Nə üçün mədəniyyət haqqında elm bizim həyatımız üçün belə
mühüm və dövlət quruculuğu üçün aktualdır?
Çünki, o, mədəniyyətin mahiyyətini insanların ruhi və maddi
tələblərinin ödənilməsinə yönələn həyat fəaliyyəti kimi aşkarlamağa
imkan verir. Mədəniyyətin tarixi və nəzəriyyəsi elə bir tükənməz
xəzinədir ki,
onun vasitəsi ilə
bəşəriyyətin əsrlərlə yaratdığı
intellektual və mənəvi sərvətləri mənimsəmək
mümkündür.
Kulturologiya
dünya
mədəni
nailiyyətlərini
obyektiv
qiymətləndirməyə,onları bu və ya digər ölkənin milli-mədəni
maraqlan üzrə yaradıcılıqla bəhrələnməyə imkan verir.Kulturoloji
biliklərlə zəngin ağıl və xeyirxah məqsədlərə yönələn iradə insan
inkişafının pozitiv faktorudur.
Kulturologiyanın dövlət quruculuğu üçün aktuallığı onunla edilir
ki, bu elm
insan insan,dövlət və cəmiyyətin
effektiv inkişaf
texnologiyalannm hazırlanmasına yardım edir. Dünya mədəni inkişafı
tarixi qanunauyğunluqlarının elmi təhlili və nəzəri ünuniləşdirilməsi
yeni kulturoloji biliklərin yaradılmasına imkan verir.Müxtəlif xalq və
dövlətlərin qabaqcıl texnoloji, iqtisadi, idarəetmə, hüquqi və ruhi
nailiyyətlərini özündə birləşdirən humanitar, texniki və təbiət elmlərin
həmçinin
beynəlxalq
sosial-mədəni
təcrübəyə
istinad
edən
kulturologiya ictimai tərəqqi üçün keyfiyyətcə yeni imkanlar açır.
Sistemli kulturoloji tədqiqatlar, xüsusilə də riyazi metod və müasir
informasiya texnologiyalannm istifadəsi dövlətin daxili və xarici
siyasətinin elmi əsaslarla hazırlanıb reallaşdınlması, qloballaşan
dünya şəraitində onun rəqabətəqabil olması üçün ən zəruri təməldir.
Yaponiya, Norveç və digər demokratik ölkələrin
təcrübəsi
Azərbaycan Respublikası üçün ictimai-mədəni inkişafın effektli
kulturoloji texnologiya nümunəsi ola bilər. Yaponiyadakı 1867-1868-
ci il Meydzi mədəni inqilabı bu ölkənin nisbətən geriqalan (həm
iqrisadi, həm də elmi cəhətdən) və yoxsul bir ölkədən zəngin
demokratik cəmiyyətə keçməsini təmin etdi. “Yuxandan” həyata
keçirilən bu inqilab nəticəsində, ölkədə , əsas devizi “yapon ruhu
plyus avropa biliyi” olan, “maariflənmiş idarəetmə” tətbiq edildi.
Belə bir dövlət siyasəti nəticəsində, yoxsul təbəqənin orta təbəqədən
üstun olduğu “piramidal
strukturlu” cəmiyyət, qısa tarixi dövr
ərzində, firavan və keyfiyyətli həyat sürən orta sinfin üstünlük etdiyi,
27
Kuad Mammadov
Kulturologiya effcklivli havat va faalivyata aparan yol
“romb strukturlu” cəmiyyətə çevrildi. Mədəni inqilab, Yaponiyada
fövqəladə tərəqqinin mühüm
faktorlan
olan:
intellektual
mədəniyyətin
qabaqlayıcı inkişafı, cəmiyyətdə vətənpərvərlik
ideyalarının təsdiqi və milli mədəniyyətin demokratikləşməsi üçün
zəruri şərtlər
yaratdı. Bu yolu seçmiş ölkələrdə yüksək siyasi
mədəniyyətin formalaşması, qanunun aliliyinin təsdiqi, vətəndaşlıq
şüuru, rifah və
həyat keyfiyyətinin inkişafı üçün əlverişli şərait
yaranır. Bu təcrübənin bizim ölkədə yaradıcılıqla istifadəsi, aktual
siyasi məsələnin həlli kimi, Azərbaycanın milli maraqlarına cavab
verir.
Mədəniyyət “piramida”- sının məntiqi pillələri vasitəsi ilə aparılan
düzgün sistemli metodoloji təhlil nəinki mədəniyyətin uyğun sahə,
xarakter və strukturunu müəyyən etməyə, həm də onun xidmət etdiyi
cəmiyyət, dövlət, sosial qrup və siniflərin
obyektiv tələb və
maraqlarını
aşkarlamağa,
ictimai
inkişafda
onun
rolunu
dəqiqləşdirməyə imkan verir. Kulturologiya bəşəri inkiaf və həyat
dialektikasından doğan yeni situasiyalara
hazır olmağa, böhranlı
məqamları vaxtında müəyyən etməyə və təsirini itirmiş köhnə dövlət,
cəmiyyət strukturları ilə yeni dövrün tələbləri arasında olan obyektiv
ziddiyyətlərin həllinn tapilmasına yardım edir. Kulturoloji yanaşma
ölkə
vətəndaşlarının
maraq
və
mədəniyyətlərinin
düzgün
istiqamətləndirilməsinə, cəmiyyətdə yaranan konfliktlərin həllinə,
insan ruhunun təkmilləşməsinə, ictimai və beynəlxalq münasibətlərin
harmoniyasına yardım edir.
İnsan, təşkilat və dövlət nəinki real həyatın, onu məruz qoyduğu,
dinamik
dəyişikliklərinə
cavab verməli, o, həm də prosesləri
qabalayıb, gələcəyi görməklə, uyğun fəaliyyət göstərməlidir. Bu
baxımdan, kulturologiyanm başlıca funksiyası dünyanın sürətlə
dəyişdiyi bir dövrdə dövlət və cəmiyyətin sabit inkişafının effektli
modelinin sosial-mədəni layihələndirilməsi, gələcəyi Şərq və Qərbin
ən əhəmiyyətli sosial nailiyyətlərinin sintezi, dünya mədəniyyəti və
sivilizasiyasının keçmiş və indiki
inkişaf qanunauyğunluqları
əsasında qurmaqdan ibarət olur . Kulturologiyada abstrakt və qarışıq
anlayışlar yoxdur. O, insanın inkişafda olan
həyat fəaliyyətinin
məntiqi konsepsiyaları, tərif, düstur və sxemləri əsasında yaranmışdır.
Kulturologiya varlığın əbədi dialektik dəyişikliklərinə uyğun yeni
28
Fuad Momnıadov
Kulturologiya cffcktivli havat va faalivyata aparan yol
biliklər, tərəqqipərvər ideyalar
və insanların həyat fəaliyyət
texnologiyalarını yaradan elm kimi, fənlərarası xarakter daşıdığına
görə,o, innovativ və praktik əhəmiyyətlidir.
Kulturologiyada mədəniyyətin öyrənilməsi üçün həm induktiv,
həm də deduktiv metodlardan istifadə olunur. İnsan mədəniyyətinin
təhlili fərdin psixologiyası, onun idrak və dünyagörüşünün diqqətlə
öyrənilməsini, dəyərlər sistemi və ideallan, şüur, bilik va
mütəşəkkillik səviyyəsi, emosionallığı, həyat şəraiti və obrazı, peşə
fəaliyyəti, davranışı, iradəsi, eneıjisi, mənəviyyatı, yaradıcı potensialı
və məsuliyyət mədəniyyətinin diqqətlə öyrənilməsini nəzərdə tutur.
Dövlət və cəmiyyət mədəniyyətinin təhlili siyasət, iqtisadiyyat, sosial
həyat, elm, təhsil, hüquq, informasiya, incəsənət, din, həyatı təmin
edən sistemlər, idarəetmə, təhlükəsizlik, bölgü və istehlak,
şəxsiyyətlərarası, ictimai və beynəlxalq münasibətləri , həmçinin
digər sosial institutların diqqətlə öyrənilməsini nəzərdə tutur.Ruhi və
maddi istehsal, əmək prosesi, həyat tərzi, dəyərlər sistemi, ideologiya,
insanlann davranış
motivləri, ənənələr, mədəni irs, məişət və
incəsənət
də
kulturologiyanm
tədqiqat
obyektləridir.
Kulturologiyanm universal metodologiyası
və tədqiqat prinsipləri
mədəniyyət sisteminin bütövlükdə və
ya ayn-ayn sahələrinin ,
inkişafın makro- və mikrotarixi proseslərinin
tam və hissələrlə
öyrənilməsinə imkan verir. Qarşıya qoyulan məqsədlərdən asılı olarq.
kulturolojim tədqiqat obyekti, həm fərd, ailə, sosium, cəmiyyət, həm
də dövlət və bəşəriyyət
ola bilər. Mədəniyyətin təbii coğrafi
göstəricilərini aşkar etməyə imkan verən coğrafi metodla bərabər,
demoqrafik və psixoqrafık
təhlil metodu da sistemli kulturoloji
tədqiqatın həyata keçirilməsinə imkan verir.
Demoqrafik metod
insanlann yaşı, cinsi, təhsili, gəlirinin həcmi, ömrünün uzunluğu və
digər göstəriciləri
haqqında məlumat
toplamağa imkian verir.
Psixoqrafık metod insanlann sosial-mədəni mühiti, mədəni dəyərlər
sistemi, həyat tərzi, ənənələri, mədəni-irsi keyfiyyətləri ilə şərtlənən
motiv və üstünlüklərin təhlili ilə laqədar olan psixoloji faktor
üzərində qurulur.
Kulturologiya universal bilikli ekspertlərin hazırlanmasında
mühüm əhəmiyyətə malikdir. Mədəniyyət fenomeninin . onun sosial
funksiyalarını, tarixi qanunauyğunluqlannı, insan inkişafı üçün qeyri-
.
29
Fuad Mamniadov
Kulturologiva effektivli havat
у д
faalivvala aparan vol
məhdud dəyişdirici imkanlarını düzgün anlamadan dövlət və ictimai
həyatın
müxtəlif sahələri üçün
müasir mütəxəssislərin effektiv
hazırlığının reallaşdırılması
mümkün deyil. Ölkənin və dünyanın
mədəni nailiyyətləri , böhranların diaqnostikası, sosial terapiyası və
aradan qaldırılması , insanların həyat fəaliyyətinin
kulturoloji
texnologiyaları və dövlət idarəçiliyi haqda bilikləri mənimsəmədən
yüksək mədəniyyətli siyasətçi və məmurların formalaşdırılması
prosesini təsəvvür etmək çətindir.Tədris prosesində kulturologiya elmi
nailiyyətlərindən istifadə edilməsi bəşəriyyətin bir çox nəslinin həyat
fəaliyyəti, mədəni inkişafın beynəlxalq təcrübəsi haqqında humanist
etika və universal elmi biliklərə malik yüksək təhsilli mütəxəssis,
şəxsiyyət və liderlərin formalaşdınlmasına yardım edir.İnteraktiv
kulturoloji təhsil “boş qabı doldurmağa yox, məşəl yandırmağa ”
yardım edir, yəni,o, düzgün məntiq formalaşdırmağa, sistemli təhlil
və məhsuldar təfəkkürü inkişaf etdirməyə, dünya mədəniyyəti və
sivilizasiyasında baş verən
dəyişiklikləri
və elmin ən yeni
nailiyyətləri haqqında bilikləri mənimsəməyə imkan verir.
Beləliklə,
bu
gün
ictimai
inkişafın
tendensiya
və
qanunauyğunluqlarının
sistemli kulturoloji təhlilini
əvvəlcədən
aparmadan, düzgün nəticələrin çıxarılması ağılasığmazdır. Buna görə
də siyasətçi və məmurlar ciddi kulturoloji hazırlıq keçməli, ölkənin
və dünya mədəniyyətinin tarix və nəzəriyyəsini, eləcə də müasir
dövlətin idarə edilməsi mədəniyyətinin əsaslarım öyrənməlidir. Bu,
fakt və hadisələrin mahiyyəti haqqında düzgün təsəvvürlərin , dövrün
xarakterini, insanların psixologiyasını obyektiv anlamağa, innovativ
qabiliyyətlərin və lider keyfiyyətlərinin inkiaşfına, yeni imkanlar və
onların praktik reallaşdırılması texnologiyalarını görmək bacarığından
ibarət kulturoloji təfəkkürün formalaşmasına yardım edir. Sistemli
kulturoloji tədqiqatların elmi nəticələri əsasında öz daxili və xarici
siyasətini quran dövlətlər, öz ölkələrinin etibarlı təhlükəsizliyini və
dinamik inkişafını təmin edən, dünya sivilizasiyasının tələbləribə
cavab verən
sosial inkişaf texnologiyalarını
təkmilləşdirmək
qabiliyyətinə malikdirlər. Onlar daha uğurlu gələcək və effektiv
idarəetmə imkanları qazanırlar.
Müəllifin
kulturoloq
kimi
formalaşması,
bu
əsərin
metodologiyasının seçimi və hazırlanmasında aşağıdakı müəlliflərin
30
Fuad Mammadov
Kulturologiva effektivli havat ta faalivvata aparan vol
əsərlərinin öyrənilməsi və onlardan istifadə mühüm əhəmiyyət
daşımıışdır: E.Teylor, L.Morqan, L.Uayt, A.Maslou, A.Toynbi,
O.Şpenqler, M.Beber, İ.Kant, F.Engels, M.Horkhaymer, H.Markuze,
T.Adomo,
H.Rikkert
Y.Habermas,
Y.Lippert,
K.Yarspers,
B.Malinovski, A.Boqdanov, C.Bemal, Lütvi Zadə və digərlərinin
əsərləri ilə tövsiyə olunan ədəbiyyat siyahısında tanış olmaq olar.
Müəllifə T.Parsons, H.Hesse, V.Diltey, İ.Saburo, E.Orteqa-Hasset,
İ.Herder, H.Zimmel, P.Sorokina, Frankfurt məktəbi, “Annallar”
məktəbi müəllifləri və digər tanınmış kulturoloq, tarixçi, filosof və
sosioloqların mədəniyyət anlamı və onun inkişaf probleminin təhlili
daha yaxındır. Əsərin hazırlanmasında
N.Konrad, M.Kaqan,
L. Gertman, A.Petrov, Q.Volkov, Q.Draç, M.Yepiç, S.Artanovski,
A.Blok, V.Polikarpov, A.Markova, İ.Levyaş, Y.Rojdenstvenski,
A.Kravçenko,
V.Polişşuk,
L.Mixaylova,
V.Rozin,
P.Qureviç,
Y.Malyuqa,
Q.Antipov,
A.Koçerqin,
V.Davidoviç,
Y.Jdanov,
N.Zlobin, V.Mejuyev, M.Kim, V.Masson,
və digər rus alimləri.
Müəllif üçün aşağıdakı alimlərin ideya və konsepsiyaları elmi maraq
doğurmuşdur.A.Veber,
D.Bell, A.Merton,
M.Mid,
E.Munye,
M. Baxtin, V.Vemadski, Q.Vemadski, L.Qumilyov, T.Nakane,
V.Osvald, T.Şarden, O.Toffler, S.Xantinqton, M.Blok,
N.Rerix,
V.Muravyov və digər müəlliflərin əsərlərinin
öyrənilib istifadəsi
əhəmiyyətli dəyərə malik olmuşdur.
Dünya kulturoloji fikir tarixinin öyrənilib ümumiləşdirilməsində.
kulturologiya sahəsində ensiklopedik biliklərin formalaşdınlmasında
İctimai elmlər üzrə elmi informasiya İnstitutunun, Humanitar elmi-
informasiya tədqiqatlar Mərkəzinin , Rusiya Elmlər Akademiyasının
Üumi Tarix İnstitutu, Rusiya Federasiyasının ali təhsil müəssisələri
müəllimlərinin əvəzedilməz xidməti olmuşdur. Bu kollektivlər
tərəfindən
S.Y.Levitinin
ümumi
redaktəsi ilə
hazırlanmış
kulturologiya ensiklopediyasının materiallarından istifadə müəllif
üçün böyük dəyərə malik olmuşdur.
Müəllifin mdəniyyət
anlamı və onun insan inkişafındakı
əhəmiyyətinə yanaşmasında Azərbaycanın alim, mütəfəkkir və
maarifçilərindən N.Gəncəvi, N.Tusi, M.F.Axundov, A.A.Bakıxanov,
A.Ağaoğlu, M.Rəsulzadə, A.Hüseynzadə, H.Cavid və bir çox
başqalarının əsərləri mühüm metodoloji əhəmiyyət daşımışdır.
31
Fuad Mammadov
Kulturologiya cffektivli havat vo faalivyato aparan vol
Müəllifin
kulturoloji
dünyagörüşünün
formalaşmasında
H.V.F.Hegel, İ.Kant, F.Engels, J.J.Russo, F.M.A.Volter, İ.V.Hete,
D.Nehru,N.Berdyayev, D.Lixaçov və digər məşhur alim, yazıçı, və
maarifçilərin əsərləri qiymətli mənbə olmuşdur.
Əsərin hazırlanmasında, həmçinin, Azərbaycan Respublikası və
xarici ölkələrdə
nəşr olunan
elmi-nəzəri və elmi-maarifçilik
jurnallarında
çap olunmuş
məqalələrdən, çoxsaylı İNTERNET
saytlarından istifadə edilmişdir.
Müəllif ümidvardır ki, onun sadə əməyi yuxanda söylənən aktual
problemlərin həllinə müəyyən yardım göstərəcəkdir.
Müəllif akademiklər Fuad Qasımzadə və Maqsud Əliyevə, müxbir
üzv Nizami Cəfərova, professorlar Solmina Dadaşova və Nəriman
Həsənzadəyə
əsərin hazırlanma dövründə verdikləri qiymətli
məsləhətlərə görə təşəkkür bildirir.
32
Fuad Mammylov
Kulturologiya effeklivli haval va foalivyata aparan vol
Dostları ilə paylaş: |