İtsenko-Kuşinq sindromu
Endokrin mənşəli arterial hipertenziyalar arasında böyrəküstü və-
zilərin qlyukokortikoid funksiyasının artması nəticəsində AT-in yük-
səlməsi müəyyən yer tutur. Hiperkortisizmin səbəbi bəzi halda
hipotalamusun zədələnməsi və ya hipofizin ön payının bazofil ade-
noması nəticəsində baş verir və İtsenko-Kuşinq xəstəliyi adlanır.
Başqa halda böyrəküstü vəzin hiperplaziyası və hiperfunksiyası müs-
təqil şəkildə baş verir və bu hal İtsenko-Kuşinq sindromu adlanır.
117
Hiperkortisizm əsasən 20-40 yaşında müşahidə olunur. Böyrə-
küstü vəzin xərçəngi (adenokarsinoma) və yaxud hormonal-aktiv
adenoma nəticəsində baş verir. Yaşlı şəxslərdə 70% halda xəstəlik
qeyri-şiş mənşəli olur.
Patogenez. İtsenko-Kuşinq xəstəliyi zamanı hipertenziyanın pato-
genezi mürəkkəbdir və axıra qədər aydınlaşdırılmamış qalır. Əsas
mülahizələrə görə hipotalamo-hipofizar nahiyədə kortikoliberinin
(kortikotropin rilizinq-faktor) əmələ gəlməsi güclənir və hipofiz
tərəfindən AKTH artıq ifrazını stimulyasiya edir. Axırıncı böyrəküs-
tü vəzin fəaliyyətini stimulyasiya edir, əvvəl funksiyası artır və sonra
onun qabıq maddəsinin hiperplaziyası baş verir. Nəticədə korti-
kosteroid hormonların və xüsusən qlyukokortikosteroidlərin (əsasən
kortizolun) ifrazının artması baş verir. Az miqdarda mineralokorti-
kosteroidlərin (aldosteron, DOK) və androgenlərin artması baş verir.
Arterial hipertenziyanın baş verməsində angiotenzin II artması,
damarların divarında olan adrenergik reseptorların katexolaminlərə
qarşı həssaslığının artması və damar tonusunun yüksəlməsi, eritrosi-
toz nəticəsində qanın özlülüyünün artması, mikrosirkulyasiya poz-
ğunluqlarının rolu qeyd olunur. Kortizol natriumun bədəndə ləngi-
məsini və həmçinin AKTH isə aldosteronun sekresiyasını stimulya-
siya edir.
İtsenko-Kuşinq sindromunun patogenezinin əsasında hiperkortisizm
durur, amma İtsenko-Kuşinq xəstəliyindən fərqli olaraq böyrəküstü
vəzin qabıq maddəsinin patoloji halı – hiperplaziya, adenoma,
kortikosteron, adenokarsinomada müşahidə olunur və bununla belə
hipofiz və hipotalamusun heç bir dəyişikliyi baş vermir. Bəzən qlyu-
kokortikoidlərin (prednizolon, deksametazon) uzun müddətli, böyük
dozada tətbiqi İtsenko-Kuşinq sindromuna səbəb olur.
Klinika. Arterial hipertenziya İtsenko-Kuşinq sindromu və xəstə-
liyinin əsas kliniki əlaməti olub 80-95% halda müşahidə olunur.
Qadınlarda bu xəstəlik 3-4 dəfə daha tez-tez baş verir.
Xəstəliyin başlanğıcından bir neçə ay, yaxud 2-3 il sonra əhəmiy-
yətli piylənmə, piyin sifətdə, qarında, sağrıda yığılması baş verir,
118
ətraflar isə nazik-distrofik olur. Sifət ayabənzər xarakter kəsb edir,
dərisi yağlı, çoxlu civzələrlə örtülür. 2/3 xəstələrdə bud, qarın, döş
qəfəsi üzərindəki dəridə artrofik tünd-bənövşəyi zolaqlar əmələ gəlir.
Tüklərin tökülməsi nəinki başda, həmçinin qoltuq altında, qasıqda
müşahidə olunur. Cinsi funksiyaların pozğunluqları: qadınlarda
aybaşı tsiklinin pozulması, erkən amenoreyanın baş verməsi; kişi-
lərdə erektil disfunksiya inkişaf edir. Bədən müqavimətinin azalması
nəticəsində infeksiyaya qarşı meyl artmış olur. Bəzən xəstələrdə qa-
naxma ilə müşayiət olunan mədə-bağırsaq sisteminin kəskin xorası
müşahidə olunur. Xəstələr adətən eyforik olur, oyanıqlıq artır, yuxu
pozğunluqları müşahidə olunur. Maddələr mübadiləsinin ağır poz-
ğunluqları baş verir. Karbohidrat mübadiləsinin pozulması şəkərli
(steroid) diabet, insulinə qarşı rezistentlik 50-95% halda baş verir.
Az halda kalsium və fosfor mübadiləsinin pozulması nəticəsində
osteoporoz müşahidə olunur. Xəstələrdə hiperxolesterinemiya, hiper-
natriemiya, hipokaliemiya, hipo-, disproteinemiya, hipoalbuminemi-
ya müşahidə olunur. Periferik qanda eritrositoz, trombositoz, eozino-
filiya ilə leykositoz, limfopeniya müşahidə olunur. 80 % xəstələrdə
sidikdə 17-oksiketosteroidlərin, 17-ketosteroidlərin və aldosteronun
yüksək ekskresiyası qeyd olunur.
Diaqnostika. Xəstəlik üçün xarakterik olan, eyni zamanda müşa-
hidə olunan hipertenziya, kökəlmə və şəkərli diabet olduqda diaq-
nozun etibarlılığı artır. Əsas problem İtsenko-Kuşinq sindromu ilə
xəstəliyini ayırmaqda yarana bilir. İtsenko-Kuşinq xəstəliyində böy-
rəküstü vəzlərin ölçüləri çox böyümür, amma kəllə sümüklərinin
rentgenoloji müayinəsində türk yəhərinin dəyişikliyi aşkar edilir.
Böyrəküstü vəzilərin USM, kompyuter tomoqrafiyası və nüvə-maq-
nit rezonansı diaqnozu dəqiq qoymağa kömək edir.
Müalicə. Hipofiz vəzin adenoması nəticəsində baş verən İtsenko-
Kuşinq xəstəliyində rentgenoterapiya (şüa terapiyası) tətbiq edilir.
İtsenko-Kuşinq sindromu xoşxassəli və yaman şiş (kortikosteroma)
nəticəsində baş verirsə cərrahi müalicə tətbiq edilir.
|