Fuad Mammadov
Kulturoloeiva cffcktivli haval
yd
faalivvata aparan vol
(əqli və mənəvi) və maddi dəyərlər və normalar əldə edilən, eləcə də
onların istehsal texnologiyaları, qorunması, istehlakı və yayılmasının
dərki və dəyişdirilməsindən
ibarət olan mürəkkəb tarixi prosesdir.
Mədəniyyət “Homo Sapiens” tipli insanın ağılı, hissi və zəhməti ilə
yaranmış və yaradılan hər şeyin mahiyyəti, “ikinci”, süni təbiət, ətraf
aləmin inkişaf və təkmilləşməsidir. Ruhi mədəniyyət insan inkişafının
başlıca hərəkətverici qüvvəsidir. Cəmiyyətlə birgə inkişaf edən
mədəniyyət, eyni zamanda, əvvəlki dövrlərin irsini, ruhi dəyərlərini,
ənənələrini, intellektual mədəniyyət nailiyyətlərini, əmək vərdişlərini,
ötən nəsillərin istehsal və yaradıcı təcrübələrini özündə hifs edir. O,
eyni zamanda, digər mədəniyyətlərin əldə etdiyi təcrübəni bu və ya
digər dərəcədə mənimsəyib, yaradıcı emal edir. Dövlət və cəmiyyətin
sosial kapitalı olan mədəniyyətin daxili və xarici mübadiləsi daim
onun yeniləşməsi və proqressiv inkişafına səbəb olur.
Mədəniyyət -
tarixən dəyişən, sosial tələblərlə şərtlənən geniş
anlayış olub, konkret tarixi dövrün məhsulu, onun siyasi və iqtisadi
təsirinin nəticəsidir. O, insanın şüuru, psixikası və davranışı ilə bağlı
olmaqla yanaşı, həm də dövlətin və xalqın maddi prosesləri, tarixi
inkişafı ilə sıx əlaqədədir. Hər bir dövr, hər bir xalq və hər bir nəslin
öz mədəniyyəti və onun haqqında öz təsəvvürləri var. Mədəniyyət
insan
şüurunu,
fərd, cəmiyyət və dövlətin
həyat, məişət və
fəaliyyətini, texnologiyaları, istehsal və maddi vasitələri, iqtisadiyyat
və siyasət, həyat tərzi, ənənələr, millət və xalqların adətləri və mədəni
irsi,milli və bəşəri ruhi dəyərlər, hüquqi, etik və estetik normaları,
ictimai və beynəlxalq münasibətləri əhatə edir. Sosial fenomen və
noumen olan mədəniyyət həyat və fəaliyyətin müəyyən sahəsində
onun keyfiyyətini ifadə edən, kontekstual anlamda da öz əksini tapır.
Bunun üçün
aşağıdakıları yada salmaq kifayətdir: istehsal,
intellektual, siyasi, iqtisadi, etik, hüquqi, tibbi, ekoloji, idarəetmə
mədəniyyəti, məişət mədəniyyəti,
sülh mədəniyyəti, qender
mədəniyyəti, məsuliyyət mədəniyyəti, şəxsiyyət mədəniyyəti və s.
İnsan mədəniyyəti, hər şeydən əvvəl intellekt, zəhmət, iradə və
hisslər, cəmiyyətin inkişafının canlı toxuması və özəyidir. Əgər təbiət
dünyası sinergetik, yəni özünü idarə edən, özünü təşkil edən və özünü
inkişaf etdirən sistem kimi nəzərdən keçirilirsə, insan dünyası -
mədəniyyət - insan tərəfindən daim təkmilləşdirilməsi və düzgün
24
Fuad Mammadov
Kullurologiva cffeklivli haval va faalivvalo aparan vol
idarəedilməsi tələb olunan şüurlu təşkil, idarə və inkişaf etdirilən
sistemdir. Ruhi mədəniyyət insanı hərəkət və fəaliyyətə ruhlandıran
ağıl və hiss, şüur və psixi qabiliyyətlərin birliyi olan ruhi vəziyyətlə
bərabər, şəxsiyyətin daxili psixi dünyası olan qəlb vəziyyətini də əks
etdirir. İnsan şüur və hisslər vasitəsi ilə bilik qazanır, onu əhatə edən
həqiqətlər barədə
obrazlı
təsəvvürlər yaradır.
Şəxsiyyətin
mədəniyyətinin mühüm göstəricilərindən biri insanın davranışında
əks olunan bütün psixi və mənəvi xüsusiyyətlərin məcmusu olan
xarakterdir. Xarakter insanın keyfiyyətini, fərqli cəhətlərini, obyektiv
həqiqətin onun şüurunda əks olunması ilə əlaqədar xüsusiyyətləri
göstərir. Təsadüfi deyil ki, hələ Heraklit demişdir:”İnsanm xasiyyəti
onun taleyidir”. Buna görə də mədəniyyətin mühüm sosial institutu
olan hüququn əhəməyyətini inkar etmədən , etiraf edək ki, qadağa və
sərəncamlarla
problemləri həll etmək olmaz, insanlann şüurunu
təhsil, tərbiyə və maarifləndirmə ilə dəyişib, pozitiv xarakter tərbiyə
etmək lazımdır. Bu, mədəni inkişafının ən effektiv üsulu olan güclü
ruhun - biliklə zəngin
ağıl, sağlam, gözəl hisslər və möhkəm
Dostları ilə paylaş: