Fuad Mammadov
Ktlllurologiva cfTcklivli hoyal va faalivvala aparan vol
İntellektual mədəniyyətin inkişafı üçün
sosial şəraitin yaradılma
əhəmiyyəti ondadır ki, elm insanı düzgün və təhlükəsiz həyat üçün
zəruri olan müdrikliyə doğru aparır. Elm bəşəriyyətə məxsusdur.O,
təşkilat, cəmiyyət və dövlətlərin
yeni texnologiya ilə effektiv
fəaliyyətinin tükənməz mənbəyi,
ictimai şüurun
proqressiv
dəyişikliyinin
açandır. O, insanın həyat fəaliyyətinin yeni
imkanlanna, təbiət və cəmiyyətin yeni inkişaf qanunlanna, həqiətə
yeni yollar açan, intellektual dəyərlər yaradan insan ağlının daimi
axtanşıdır. Hər kəsin alim olması heç də vacib deyil, lakin insanın
intellektual inkişaf prosesinin özü şəxsiyyət və lider formalaşdırılması,
xüsuilə də bəşəriyyətin bu günkü inkişaf mərhələsində cəmiyyətin
tərəqqisi üçün praktik dəyərə malikdir.
Səadət anlamında şəxsiyyətin mədəniyyəti
əxlaq, intellekt və
dəyərlər sistemi, xeyir - şər, xarakter və əqidə
haqqındakı
təsəvvürlərindən nə qədər
asılıdırsa, düzgün mənəvi tərbiyə və
təhsilin əhəmiyyəti bir o qədər artır. Bilik və düzgün təfəkkür insan,
fakt və hadisələrdən ibarət
həqiqətlər haqqında
obyektiv
təsəvvürlərin formalaşmasını təmin edir. Düzgün təsəvvürlər düzgün
arzu və istək yaradır. Düzgün arzu və istək pozitiv nəticələr verən
düzgün fəaliyyətlərə aparır. Əksinə olanda, cəhalət, səhv təsəvvürlər
və neqativ fəaliyyətlər
stress, depressiya və mənəvi böhranla
nəticələnir. Depressiya - mənəvi yarazlığı məhv edir və immuniteti
azaldır ki, bu da nəinki əsəb və psixi sistemi sıradan çıxarır, eyni
zamanda
ictimai sağlamlığı sarsıdan
ağır somatik xəstəliklərlə
nəticələnir. Deməli, şəxsiyyətin
intellektual və etik mədəniyyəti
artdıqca, onun inkişaf imkanları yüksəlir. Yüksək ruhi mədəniyyətə
malik insan isə , dövlətin ruhi xəzinəsi, cəmiyyətin və bəşəriyyətin
ictimai kapitalıdır.
Bu əbədi həqiqətin dərk edilməsi mövcud əsərin yaranmasına
səbəb olmuşdur . Dünya kulturoloji fikrinin nailiyyətlərinə istinad
edən müəllif effektiv dövlət idarəçiliyi
, məhsuldar beynəlxalq
əməkdaşlıq və sabit insan inkişafının universal hərəkətverici qüvvəsi
kimi, ruhi mədəniyyətin mahiyyət və imkanlarını düzgün anlamağa
imkan verən
yeni kulturoloji biliklərin yaradılması
və
sistemləşdirilməsinə öz töhfələrini verməyə çalışmışdır.
26
Fuad
KulturoİQgiva cffcktivli hava! *a faaliyyala aparan yol
Dostları ilə paylaş: