123
APREL
Nəcəf bəy Fətəli bəy oğlu Vəzirov
1854-cü il aprel ayının 11-də (bəzi
mənbələrdə 02.04) Şuşa şəhərində
anadan olmuşdur. İlk təhsilini dini
məktəbdə almışdır. Bir il oxuduq-
dan sonra Şuşa şəhərindəki mülkiyyə
məktəbinə getmiş, bu məktəbdə də
təhsilini yarımçıq qoyaraq 1868-ci
ildə Bakıya gəlmiş, real gimnaziyanın
ikinci sinfinə daxil olmuşdur. Gimna-
ziyada oxuyarkən N.Vəzirov böyük
Azərbaycan alimi Həsən bəy Zərdabi ilə
tanış olmuşdur. 1874-cü ildə N.Vəzirov
real gimnaziyanı qurtarıb təhsilini da-
vam etdirmək üçün Rusiyaya getmişdir.
O, Moskvada Petrovski-Razumovski
Meşə və Təbiətşünaslıq Akademiyası-
nın meşəçilik şöbəsinə daxil olmuşdur.
1878-ci ildə H.Zərdabinin təşəbbüsü
ilə “İmdadiyyə” adlı dərnək təşkil et-
mişdir.
1878-ci ilin iyun ayında N.Vəzirov
Petrovski-Razumovski Akademiyasını
bitirib təyinatla Qafqaza göndərilmişdir.
1890-cı illərin əvvəllərində N.Vəzirov
siyasi etibarsızlıqda günahlandırılıb
meşəbəyi vəzifəsindən azad edilmiş-
dir. Nəcəf bəy Vəzirov 1895-ci ildə
Bakıya köçmüş, burada lazımi imta-
hanları verib vəkillik vəsiqəsi almış və
məhkəmələrdə çalışmışdır. O, burada
“Yağışdan çıxdıq yağmura düşdük”,
“Müsibəti-Fəxrəddin”,
“Pəhləvani-
zəmanə” kimi klassik əsərlərini yarat-
mışdır. “Müsibəti-Fəxrəddin” əsəri ilə
yazıçı Azərbaycan ədəbiyyatında faciə
janrının əsasını qoymuşdur. “Daldan
atılan daş topuğa dəyər” (1890), “Son-
rakı pеşmançılıq fayda vеrməz” (1890),
“Adı var, özü yox” (1891), “Yağışdan
çıxdıq, yağmura düşdük” (1895) adlı
pyesləri yazıçıya şöhrət qazandırmış-
dır.
N.Vəzirov 1903-cü ildə Bakı duma-
sına katib seçilmişdir. Az sonra isə şəhər
maarif şöbəsi rəisinin müavini təyin
edilmiş və keçmiş müəllimi Həsən bəy
Zərdabi ilə birlikdə yeni məktəblərin,
müxtəlif tərbiyə ocaqlarının açılması
işində yaxından iştirak etmişdir.
1905-ci il inqilabı N.Vəzirovun
ədəbi-ictimai fəaliyyətinin genişlən-
məsi üçün münbit zəmin yaratmış-
dır. Maarifpərvər ədib Bakıda çıxan
“Həyat”, “İrşad”, “Tazə həyat”, “Açıq
söz” və s. qəzetlərdə “Dərviş” imzası
ilə “Balaca mütəfərriqələr” başlığı al-
tında felyetonlar yazmış, Azərbaycanda
teatr sənətinin inkişafı, aktyor nəslinin
yetişməsi üçün yorulmadan fəaliyyət
göstərmişdir. Azərbaycanda Aprel inqi-
labından sonra N.Vəzirov Bakıda Kənd
təsərrüfatı texnikumunda müəllim
işləmişdir.
Nəcəf bəy Vəzirov 1926-cı ilin ya-
yında vəfat etmiş və Bakıda dəfn edil-
mişdir.
Dostları ilə paylaş: