322
Siyasət.Hərbi iş
Gövhər Baxşəliyeva
1954
NOY
ABR
Gövhər Ağabala qızı Baxşəliyeva
1954-cü il noyabr ayının 26-da Bərdə
şəhərində anadan olmuşdur.
S.M.Kirov adına Azərbaycan
Dövlət Universitetinin (indiki BDU),
şərqşünaslıq fakültəsini fərqlənmə
diplomu ilə bitirmişdir. Filologiya
elmləri doktoru, professordur.
1977-ci ildən Azərbaycan EA-nın
Şərqşünaslıq İnstitutunda baş labo-
rant, kiçik elmi işçi,elmi işçi, baş elmi
işçi, elmi işlər üzrə direktor müavini,
şöbə müdiri vəzifələrində işləmişdir.
1997-ci
ildən
AMEA-nın
Şərqşünaslıq İnstitutunun direktoru
vəzifəsində işləyir.
İkinci çağırış Azərbaycan Res-
publikası Milli Məclisinin deputatı,
2001-ci il iyunun 12-dən 2005-ci il
dekabrın 2-dək parlament sədrinin
müavini olmuşdur.
Azərbaycan-Latviya parlament-
lərarası əlaqələr üzrə işçi qrupunun
və İslam Konfransı Təşkilatının
Parlament Məclisində Azərbaycan
nümayəndə heyətinin rəhbəridir.
Dünya ədəbiyyatı (ərəb ədəbiy-
yatı) ixtisası üzrə 12 elmlər namizədi
yetişdirmişdir.
Gövhər
xanım
Baxşəliyeva Azərbaycan elmini bir
çox xarici ölkələrdə uğurla təmsil et-
mişdir (Türkiyə, Rusiya, İran, Misir,
Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ,
Fransa, İngiltərə, İtaliya, Macarıstan,
Rumıniya, Çin, Malaziya, İndonezi-
ya və s.). 10.01.02 – “Türk xalqları
ədəbiyyatı” və 10.01.03 – “Dünya
ədəbiyyatı” ixtisasları üzrə Müdafiə
Şurasının sədridir.
Qədim və müasir ərəb ədəbiy-
yatının, ərəbdilli Azərbaycan ədəbiy-
yatının, ərəbdilli mənbələrin, ərəb-
Azərbaycan ədəbi əlaqələrinin tədqiqi
ilə məşğul olmuş, şərqşünaslıq elmi-
nin ən müxtəlif sahələrinə aid onlar-
ca əsəri çap edilmişdir
Şərqşünaslıq elminin ən müxtəlif
sahələrinə aid 120-dən artıq məqalə
və məruzəsi, 4 monoqrafiyası, 10 ki-
tabı çap olunmuşdur.
Şərqşünaslıq sahəsində respubli-
kada aparılan elmi işlərin koordinasi-
yası üzrə Problem Şurasının sədridir.
“Elmi araşdırmalar” dərgisinin
məsul redaktoru, “Azərbaycan
şərqşünaslığı” dərgisinin baş redak-
torudur.
Dostları ilə paylaş: