107
uğramış böyrək toxumasından axan qanda kinin və kallikrienin
konsentrasiyası da aşağı düşür.
PQA, PQE və böyrəyin kallikrienin-kinin sisteminin zəifləməsi
damar daraldıcı faktorların damar genəldici faktorlara üstünlük
gəlməsinə səbəb olur və stabil yüksək arterial təzyiqin yaranmasına
xidmət edir.
Pressor faktorların renin – angiotenzin-aldosteron sistemi (RAAS)
damar divarındakı saya əzələlərdə konsentrasiyanın artmasına səbəb olur
ki, bu da onların damardaraldıcı faktorlara – angiotenzin və katexolamin-
lərə qarşı həssaslığını artırır. Son nəticədə damarlarda
ümumi periferik
müqavimət (ÜPM) yüksəlmiş olur.
Beləliklə, vazorenal hipertenziyanın patogenezi mürəkkəbdir, axı-
ra qədər öyrənilməmişdir, böyrək və qeyri-böyrək mənşəli pressor
faktorların aktivliyinin artması və depressor faktorların aktivliyinin
azalması ilə xarakterizə olunur.
Klinika. Vazorenal hipertenziyanın gedişi onu yaradan səbəbdən
asılıdır. Əgər kliniki olaraq arterial təzyiq gənc yaşda yüksəlirsə,
stabil
xarakter daşıyırsa və çox yüksəkdirsə, onda renovaskulyar hipertenzi-
ya haqda düşünmək lazım olur. Yaşlı şəxslərdə (40-50 yaşdan sonra)
böyrək damarlarının və onun şaxələrinin ateroskleroz nəticəsində zə-
dələnməsindən də baş verən hipertenziya zamanı analoji hal qeyd olu-
na bilər. Vazorenal hipertenziya üçün əsasən diastolik təzyiqin daha
çox yüksəlməsi və nəbz təzyiqinin aşağı düşməsi xarakterikdir.
Mühüm klinik simptomlardan bu forma hipertenziyada hiperten-
ziv dərmanlarla müalicə zamanı effektin zəif olması,
ya da heç olma-
masıdır. Amma son illərin effektiv dərmanlarının kombinə şəkilli
istifadəsi arterial hipertenziyanı aşağı salmağa imkan verir. Ona görə
son zamanlar bu simptom özünün qorxuducu əhəmiyyətini itirmişdir.
40-80% hallarda böyrək arteriyası daraldıqda göbəyin sağ və sol
tərəflərində, bel nahiyəsində fonendoskopla dinlədikdə sistolik küy
eşidilir. Bu küy aterosklerotik daralmaya nisbətən fibromuskulyar
displaziya zamanı daha yaxşı eşidilir.
108
Vazorenal hipertenziya başqa hipertenziyalara nisbətən daha tez-
tez hallarda bədxassəli xarakter alır. Böyrək arteriyasının
birtərəfli
zədələnməsində bu hal 25-30% təsadüflərdə, ikitərəfli pozğunluqlar-
da 50-60% halda müşahidə olunur. Bəd xassəli hipertenziya üçün
göz dibində ağır dəyişikliklər (qansızmalar, tor qişanın soyulması və
s.), ürəkdə dəyişikliklər (miokard infarktı, sol mədəcik çatışmazlığı)
və beyin qan dövranında pozğunluqlar (insult, trombozlar və s.) mü-
şahidə olunur. Vazorenal hipertenziyalarda hipertonik krizin rastgəl-
mə tezliyi hipertoniya xəstəliyinə nisbətən azdır. Başqa mənşəli
simptomatik hipertoniyalarda olduğundan fərqli olaraq vazorenal
hipertenziyada sidik sindromu –
proteinuriya, hematuriya, silindruri-
ya xarakterik deyildir. Ancaq az hallarda (1/3 xəstələrdə) az miqdar,
müvəqqəti proteinuriya qeyd oluna bilər.
Diaqnostika. Qeyd olunan kliniki əlamətlər ancaq vazorenal
hipertoniya haqda güman yarada bilər, amma bu diaqnozu təsdiq
etmir. Digər tərəfdən vaxtında qoyulmuş diaqnoz
və düzgün müalicə
xəstənin sağalmasına səbəb ola bilər. Odur ki, diaqnozu vaxtında
qoymaq üçün hərtərəfli müayinələr aparılmalıdır.
USM, icmal rentgenoqrafiya zamanı böyrək damarlarının bir-
tərəfli daralması olduqda böyrəyin ölçülərinin azalmasını aşkar et-
mək mümkündür. Ekskretor uroqrafiya işemiyaya uğramış böyrəyin
ölçüsünün azalmasından başqa onun ekskretor funksiyasının azalma-
sını da qeyd edir.
Radioizotop müayinə üsulu hər iki böyrəyin ayrılıqda funksiyası-
nı öyrənməyə imkan verməklə zədələnmə tərəfi və prosesin dərinli-
yini aydınlaşdırmağa imkan verir, böyrəklərin funksional qabiliyyə-
tini qiymətləndirir.
Böyrək angioqrafiyası, onun selektiv variantı Seldinger üsulu ilə
xüsusi klinikalarda aparılır. Böyrək arteriyalarının vəziyyətini, steno-
zun
dəqiq yerini, dərəcəsini təyin etməklə angioqrafiya cərrahi müa-
licə haqda qərarın qəbulu və məsələnin həllini təmin edir.
Renovaskulyar hipertenziyanın xeyrinə həmçinin qan plazmasın-
da reninin aktivlik (PRA) dərəcəsinin artmasına (1,5 dəfədən çox)
109
müayinə nəticəsi də kömək edir. Bu nəticə 80% xəstələrdə 3 ilə
qədər müddətdə müşahidə olunur. Hətta PRA-nın normal olması da
həmişə vazorenal hipertenziyanın olmamasını tam inkar etmir.
Bəzi müəlliflərin fikrinə görə böyrək venalarının selektiv kateteri-
zasiyası və böyrəkdən axan qanda ayrı-ayrılıqda PRA təyini zamanı,
göstərici bir tərəfdə 1,5 dəfə çox olması onda bu böyrəyin zədələn-
məsindən hipertoniyanın baş verdiyini sübut edir. Bundan sonra da
aparılan cərrahi müalicə (nefrektomiya, rekonstruktiv əməliyyatlar
və s.) AT normallaşmasına səbəb ola bilər.
Renovaskulyar hipertenziyanın diaqnostikası üçün müvəffəqiyyətlə
saralazin – angiotenzin blokatoru tətbiq edilir.
Qeyd olunmuşdur ki,
renovaskulyar hipertenziyada 82% halda saralazin yeritdikdən sonra
AT aşağı düşür. Amma AT bütün xəstələrdə aşağı düşmür. Bu fakt bir
daha onu sübut edir ki, vazorenal hipertenziya zamanı pressor RAAS
başqa depressor və başqa sistemlər də iştirak edir (katexolaminlər və s.).
Bəzən diaqnozu dəqiqləşdirmək üçün böyrəklərin punksion biopsiyası
da aparılır.
Müalicə. Renovaskulyar hipertenziyanın effektiv müalicə üsulu
böyrək arteriyası stenozunu aradan qaldırmağa yönəldilmiş cərrahi
müalicə üsuludur. Xəstəliyin uzunmüddətli davam etdiyi hallarında,
bədxassəli hipertenziyada individual seçilmiş hipotenziv preparatların
köməyi ilə müalicə aparılır. XBÇ inkişaf etdikdə BƏT tətbiq edilir.
Dostları ilə paylaş: