Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə156/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   152   153   154   155   156   157   158   159   ...   507
Nəcəf bəy Vəzirоv

1854-1926

11

Ə d ə b i y y a t 

Seçilmiş əsərləri [Mətn] 

/N.Vəzirov; tərt. ed. 

X.Məmmədov.- Bakı: 

Maarif, 2002.-292 s.

Əsərləri [Mətn] 

/N.Vəzirov; tərt. ed. 

D.Məmmədova.- Bakı: 

Şərq-Qərb, 2005.- 424 s. 

Nuriyev, A. Azərbaycan 

dramaturgiyasının inkişa-

fında müstəsna rolu olan 

görkəmli şəxsiyyət: Nəcəf 

bəy Vəzirov Azərbaycanda 

maarifçilik hərəkatının 

genişlənməsində yaxın-

dan iştirak edib [Mətn] 

/A.Nuriyev //Kaspi.- 2011.- 

27 aprel.- S.12.

Аскерли, З. Трагедия 

“Горе Фахреддина” 

[Текст] /З.Аскерли.- 

Баку: Элм, 2003.- 160 с.

Гурбан-Ализаде, Ш. 

Отец азербайджанской 

трагедии [Текст] 

/Ш.Гурбан-Ализаде        

//Эхо.-2009. - 21 ноября. - 

С.12.

İ n t e r n e t d ə

www anl.az

www az.wikipedia.org

www kayzen.az

160 

illiyi

Dramaturq

Milli ədəbiyyat


124

Milli ədəbiyyat

Tofiq Mütəllibov

1929-1992

APREL

13

Ə d ə b i y y a t

Durnalar qanadında 

[Mətn] /T.Mütəllibov.- Bakı: 

Gənclik, 1992.- 205 s.

Kim islandı yağışda 

[Mətn]: [4-7 yaşlı uşaqlar 

üçün] /T.Mütəllibov; rəsm 

və dizayn: E.Cabbarov, 

S.Eyvazova.- Bakı: Altun 

Kitab, 2012.-11 s.

Analar tez oyanır. Bayat 

[Mətn]: şeirlər /T.Mütəllibov 

//Ədalət.-2011.- 29 yanvar. 

- S. 20.

Qərənfil məşəlləri 

[Mətn]: şeir /T.Mütəllibov                  

//Azərbaycan.- 2010.- 17 

yanvar.- S.5.

Sənin xətrinə [Mətn]: şeirlər 

/T.Mütəllibov //Ədalət.- 

2010.- 27 fevral.- S.20.

Tapdıq, İ. Tofiq Mütəllibov 

– 80: Sözünün ömrü ilə yaşa-

yacaqdır [Mətn] /İ.Tapdıq   

//Ədəbiyyat qəzeti.- 2009.- 

17 aprel.- S.4.

İ n t e r n e t d ə

www.adam.az 

www.anl.az

www.az.wikipedia.org

www.milli.az

85 

illiyi

Şair

Tofiq  Mütəllim  oğlu  Mütəllibov 

1929-cu  il  aprel  ayının  13-də  Naxçı-

van şəhərində anadan olmuşdur. 1958-

1963-cü  illərdə  Azərbaycan  Dövlət 

Universitetində  (indiki  BDU)  təhsil 

almışdır. 

Onun 1946-cı ildə “Zəfər” adlı ilk 

şeiri  “Azərbaycan  pioneri”  qəzetində 

çap  olunmuşdur.  O,  “Pioner”  jurna-

lında  məsul  katib,  Televiziya  və  Ra-

dio  Verilişləri  Komitəsində  redaktor, 

böyük redaktor, “Azərbaycan pioneri” 

qəzetində  şöbə  müdiri  vəzifələrində 

çalışmışdır.  Sonra  isə  “Azərbaycan 

gəncləri” qəzetində işə başlayan Tofiq 

Mütəllibov ömrünün sonuna kimi bura-

da işləmişdir. XX əsrin 50-ci illərindən 

şair  kimi  diqqət  çəkən  T.Mütəllibov 

30-a yaxın kitabın müəllifidir. 

“Görüş”,  “Şeirlər”,  “Bəxtiyar  ba-

lalar”,  “Gözəllikdən  doymur  ürək”, 

“Sənin  xətrinə”,  “Danışan  çiçəklər”, 

“Mənim  əzizlərim”,  “Görüş  yeri-

miz”  və  başqa  kitabları  ilə  oxucu 

rəğbəti  qazanan  Tofiq  Mütəllibovun 

pərəstişkarlarına   son töhfəsi ölümündən 

bir qədər əvvəl çap edilən “Sevənlərin 

ürəyi”  adlanır.  Azərbaycanın  məşhur 

bəstəkarlarının  əksəriyyəti  şairin  ya-

radıcılığına  müraciət  etmiş,  onun 

sözlərinə  bəstələnən  mahnılar  sevilə-

sevilə dinlənilmişdir. Tofiq Mütəllibov 

bəstəkar Qənbər Hüseynli ilə birlikdə 

musiqi dünyamıza “Cücələrim” mah-

nısını  bəxş  etmişdir.  “Cücələrim”in 

60-dan çox yaşı var. Mahnının mətni 

bir çox xalqların dillərinə tərcümə olu-

naraq ifa edilmişdir. Tofiq Mütəllibov 

uşaqların  psixologiyasını  çox  yaxşı 

bildiyinə görə qələmindən çıxan şeirlər 

dillər əzbərinə çevrilmişdir.

Əsərləri  bir  sıra  teatrlarda 

səhnələşdirilmişdir.  1981-ci  ildə  Ab-

dulla  Şaiq  adına  Azərbaycan  Dövlət 

Kukla Teatrında “Meşə nağılı” (1982), 

“Danışan  qayalar”  pyesləri,  1984-cü 

ildə  Azərbaycan  Dövlət  Gənc  Tama-

şaçılar  Teatrında  isə  “Cücələrim”  al-

leqorik  pyesi  tamaşaya  qoyulmuşdur. 

1968-1990-cı  illərdə  SSRİ  Yazıçılar 

İttifaqının Uşaq və Gənclər ədəbiyyatı 

şurasının  üzvü  olmuşdur.  1970-ci 

ildə  SSRİ-Çexoslovakiya  Dostluğu 

Cəmiyyəti  Azərbaycan  şöbəsi  İdarə 

Heyətinin  üzvü  seçilmişdir.  1955-

ci  ildən  Azərbaycan  Yazıçılar  Bir-

liyinin  üzvü  olmuşdur.  1986-cı  ildə 

Azərbaycan  Yazıçılar  İttifaqı  Təftiş 

Komissiyasının  üzvü  seçilmişdir. 

1988-ci ildə “Ədəbiyyat və incəsənət” 

qəzeti  redaksiya  heyətinin  üzvü  se-

çilmişdir.  1989-cu  ildə  Azərbaycan 

SSR-nin  Əməkdar  incəsənət  xadimi 

fəxri  adına  layiq  görülmüş,  bir  neçə 

dəfə Azərbaycan  SSR-nin Ali  Soveti 

Rəyasət  Heyətinin  Fəxri  fərmanı  ilə 

təltif edilmişdir.

Görkəmli  şair  Tofiq  Mütəllibov 

1992-ci il oktyabr ayının 30-da vəfat 

etmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin