Aparan yol kimi



Yüklə 9,7 Mb.
Pdf görüntüsü
səhifə119/182
tarix02.01.2022
ölçüsü9,7 Mb.
#2774
1   ...   115   116   117   118   119   120   121   122   ...   182
yeni 
ictimai texnologiyaların hazırlasnmasıdır.  Bu  zaman gələcəyə utopik 
yox, 
realist,  peşəkar  mövqedən  yanaşmaq  nəzərdə  tutulur,  yəni 
alimlərin  romantizm  və  fantaziyası  keçmişin  və  bu  günün  sistemli 
kulturoloji 
təhlilinə  əsaslanıb, 
gələcəyin  pozitiv  obrazının 
formalaşdınlmasına  əsaslanaraq,  yüksək idarəçilik texnologiyalarının 
təmin edilməsinə qabil olmalıdır.
Beləliklə,  S.Pereslegin  və  N.Yutanov 
bəşərin  müasir  sosial 
sistemlərinin 
böhran  əlamətləri  içərisində 
insan  qorxusunun 
“maddiləşməsinin”  adını  çəkirlər.  Müəlliflər  fiziki  ölüm,  psixi  ölüm 
(ağlını  itirmək),  psixoloji  ölüm  (ailənin  məhvi,  irsin  davam 
etdirilməsindən  məhrum  olmaq)  və  sosial  ölüm  (tribadan  qovulmaq) 
qorxularının  aradan  qaldırılma  imkanlarını  varlığın  mədəni  inkişaf
2 1 0
Fuad lybmmado*
Kulturologiya effekUvli havaı  vo faalivvata aparan vol
hesabina  “pozitiv  dəyişdirilməsində”  görürlər.  Onlar  bəşəriyyətin 
multimədəni 
mülkiyyətlərinin 
qorunması 
və 
tərəqqipərvər 
nailiyyətlərinin  yaradıcı  istifadəsini 
nəzərdə  tutan  innovasiyalı 
proqram  və layihələrin hazırlanıb həyata keçirilməsinin əhəmiyyətini 
xüsusi 
qeyd 
edirlər. 
Onlar 
ictimai 
inkişaf 
proseslərinin 
öyrənilməsində  tarix  və  sosiologiyanın rolunu  vurğulayaraq,  pozitiv 
fəlsəfəni  elmi diskussiyaların metodologiyası kimi təklif edirlər.  Onlar 
dünyanın  dəyişdirilməsində  real  addımların  atılması  və 
uğurlu 
gələcəyin  formalaşdırılması  yolunu  innovativ proseslərdə,  hər  bir 
şəxsin cəmiyyətin rifahı  naminə quruculuq  fəaliyyətindəki  yaradıcı  və 
məsuliyyətli  iştirakında,  vətəndaşların maraqlarına cavab verən  azad 
yaradıcı fəaliyyəti üçün  dövlətin  zəruri şərait yaratmasında  görürlər.
Cəmiyyətin  peşəkar  və  gündəlik  adi  mədəniyyəti  kulturologioya 
sahəsində  apanlan  elmi-nəzəri  tədqiqatların  səviyyəsindən  asılıdır. 
Nəzəri  kulturologiya  varlığı  zamanın  tələbinə  uyğun 
dəyişmək 
məqsədini  güdür.  O,  fəlsəfənin  və  insanların 
həyat  fəaliyyəti 
texnologiyalarının  təkmilləşdirilməsinə,  həyat  keyfiyyəti  və  rifahın 
artırılmasına,  dövlət  və  cəmiyyətin  təhlükəsizliyi  və  davamlı 
inkişafina  istiqamətlənmişdir.  Kulturoloji  tədqiqat  prosesində  lazımi 
nəticələrin əldə edilməsi üçün mədəniyyətin inkişaf etdirilməsinin  bir 
neçə 
göstəricilərinin 
nəzərdən 
keçirilməsi 
vacibdir, 
məs., 
mütəxəssislərin  hazırlığı  və  onlardan  istifadə, 
qanunvericiliyin 
keyfiyyəti, demokratik idarəetmə mədəniyyəti, istehlak olunan mədəni 
nemətlərin 
kəmiyyət 
və 
keyfiyyəti, 
fəaliyyətin  ictimai 
texnologiyaları, 
vətəndaş  cəmiyyəti  əxlaqı,  mədəni  dəyərlər  və 
mədəni  irs.  Sistemli  analizin  mühüm  bloklarından  aşağıdakıları  da 
qeyd  etmək  vacibdir:  insan  hüququ,  mədəniyyət  hüququ, 
kadr 
siyasəti,  mədəni  müxtəliflik,  yeni  həyat tərzi,  gender münasibətləri, 
sülh  mədəniyyəti,  istehsal  və  iqtisadi,  tibbi  və  ekoloji  mədəniyyət, 
məsuliyyət  mədəniyyəti, 
yoxsulluqla  mübarizə, 
beynəlxalq 
münasibətlər,  mədəni proseslərin ictimai monitorinqi və digər. 
•*
Dünya  kulturoloji  fikri  ilə  tanışlıq  göstərir  ki,  mədəniyyət  və 
mədəni  inkişaf  problemləri  hələ  antik  dövrdən  qabaqcıl  insanları 
narahat  etsə  də,  kulturologiyanın  elm  kimi  təşəkkül  tapması  üçün 
şərait  XIX  əsrdə  antropologiya, 
etnologiya, 
sosiologiya  və
211


huad  Mammadov
JtMİturoİQgİYa.çffektivli həyal ya faalivvala aparan vol
psixologiyanın 
inkişafı  nəticəsində  əmələ  gəldi.  Kulturologiyanm 
təşəkkül və inkişafının aşağıdakı  mərhələlərini qeyd etmək olar:
1.  İnsan  və  onun dünyasının  tədqiqi  ilə məşğul  olan  etnologiya  və 
antropologiyanın inkişafi ( XIX əsrin axırlarına qədər);
2.  Sosiologiya və psixologiyanın  təşəkkülü və  inkişafı (XIX əsrin 
axırlarından);
3.  Öz  fəaliyyət  və  inkişaf qanunauyğunluqları  olan  bəşəriyyətin 
mədəniyyəti  haqqında 
elm  olan  kulturologiyanm  təşəkkülü  və 
inkişafi (XX əsrin ortalarına yaxın);
4.  Sistemli  kulturoloji  tədqiqatların  intensiv  inkişafı  (  XX  əsrin  II 
yarısından etbarən).
Bir çox mədəniyyətlər üçün səciyyəvi  olan  ilkin ümumi  inkişaf 
qanunları  və  qanunauyğunluqları  əvvəl  etnologiya,  sonra  isə  mədəni 
və  sosial  antropologiya  çərçivəsində  öyrənilirdi.  Etnologiyanın 
formalaşması  XIX  əsrin  80-ci  illərinin  sonlarında  bəşəriyyətin  tarixi 
inkişaf  proseslərinin  öyrənilməsi  çərçivəsində  baş  verirdi.  Onun 
vəzifələrinə 
-  mədəniyyətin  təbii  tarixinin, 
mədəni  tərəqqinin 
mərhələlərinin, 
mədəni  təkamülün  aşkar  edilməsi  və 
müxtəlif 
mədəniyyət  və  cəmiyyətlərin 
düşüncə  tərzinin 
dəyişməsinin 
aşkarlanması daxil idi.
İbtidai 
mədəniyyətin 
tədqiqatçısı, 
etnologiyada 
təkamül 
cərəyanının  banisi  ingilis  etnoqrafı  Eduard  Taylor  öz  tədqiqatlarını 
insan  və  sivilizasiya  problemlərinin 
öyrənilməsinə  həsr  etmişdir. 
Digər  xalqların  həyatını  tədqiq  edərkən,  o,  ilk  dəfə  olaraq,  vəhşilik, 
barbarlıq  və  sivilizasiya  pillələri  ilə  irəliləyən  insan  mədəniyyətinin 
obyektiv  tarixi  inkişaf  qanunauyğunluqlarını  dərk  edib  araşdırmağa 
çalışmışdır.  Taylor  tarixi  prosesin  təhlili  üçün  tipoloji  müqayisə  və 
“qalıqlar  metodu”-dan  istifadə  edərək,  mədəniyyətin  inkişafında  təbii 
səbəb  və  nəticə  əlaqələrini  aşkar  etmişdir.  O,  mədəniyyəti  müstəqil 
inkişaf edən  sahələrin  vəhdəti  kimi  nəzərdən  keçirərək,  haqlı  olaraq 
qeyd  edir  ki, 

Yüklə 9,7 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin