IV. Böyrəksiz KBÇ səbəbi – anadangəlmə tək böyrəyin
zədələnməsində onun səhvən cərrahi yolla çıxarılması.
Patogenez. KBÇ-nin inkişaf etməsində şokun rolunu xüsusi qeyd
etmək lazımdır. Bu zaman böyrək arteriyalarının spazmı və perfu-
zion təzyiqin aşağı düşməsi nəticəsində böyrək toxumasında işemiya
əmələ gəlir və o, zədələnir. Zədələnmə əsasən böyrək kanalcıqların-
da baş verir, çünki onlar oksigen aclığına az davamlıdırlar. Bundan
başqa əksər nefrotoksik zəhərlər seçici olaraq böyrək kanalçıqlarının
epitelisini dağıdırlar. Başqa səbəblərdən kanalçıqların hemoqlobin,
mioqlobin, sulfanilamid, sidik turşusu kristallarından əmələ gələn
tıxaclarla tıxanmasını da göstərmək lazımdır. Bütün bu faktorlar
KBÇ-nin əsas əlaməti olaraq anuriyanın baş verməsinə səbəb olur və
orqanizmdə mürəkkəb patofizioloji proseslər inkişaf edir.
Patoloji anatomiya. KBÇ-nin səbəblərinin müxtəlif olmasına
baxmayaraq böyrəklərdə gedən morfoloji dəyişikliklər eyni tipli
olur. Xəstəliyin ilk dövründə böyrəklərin ölçüsü və çəkisi 250 q-dan
artıq olur. Ödem baş verir, qan və limfa durğunluğu nəticəsində böy-
121
rəyin fibroz kapsulu gərginləşir. Qabıq maddə avazıyır, beyin maddə
tünd-qırmızı rəngdə olur.
Yumaqcıqların kapillyar ilgəkləri boşalaraq qansızlaşır, yumaqcı-
ğın kapsularası sahəsinə zülallı eksudat toplanır, qan kapillyarlarında
bəzən tromblara təsadüf edilir.
Kanalcıqlarda zədələnmə iki növ olur. Birinci növ dəyişikliklər
əsasən kanalcıqların proksimal hissəsində yerləşərək nefrotoksik zə-
dələnmə nəticəsində baş verir. İkinci növ zədələnmə kanalcıqların
çox hissəsini tutur və işemiya ilə əlaqədar olur. Nefrotoksik zədələn-
mələrdə qan dövranında da pozğunluqlar baş verdiyindən hər iki növ
dəyişikliklər eyni zamanda meydana çıxır. Damarlarda qan cərəya-
nının pozğunluğu zamanı kanalcıq epitelisinin nekrozu onların hər
bir hissəsində baş verərək əsas zarın tamlığının pozulması ilə müşa-
yiət olunmur. Bu tubulonekroz adlanır. Kanalcıq epitelisinin zədə-
lənməsi əsas zarın da tamlığının pozulması ilə müşayiət olunması
tubuloreksis adlanır, bu prosesin daha da ağır getməsini göstərir.
Belə hallarda ara toxumasının ödemi, monositar infiltrasiyası mey-
dana çıxır və limfa durğunluğu baş verir.
Böyrəklərdə patoloji prosesin daha da dərinləşməsi qabıq maddə-
sində xırda damarların boşalmasına, beyin maddəsinin genişlən-
məsinə və mikrotrombozların baş verməsinə gətirib çıxarır. KBÇ-nin
ən qorxulu ağırlaşmaları böyrəyin qabıq maddəsinin qismən və ya
tam nekrozudur. Bunun əsas səbəbi işemiya dövrünün uzun
sürməsidir və bu əksər halda ölümlə nəticələnir.
Böyrəklərdə gedən dəyişikliklərlə bərabər qaraciyərdə də dege-
nerativ və nekrotik proseslər baş verir ki, xəstəliyin gedişi və nəticəsi
çox zaman bunun ağırlıq dərəcəsindən asılıdır.
Klinika. Etioloji amillərin müxtəlifliyinə baxmayaraq KBÇ-nin
klinik mənzərəsi müəyyən qanunauyğun sxem üzrə təzahür edir.
Buna baxmayaraq, ümumi əlamətlərdən əlavə hər bir etioloji qrupun
özünəməxsus əlaməti vardır və bundan başqa xəstəliyin orqanizmin
hansı fonunda baş verməsinin də xüsusi əhəmiyyətini qeyd etmək
lazımdır.
122
Səbəblərin xüsusiyyətlərindən asılı olmayaraq KBÇ-nin gedişi 4
mərhələyə (dövrə) ayrılır:
1.
Başlanğıc mərhələ;
2.
Oliqo-anuriya mərhələsi;
3.
Poliuriya mərhələsi;
4.
Sağalma mərhələsi.
Başlanğıc mərhələ KBÇ-ni törədən etioloji faktorların əmələ
gətirdiyi klinik mənzərəni özündə təcəssüm edir və 1-3 gün çəkir.
Burada əsasən şok, zəhərlənmə, toksikoz, infeksion amillər və s.
nəticəsində təzahür edən klinik əlamətlər özünü göstərir.
Şok zamanı diurezin azalması orqanizmdə baş verən dərin hemo-
dinamik pozğunluqların nəticəsində müşahidə olunur. Şokdan çıx-
dıqdan sonra böyrəklərin qan dövranı və fəaliyyəti bərpa olunur.
Xəstə şok halından nə qədər tez çıxırsa, bir o qədər də böyrəklərin
funksiyası tez bərpa olunur. Belə ki, bir saatdan artıq müddətdə
sistolik arterial qan təzyiqinin 60-70 mm civə sütunundan aşağı
həddə qalması KBÇ ilə nəticələnir.
Əksər hallarda xəstə şok vəziyyətindən çıxdıqda özünü yaxşı hiss
edir, ancaq 2-3 gündən sonra KBÇ aşkar edilir. KBÇ-ni daha tez
aşkar etmək məqsədilə şokdan sonra sidiyin xüsusi çəkisini (oliquri-
ya olsa belə) və qan plazmasında kreatinin səviyyəsini təyin etmək
məsləhətdir.
Oliqo-anuriya mərhələsi gündəlik diurezin 500 ml-dan az olması
ilə xarakterizə olunur və 2-3 həftə çəkir. Sidiyin azalması qəflətən və
ya tədricən baş verir. Bəzi kliniki müşahidələr zamanı xəstədə
anuriya yox, poliuriya müşahidə olunur. Poliuriya ilə müşayiət
olunan KBÇ zamanı sidiyin xüsusi çəkisi çox aşağı olur.
Xəstəliyin başlanğıc dövründə xəstənin vəziyyəti kafi olur.
Sonrakı günlərdə isə bədəndə baş verən intoksikasiya nəticəsində
(hiperazotemiya, dishidriya, diselektrolitemiya, asidoz, anemiya)
xəstənin vəziyyəti tədricən ağırlaşır, hiperazotemiya zamanı hərarət
normadan aşağı enir, amma infeksiyanın inkişaf etməsi nəticəsində
hərarət yüksəlir. Dərinin rəngi avazımış, bədəndə suyun artıq olma-
123
sından üzdə, ayaqlarda pastozluq və yaxud şişkinlik olur. Ağır hal-
larda üz dərisində (burun qanadları, alın) ağ rəngdə sidik cövhəri
kristalları yığılır.
Asteniya, baş ağrıları mərkəzi sinir sisteminin pozğunluğu ilk
əlamət kimi aşkar edilir. Sonrakı günlərdə isə yuxusuzluq və sayıqla-
ma baş verir və ən nəhayət xəstənin huşu itir - uremik koma baş verir
və xəstəyə xüsusi müalicə tədbirləri tətbiq olunmadıqda o həyatını
dəyişir.
Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq tənəffüs sistemində
müxtəlif əlamətlər baş verir. Ağır asidoz nəticəsində tənəffüs ritmi
pozulur. Kusmaul tənəffüsü müşahidə olunur. Ağciyərlərdə uremik
ödem baş verir.
Ürək-damar sistemində də ağır dəyişikliklər müşahidə edilir.
Nəbz tezləşir, dolğunluğu azalır, qan təzyiqi aşağı düşür, damar
çatışmazlığı aşkar edilir. Bəzən təngnəfəslik proqress, taxikardiya,
böyük və kiçik qan dövranında durğunluq, ağciyər ödemi, damar
çatışmazlığına ürək çatışmazlığı da əlavə olunur. Ağır halda uremik
perikardit baş verir.
İştahanın azalması xəstəliyin ilk günlərindən başlayaraq, tam
itməsinə qədər davam edir. Xəstələrdə susuzluq, ürəkbulanma, qus-
ma, ağızda pis dadın olması və s. aşkar edilir.
Yüksək azotemiya zamanı mədə-bağırsaq sistemi tərəfindən sto-
matit, qastrit, hepatit, pankreatit, paralitik ileus, diareya və ən nəha-
yət, uremik psevdoperitonit meydana çıxır. Bütün bunlar əsasən hi-
perazotemiya zamanı sidik cövhərinin selikli qişalarla ifraz olunma-
sının nəticəsidir.
Böyrəklər nahiyəsində olan ağrını damar spazmı və peritonarxası
sahədə baş verən ödemlə əlaqələndirmək olar. Buna baxmayaraq
bəzən döyəcləmə əlaməti mənfi olur.
Qanın ümumi müayinəsində leykositoz, artan anemiya, EÇS-in
sürətlənməsi aydın edilir. Biokimyəvi müayinə qanda sidik cövhəri-
nin, kreatinin, qalıq azotun, kaliumun, maqneziumun artması, natriu-
mun, kalsiumun azalması təyin olunur. Hiperkaliemiya nəticəsində
124
əzələlərdə zəiflik, üz dərisində qarışqa gəzmə hissiyyatı, aritmiya və
hətta əzələ iflici və ürəyin diastola fazasında dayanması baş verir.
Sidiyin müayinəsi zamanı hipostenuriya (hətta oliquriya olduqda
belə), mikrohematuriya, leykosituriya, silindruriya (hialin və dənə-
vər) aşkar edilir. Xəstə müalicə olunduqda 2-3 həftədən sonra diurez
tədricən bərpa olunur.
Diurezin bərpası ilə 3-cü dövr - poliuriya mərhələsi başlayır, bu za-
man sidiyin gün ərzində miqdarı 2-3 l-ə çatır. Bu zaman böyrəklərin
qatılaşdırma qabiliyyəti zəif olur və ona görə bəzən ilk günlər azo-
temiya artır. Xəstələr çoxlu su itirdikləri üçün bədənə əlavə əvəzedici
müalicə vasitələri (məhlullar) yeritmək lazım gəlir. Adətən sidiyin
xüsusi çəkisi tədricən artır, poliuriya azalır və qanda qalıq azotun
səviyyəsi tədricən normallaşır.
Qanda qalıq azotun səviyyəsinin normaya düşdüyü gündən sağal-
ma dövrü (4-cü mərhələ) başlayır. Bu mərhələ iki ilə qədər çəkir,
çünki bu müddət ərzində böyrəklərin qatılaşdırma fəaliyyəti, qanya-
radıcı orqanların işi və parenximatoz orqanlarda yaranmış distrofik
proseslərin bərpası baş verır.
Müasir müalicə üsullarının tətbiq edilməsinə baxmayaraq ölüm
hələ də yüksəkdir. Birinci mərhələdə xəstələr (şok, sepsis, qan döv-
ranı pozğunluqları, intoksikasiya və s.) tələf olurlar. Oliqoanuriya
mərhələsində xəstələrin ölümü uremik komadan, su-elektrolit poz-
ğunluğundan, qaraciyərin zədələnməsindən baş verir. Poliuriya döv-
ründə əsasən su-duz itkisi xəstələrin tələf olmasına səbəb ola bilər.
Dostları ilə paylaş: |