Mehman ağayev


Xroniki böyrək çatışmazlığı



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə74/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   70   71   72   73   74   75   76   77   ...   186
Xroniki böyrək çatışmazlığı 
 
Xroniki böyrək çatışmazlığı (XBÇ) simptomokompleks olub ho-
meostazın pozulması ilə meydana çıxan, nefronların durmadan məh-
vinə səbəb olan, xroniki, ikitərəfli böyrək xəstəlikləri nəticəsində baş 
verən, böyrəklərin funksiyasının uzun müddətli, proqressedici po-
zulmasıdır. Bununla belə, böyrəklər müxtəlif metabolitlərin  ekskre-
siyasını, su-duz, qələvi-turşu, osmotik homeostazın sabitliyini təmin 


 
127
etməkdə böyük kompensator imkanlara malikdir. Hətta 50% nef-
ronların məhvi (normada hər böyrəkdə 1,2 mln nefron vardır) adətən 
simptomsuz keçir və heç bir kliniki əlamət vermir. Ancaq yumaqcıq 
filtrasiya sürəti (YFS) 60-30 ml/dəq-dən aşağı endikdə (bu 
nefronların miqdarının 60-70% azalmasına uyğundur) orqanizmdə  
sidik cövhəri, kreatinin və azot mübadiləsinin başqa son məhsulları 
yığılır, onların qan zərdabında qatılığı yüksəlir. Terminal xroniki 
böyrək çatışmazlığı (TXBÇ) baş verdikdə fəaliyyət göstərən nefron-
ların kütləsi 10%-dən aşağı düşür. 
TXBÇ olan, o cümlədən, əvəzedici böyrək terapiyası (ƏBT) alan 
xəstələrin sayı bütün dünyada durmadan artır. XBÇ ilə  xəstələrin 
sayının artmasının səbəbi böyrəklərin  şəkərli diabet, arterial hiper-
tenziya, işemik və sair damar xəstəlikləri nəticəsində zədələnməsi və 
həmçinin dünya əhalisinin son yaş  həddinin artmasıdır. Bəzi ölkə-
lərdə XBÇ-nin geniş yayılması problemin yüksək tibbi-sosial əhə-
miyyətini təyin edir. Dünyanın çox ölkələrində  ƏBT-ə  sərf olunan 
vəsaitlər bütün səhiyyə büdcəsinin  əhəmiyyətli hissəsini tutduğu 
üçün daima bu müalicə növünün təkmilləşdirilməsini və digər tə-
rəfdən böyrək xəstəliklərinin ilkin mərhələsində qoruyucu müalicə 
üsullarının işlənib hazırlanmasını diqqət mərkəzinə  çəkir. Müxtəlif 
ölkələrdə, coğrafi  ərazilərdə XBÇ-nin müxtəlif yayılma tezliyi mü-
şahidə olunur. ABŞ-da 1996-cı ildə 1 mln. əhalidən 1041 xəstə ƏBT 
almışdır və  həmin ildə müalicəyə yeni daxil olmuş TXBÇ ilə olan 
xəstələrin sayı 268 nəfər/1 mln olmuşdur. Həmin  ildə  Yaponiyada  
ƏBT 1 mln. əhali  hesabına  1450 nəfər, yeni  xəstələrin sayı  1 mln. 
adama 200 nəfər olmuşdur.  İngiltərədə yeni hadisələrin sayı ildə 80 
nəfər/1 mln. təşkil etmişdir. Mərkəzi və  Şərqi Avropada TXBÇ ilə 
olan yeni xəstələrin sayı 1 mln. insana: Slovakiyada – 111, Xorva-
tiyada – 132, Çexiyada – 128, Polşada – 84,5 nəfər olmuşdur. 
Rusiyada 2000-ci ildə dializ müalicəsi ilə  xəstələrin təminatı 1 
mln. insana 50,4 olmuş, Moskva şəhərində ƏBT 1 mln. insana 255,4 
olmuşdur. 


 
128
Nefroloqların fəaliyyətində XBÇ xəstələri ilə  işləmək  əsas yer 
tutur, amma  buna baxmayaraq bu diaqnoz ilk dəfə nefroloq yox, 
başqa mütəxəssislər tərəfindən qoyulur. Ona görə də ümumi təcrübə 
həkimlərinin, terapevtlərin, ailə  və sahə  həkimlərinin bu məsələyə 
düzgün münasibətinin böyük rolu vardır, çünki diaqnoz  qoyulduq-
dan sonra xəstə düzgün istiqamətə yönəldilməlidir. Vaxtında qoyul-
muş diaqnoz, nefroloqun məsləhətinə göndəriş  və nefroprotektiv 
müalicə çox hallarda XBÇ proqressinin inkişaf sürətini yavaşıdır. 
Digər tərəfdən müasir kliniki təbabətin  ən uğurlu nailiyyətlərindən 
olan itirilmiş böyrək funksiyasının tam əvəz olunması üçün effektiv  
üsulların vaxtında seçilməsi mümkün olur. 
XBÇ təsnifatı.  Son 20-25 ildə müxtəlif alimlər tərəfindən XBÇ-
nin 20-dən artıq  təsnifatının verilməsinə baxmayaraq onların demək 
olar ki, heç biri hamı  tərəfindən qəbul olunub istifadə olunmur. 
Əvvəllər XBÇ mərhələsinin təyini üçün istifadə olunan qan 
plazmasındakı  kreatininin səviyyəsi yumaqcıq filtrasiya sürətini tam 
əks etmir, çünki bu göstərici bədənin  əzələ kütləsindən, yaş 
həddindən, cinsdən asılı olaraq dəyişir. ABŞ-da Kidney/Dialisiz 
Outcomes Quality İnutiative (K/DOQİ) milli böyrək fondunun son 
illərdə verdiyi təsnifata görə XBÇ 5 mərhələyə bölünür (cədvəl  7).
 
 
                                                                                                      
Cədvəl  7
 
 

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin