105
Fibromuskulyar displaziya əsasən gənc yaşlarda (12-44 yaşda),
qadınlarda kişilərə nisbətən 4-5 dəfə daha yüksək tezliklə təsadüf
olunur. Xəstəliyin etiologiyası məlum deyildir, amma onun anadan-
gəlmə olması haqda fərziyə vardır.
Morfoloji cəhətdən fibromuskulyar displaziya zamanı aşkar edi-
lən böyrək arteriyalarının və ya onun şaxələrinin əsasən orta, az
miqdar xarici qatlarının distrofik və sklerotik dəyişiklikləri ilə xarak-
terizə olunur. Bu zaman damar divarının əzələ elementlərinin hiperp-
laziyası mikroanevrizmlərlə müştərək
rast gəlir, nəticədə daralmış
yerlər genişlənmiş hissələrlə (anevrizma) növbələnir (arteriya mun-
cuqlu boyunbağıya oxşayır).
Bəzi hallarda intimanın zədələnməsi üstünlük təşkil edir və bu
intimal forma fibromuskulyar displaziya haqda danışmağa əsas verir.
Patoloji proses adətən yayılmış xarakterli olur, amma 2/3 hallarda bir
tərəfdə təsadüf olunur.
Vazorenal hipertenziyanın səbəblərindən biri Takayasu xəstəliyi və
ya nəbzin olmaması xəstəliyi ola bilər. Bu xəstəlik həmçinin qeyri-
spesifik aortoarteriit, yaxud aortanın və onun şaxələrinin panarteriiti
də adlandırılır və ilk dəfə 1908-ci ildə Takayasu tərəfindən yazılmış-
dır. Xəstəlik yayılmış xarakter daşıyır və böyrək arteriyasını da pro-
sesə cəlb edə bilir.
Vazorenal hipertenziyanın başqa səbəblərindən 17-22% halda
aortanın və böyrək arteriyalarının qeyri-spesifik
arteriitini göstərmək
lazımdır. Morfoloji cəhətdən xəstəlik birləşdirici toxumanın fibrinoid
şişməsi və nekrozu, arteriya divarının hiperplaziyası nəticəsində onun
mənfəzinin daralması və ya tam tutulması ilə xarakterizə olunur. Bu
zaman nəbz bir ətrafda zəifləyir, ya da itir, ona görə də aortoarteriiti
nəbzin olmaması xəstəliyi də adlandırırlar. Xəstəliyin etiologiyası
məlum deyildir. Patogenezi autoimmun mexanizmlər ilə izah edilir.
Kliniki olaraq iltihabi prosesin aktivləşməsi subfebril hərarət,
leykositoz, EÇS-in artması, hiperqammaqlobulinemiya, hiperfibrino-
genemiya, C reaktiv zülalın peyda olması ilə xarakterizə olunur.
106
Böyrək damarlarının zədələnməsi ağır renovaskulyar
hipertenziyaya
səbəb olur.
Xəstəlik sistem xarakter daşıdığı üçün renovaskulyar
hipertenziyanın cərrahi müalicəsi effektiv olmur.
Aortanın və onun şaxələrinin arteriiti və prosesin böyrək arteriya-
larına da yayılması bir və ikitərəfli ola bilər, hər iki cinsdə müşahidə
olunur, amma gənc qadınlarda bir qədər çox təsadüf olunur. Xəstəlik
11-20 yaşında başlayır, 2-3 ildən sonra böyrək arteriyasının
daralma-
sı baş verir. İltihabi proses damarların divarlarını dəyişərək onların
okklyuziyasına səbəb ola bilir, bəzən trombların əmələ gəlməsi də
müşahidə olunur. Ayrı-ayrı hallarda böyrək arteriyasının trombozu
kəskin böyrək çatışmazlığı ilə də nəticələnə bilir.
Renovaskulyar hipertenziya həmçinin böyrək arteriyasının və
onun şaxələrinin şiş, hematoma ilə sıxılması, onların trombozu və ya
emboliyası, anevrizmaların əmələ gəlməsi, böyrək arteriyasının əsas
kötüyünün anadangəlmə stenozu (5-6% halda), hipoplaziyası, böyrək
sallanması, kista, inkişaf anomaliyaları nəticəsində də baş verə bilər.
Dostları ilə paylaş: