MƏDƏNİYYƏT TARİXİ VƏ NƏZƏRİYYƏSİ ÜZRƏ ELMİ DƏRƏCƏ ALMAQ ÜÇÜN TÖVSİYƏLƏR Kulturiloji tədqiqatın dəyəri, hər şeydən əvvəl, sosial-mədəni
siyasət, sosial və dövlət idarəçiliyi üçün düzgün nəticə çıxarmaq,
milli və bəşəri mədəni inkişafın tarixi qanunauyğunluqlarım dazgün
təhlil etmək, indiyə qədər məlum olan və tamamilə yeni faktlan
düzgün ümumiləşdirib şərh etmək, mühüm praktik tövsiyələri izah
etmək bacarığından asılıdır.
Kulturoloji ekspertiza pozitiv sosial nailiyyətlərin
obyektiv
qiymətləndirilməsi, neqativ hadisə və böhran proseslərindən çıxış
yolunun müəyyənləşdirilməsi, çatışmamazlıqlann aradan qaldırılması
imkanlarının axtanşı, insan, cəmiyyət
və dövlətin
proqressiv
inkişafının təmin edilməsi xarakteri daşımalıdır.
Tədqiqatçı-kulturoloq cəmiyyət qarşısında
problem qoymağı
bacarmaqla bərabər, onlann düzgün həllinin effektiv texnologiyaları
və yollarını da tapmalı, böhran hallarının aradan qaldırılması və
tərəqqiyə nail olmağa, daxili və xarici siyasətin , iqtisadiyyatın və
insan münasibətlərinin
sağlamlaşdınlmasma yardım edən
sosial
terapiya metodları təqdim etməlidir. O, bilməlidir ki, elmi tədqiqatın
yeniliyi yalnız yeni faktların aşkar edilməsindən ibarət olmayaraq, hər
şeydən əvvəl, mədəniyyətə və onun
insan inkişafındakı yaradıcı
imkanlarına elmə əsaslanan proqressiv baxış, düzgün siyasət və
idarəetmə formalaşdırmaqdır.
Bu baxımdan, mədəniyyət tarixi və nəzəriyyəsi
elmi dərəcəsi
almaq iddiasında olanlar aşağıdakı bacarıqlara yiyələnməlidirlər:
• Tədqiqat mövzusu üzrə bütün əsərlərin və anlayışların
məzmunlu tənqidi təhlilini keçirmək.
• Tədqiqatda tarixilik, dialiktika və məntiq prinsiplərinə dəqiq
istinad etmək. Məkan, zaman, komparativ, struktur, kəmiyyət və
keyfiyyət təhlilini keçirmək.
• Öz tezislərini konkret faktlarla təsdiq etmək və onları düzgün
şərh etmək.
• Mədəniyyətin inkişafında bu və ya digər şəxsiyyət, hadisə,
təzahürün əhəmiyyətini düzgün qiymətləndirmək və araşdırmaq.
2 0 2
Fuad Mammadov
Kulturologiva cffeklivli havat va faalivvata aparan vol
• Mədəniyyət anlayışının yalnız qazanılmış keyfiyyət deyuil, həm
də müəyyən sosial mühitdə aşkar edilmiş genetik yaddaş
valideynlərin
“genetik yaddaşı” - ndan ötürülən potensial
qabiliyyətlər kimi qeyd etmək daha düzgün olar (bəlkə də şüuraltı
səviyyədə).
• Mədəniyyətin idraki, dəyişdirici, normativ-idarəedici, maarifçi,
dünyagörüş və digər funksiyalarını konkret sistemli təhlil etmək.
• Öyrənilən mövzu üzrə mədəniyyətin vəziyyətinin tarixi (arxiv)
sosiaoloji ( rçspondentlərin sorğusu) tədqiqatının keçirilməsi.
• Mədəniyyətin gələcək inkişafını proqnozlaşdırmaq və qoyulan
məqsədlərə nail olmağın yollarını təmin edən
texnologiyalar
işləyib hazırlamaq.
•
Mədəniyyət və qloballaşma