Kbt я25 uot (059) Baş redaktor


Milli ədəbiyyat Çingiz Hüsеynоv



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə157/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   153   154   155   156   157   158   159   160   ...   507
125

Milli ədəbiyyat

Çingiz Hüsеynоv

1929

APREL

20

Ə d ə b i y y a t

Mirzə Fətəlinin tale qohumu 

[Mətn] /Ç.Hüseynov //525-ci 

qəzet.- 2012.- 29 sentyabr.- 

S.24-25.

“Son illərdə həm rus, həm də 

Azərbaycan ədəbiyyatında 

gedən proseslər bir-birinə 

çox bənzəyir” [Mətn] 

/Ç.Hüseynov //525-ci qəzet.-

2011.- 12 noyabr.- S. 24.

Nəbioğlu, N. Çingiz Hüsey-

novun ömrü - azərbaycanlı 

və yazıçı adına layiq 80 il 

[Mətn] /N.Nəbioğlu //525-ci 

qəzet.- 2009.- 27 may.- S.7.

Мерадж [Текст]: роман 

о пророке Мухаммеде            

/Чингиз Гусейнов. [Баку]: 

Ганун, 2008.- 564 с. 

İ n t e r n e t d ə

www.adam.az 

www.anl.az

www.az.wikipedia.org

www.milli.az

85 

illiyi

Nasir

Çingiz Həsən oğlu Hüseynov 1929-

cu il aprel ayının 20-də Bakı şəhərində 

anadan olmuşdur. Burada orta məktəbi 

bitirdikdən sonra ADU-nun fılologiya 

fakültəsinə  daxil  olmuş,  ikinci  kurs-

dan Lomonosov adına Moskva Dövlət 

Universitetinə  dəyişilmiş,  1952-ci 

ildə  oranı  müvəffəqiyyətlə  bitirmiş-

dir.  SSRİ  Elmlər  Akademiyasının 

Şərqşünaslıq İnstitutunun aspirantura-

sında təhsil almış, burada namizədlik 

dissertasiyası müdafiə etmişdir. 1955-

1972-ci illərdə SSRİ Yazıçılar İttifaqın-

da  milli  ədəbiyyatlar  üzrə  məsləhətçi 

işləmişdir. Sov.İKP MK nəzdindəki İc-

timai Elmlər Akademiyasında sosialist 

mədəniyyəti kafedrasının müdir müa-

vini olmuşdur. İlk mətbu əsəri 1955-ci 

ildə  “Bakinski  raboçi”  qəzetində  işıq 

üzü  görmüşdür.  Bundan  sonra,  ədəbi 

yaradıcılıqla müntəzəm məşğul olmuş, 

əsərlərini iki dildə - Azərbaycan və rus 

dillərində yazmışdır.

1959-cu  ildən  Azərbaycan  Yazıçı-

lar  Birliyinin  üzvüdür.  1979-cu  ildə 

filologiya  elmləri  doktoru,  1980-ci 

ildə  professor  elmi  dərəcəsi  almışdır. 

1988-ci ildə “Azərbaycanın Əməkdar 

incəsənət  xadimi”    fəxri  adına  layiq 

görülmüşdür.

Ç.Hüseynov  30-dan  artıq  romanın 

müəllifidir.  “Məhəmməd,  Məmməd, 

Məmiş”, “Fətəli fəthi”, “Ailə sirləri”, 

“Doktor N” əsərləri ona böyük şöhrət 

gətirmişdir.

O, 1960-cı illərin əvvəllərindən da-

vamlı  şəkildə  gündəlik  yazmış  və  50 

ilə yaxın bir müddətdən sonra - 2009-

cu  ilin  yayında  həmin  gündəliklər 

əsasında  Moskvada  “Ötən  günlərin 

görüşünə” adlı xatirə kitabını nəşr et-

dirmişdir.

Əsərləri keçmiş SSRİ və xarici ölkə 

xalqlarının  dillərinə  tərcümə  edilmiş 

nasir bədii tərcümə ilə də ciddi məşğul 

olmuşdur. Türkiyə, Belçika, İngiltərə, 

Fransa  və  digər  ölkələrdə  səfərlər  et-

mişdir.

Professor Çingiz Hüseynov hazırda 

Moskvada yaşayır. Rusiyada yaşasa da, 

ruhən mənsub olduğu Azərbaycan xal-

qının taleyüklü problemləri onu daima 

narahat etmişdir. Neçə müddətdən bəri  

“Azərros”,  “Azərbaycan  konqresi” 

qəzetlərində çap etdirdiyi, tariximizlə, 

Qarabağ problemiylə, 20 Yanvar, Xo-

calı  faciələriylə,  Azərbaycan  torpaq-

larının işğalıyla, milli və dini bayram-

larımızla  bağlı  çoxsaylı  məqalələri 

onun  vətənimizə,  millətimizin  qayğı-

larına  əsla  biganə  qalmadığını,  milli 

mövqedə  dayandığını  sübuta  yetirir. 

Çingiz  müəllim  “rusdilli  yazıçı”  ad-

landırılsa da, ilk 5 kitabı Azərbaycan 

dilində çap olunmuşdur.

2012-ci  ildə  Moskva  şəhərində, 

“Millətlər  evi”nin  böyük  zalında  ya-

zıçının Azərbaycan və rus dilində çap 

etdirdiyi “Fətəli fəthi” romanının yeni 

nəşrinin  təqdimat  mərasimi  keçiril-

mişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin