Aparan yol kimi


KULTUROLOGİYANIN METODOLOGİYASI



Yüklə 9,7 Mb.
Pdf görüntüsü
səhifə117/182
tarix02.01.2022
ölçüsü9,7 Mb.
#2774
1   ...   113   114   115   116   117   118   119   120   ...   182
KULTUROLOGİYANIN METODOLOGİYASI
Kulturologiyamn  metodologiyası  mədəniyyəti  dərk  etməyin  elmi 
metodları  haqqında  təlim olmaqla,  tarixin,  insan,  cəmiyyət,  dövlət və 
ümumilikdə  bəşər  mədəniyyətinin 
xüsusiyyətlərinin  və  inkişaf 
qanunlarının 
öyrənilib  mənimsənilməsinə  istiqamətlənmişdir. 
Kulturologiyamn ümumi  metodoloji əsasını  tarix, məntiq,  dialektika, 
ontologiya  və  qnosiologiya  təşkil  edir  ki,  bu  da  mədəniyyətin  daxili 
əlaqələri, arxitektonikasl və strukturunu aşkarlamağa, onun genezisini, 
fəaliyyəti  və inkişafım  izləməyə imkan  verir.  Kulturologiya universal 
metodoloji  meyarlara  istinad  edərək, 
mədəniyyətə  elmi  əsaslarla 
yanaşmağa  imkan  verən  abstrakt-məntiqi  və  konkret-tarixi  bilikləri 
bir-birinə  uyğunlaşdırmaq  yolu  ilə  mədəniyyətin  bütün  sistemlərini 
mürəkkəb  tarixi  proses  kimi  elmlərarası  kompleks  şəklində  tədqiq 
etməyə imkan yaradır.
Cəmiyyətin,  dövlətin  və  ümumilikdə  bəşəriyyətin  ilkin  əsası  olan 
insanın  kamilləşməsinə  yardım  etmək  kulturologiyamn  ən  ümdə
204
Fuad 
МаииФа
Kulturokıgiva cffcklivli h.ıval ta faalivvala aparatı vnl
vəzifəsidir.  İnsanın  mədəniyyəti  kulturologiyamn 
başlıca  idrak 
obyekti  olmaqla, 
bütövlükdə  mədəniyyət  tarixi  və  nəzəriyyəsi 
təhlilinin 
əsasını 
təşkil 
edir. 
Bu 
baxımdan, 
kulturoloji 
metodologiyanın  məqsədlərindən  biri,  bəşəriyyətin  mədəni  təcrübəsi 
əsasında 
varlığın  proqressiv  dəyişdirilməsi  üçün 
insanı  zəruri 
universal 
biliklərlə 
silahlandırmaqdır. 
Kulturologiyamn
metodologiyası  mədəni  hadisə,  fakt  və  qanunların  tarix,  fəlsəfə, 
məntiq,  psixologiya,  etnoqrafiya, 
arxeologiya,  coğrafiya,  dilçilik, 
sosiologiya, etika,  estetika,  dinşünaslıq, politilogiya,  futurologiya və 
s.  elm  sahələrinin 
metodika  və  nailiyyətlərini 
istifadə  etməklə, 
seçilib  sistemləşdirilməsi  və  kompleks  öyrənilməsini  nəzərdə  tutan 
biliklərin sistemli  analiz və sintezinə əsaslanır.  Bütöv bir orqanizm və 
tarixi-sosial  sistem  olan  mədəniyyətin  dialektik  təhlili  əsasında  real 
tarixilik  prinsipi  durur,  özündə  dünya  mədəniyyəti  nəzəriyyəsini  və 
tarixini  inteqrasiya edən bir kimi, kulturologiyamn baza mənbəyi  isə, 
bəşər tarixidir.
Sistemli  yanaşmaya 
əsaslanan 
kulturoloji 
metodologiyanın 
özəyini aşağıdakılar təşkil edir :
Ф  dialektika;
Ф  tarixilik prinsipi;
ф  məntiq (Lütvi Zadənin qeyri-səlis məntiqi daxil olmaqla).
Bu  elmi  yanaşmaların  məcmuu  obyektiv  elmi  dünyagörüşün 
formalaşmasına,  insan,  cəmiyyət  və  dövlətin  inkişafına,  məkan  və 
zaman daxilində  bütöv şəkildə nəzərdən keçirməyə imkan yaradır.
Materiya  və  ruhun  inkişaf  qanunlarına 
əsaslanan 
dialektika 
hadisələrin  mahiyyətini,  onlann  hərəkət,  ziddiyyət  və  əlaqələrini 
aşkarlayır. 
Dünyanı  proses,  fasiləsiz  hərəkət,  dəyişiklik  və 
dəyişdiricilik kimi təqdim edən  Hegel fəlsəfəsi  Heraklit və Aristotelin 
dialektikasına  böyük  töhfələr  verdi.  Hegelə  görə,  varlığın  yaradıcısı 
ağıldır,  çünki,  o,  obyektiv  dünyanı  nəinki  əks  etdirirŞ  həm  də  onu 
yaradır.  Hegeldə  özünühərəkət  və  özünüinkişafın  mənbəyi  prosesin 
daxili ziddiyyətləridir.
Tarixilik  prinsipi  üç  əsas  funksiyanı  yerinə  yetirir:  idraki, 
metodoloji  və  dünyagörüş.  İdraki  funksiya  insanın təbiətə,  cəmiyyətə 
və  özünə  münasibətdə  yerini  və  rolunu  müəyyən  edir.  Metodoloji 
funksiya  mədəni  hadisə  və  prosesləri  keçmişdən  gələcəyə  doğru 
hərəkət  kimi  nəzərdən  keçirməyə,  müxtəlif  dövrlərdə  mədəniyyətin
205


Fuad  Mammadov
Äulturoloeiva effektivli havat  va faalivyata aparan  vol
məzmun  və  struktur  dəyişikliklərini  aşkarlayıb  müqayisə  etməyə, 
ayn-ayn  mədəniyyətlərin  inkişaf  pillələri  ilə  bərabər,  makrotarixi 
prosesləri  də  təhlil  etməyə  imkan  verir.  Dünyagörüş  funksiyası 
mədəni  universallıqları  aşkarlamağa  imkan  verir.  Mədəni  dəyər  və 
normaların 
qarışması 
və 
pozulması, 
mədəniyyətin 
hərəkət 
istiqamətinin  qeyri-müəyyənliyi  ilə  səciyyələnən  islahatlar  və  sosial 
inqilablar dövründə  insanların  mədəni  həyat  fəaliyyətinin öyrənilməsi 
üçün  onun rolu xüsusi əhəmiyyət kəsb etməyə başlayır.
Təfəkkürün 
forma  və  qanunları  haqqında  elm  olan  məntiq
mədəniyyətin  obyektiv  inkişaf  proseslərini,  bəşəriyyətin  inkişafi 
naminə,  düzgün  anlamağa  imkan  verir.  Bu  sahədə  bir çox  alimlərin 
nailiyyətləri  -   Aristotelin  dedutiv  məntiqi,  Frensis  Bekonun  induktiv 
məntiqi,  İmanuil  Kantın 
formal,  metafizik  məntiqi  və  Hegelin 
dialektik məntiqi öz əksini tapmışdır.
Kulturoloji  metodologiya  üçün 
amerika  alimi  Lütvi  Zadənin 
qeyri-səlis  məntiq  sahəsindəki,  əsrlərlə  dünyaya  Aristotelin  klassik 
“ağ-qara”  məntiqi  prizmasından  baxışa  inqilabi  dəyişikliklər  gətirən, 
elmi  kəşfləri  novativ  əhəmiyyət  daşıyır.  Lütvi  Zadənin  qeyri-səlis 
məntiq  və  onunla bağlı  olan  “Çoxluqlar nəzəriyyəsi” ilə “təəssüratlar 
nəzəriyyəsi” bəşəriyyətin bir çox  qlobal, regional,  lokal  və individual 
problemlərinə  eləcə də  öz  tarixi  inkişafında  mürəkkəb  dövr yaşayan 
Azərbaycan  Respublikasının  qarşısında duran  problemlərin həlli  üçün 
kulturoloji  açar  ola  bilər.  Bu  yanaşma  mədəni  inkişafin  iki  vasitəsi 
arasında  harmoniyanın  əldə  edilməsi  üçün  yeni  imkanlar  açır  : 
insanın  təbiəti  dəyişməsinə  yönələn  qərb  və  insanın  təbiətə  “üzvi 
olaraq  daxil  olması”-na  istiqamətlənən  şərq  vasitələri.  O,  humanist 
dəyərləri  saxlayaraq  proqressiv 
texnoloji  inkişafa,  stientizm  və 
antistientizm 
mövqelərinin 
harmonizasiyasına, 
texnogen 
sivilizasiyalara  məxsus  dağıdıcı  proseslərdən  qorunmuş,  yeni 
sivilizasiyaların  yaranmasına  doğru  ümumi  hərəkatda  özünəməxsus 
mədəniyyətlərin  plüralizminin  inkişafına  yardım  edə  bilər.  Sosial- 
mədəni  həyatda  Lütvi Zadənin  demokratik prinsiplərlə səsləşən  baza 
nəzəriyyələrinin  yaradıcılıqla  istifadə  edilməsi  müasir  sivilizasiyada 
keyfiyyətcə  yeni  situasiyanın  yaranmasına imkan  verir.  O, azadlıq  və 
plüralizm  şəraitində  insan  inkişafi,  dünyaya  yeni  baxışların 
formalaşması  ,  xalqlar  arasında  qarşılıqlı  anlaşmaya  nail  olmaq, 
bəşər  mədəniyyəti  və  onun  milli  formalan  arasında  harmoniyanın 
yaradılması üçün yeni  imkanlar açır.
206
Fuad  Mammadov
Kulturokıeiva effektivli havat  va faalivvaıa aparan vol
•  
Kulturologiyanın piramidası

Yüklə 9,7 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin