elmi təhlil konsepsiyalan bu məqalənin müəllifi tərəfindən
sosial
mədəniyyət, həyat keyfiyyəti və rifahın inkişafının effektivliyinin
təmin edilməsi məqsədi ilə optimal texnologiyaların məntiqi açan ola
biləcək bir neçə kulturoloji formulun yaradılmasına imkan vermişdir.
Bu,
mədəni insanın formulu, mədəniyyət, istehsalat və idarəetmənin
Dostları ilə paylaş: