Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə400/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   396   397   398   399   400   401   402   403   ...   507
Ə d ə b i y y a t

Abbasov, Z. Görkəmli 

alim, mahir pedaqoq 

[Mətn] /Z.Abbasov                     

//Azərbaycan.- 2010.-13 

yanvar.- S.5. 

Abbasov, Z. Uğurların 

təməlində istedad və 

zəhmət dayanırsa [Mətn] 

/Z.Abbasov     //Xalq 

qəzeti.- 2010.- 3 fevral.- 

S.7.

Babayev Arif  

Əliheydər oğlu [Mətn]                    

//Azərbaycan Milli 

Ensiklopediyası.- Bakı, 

2010.-C.II.- S.582.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org 

www.e-qanun.az

www.mechmath.bsu.

edu.az

11

Riyaziyyatçı alim


324

NOY

ABR

15

Kimya.Biologiya.Tibb

100 

illiyi

İdris Axundzadə 

1914-1999 

NOY

ABR

İdris 


Məmmədhüseyn 

oğlu 


Axundzadə 1914-cü il noyabr ayının 21-

də Tovuz rayonunda anadan olmuşdur. 

1925-ci  ildə  ibtidai  məktəbi,  1934-cü 

ildə Azərbaycan Kənd Təsərrüfatı İnsti-

tutunu bitirmişdir. 1939-1942-ci illərdə 

həmin  institutda  elmi  işçi  və  kafedra 

müdiri, 1942-1944-cü illərdə respublika 

Torpaq Komissarlığında təhsil və elmi 

tədqiqat  müəssisələri  idarəsinin  mü-

diri,  1944-1951-ci  illərdə  Azərbaycan 

Elmi Tədqiqat  Çoxillik    bitkilər  İnsti-

tutunun direktoru, 1951-1956-cı illərdə 

Azərbaycan  Elmi-Tədqiqat  Əkinçilik 

İnstitutunun  elmi  bazasının  müdiri, 

1956-1960-cı  illərdə Azərbaycan  SSR 

EA Genetika və Seleksiya İnstitutunun 

direktoru işləmişdir.

Tədqiqatları  subtropik  və  bir 

sıra  meyvə  bitkilərin  genefondu-

nun  öyrənilməsi,  introduksiya  və 

iqlimləşdirmə,  Radiasiya  genetika-

sı  və  s.  sahələrdə  olmuşdur.  Bir  sıra 

xarici  ölkələrdə  subtropik  bitkilərin 

öyrənilməsi  üzrə  ekspedisiyaların  işti-

rakçısı və rəhbəri, 1964-1978-ci illərdə 

Əfqanıstanda  meyvə  plantasiyalarının 

salınması layihəsinin müəllifi və rəhbəri 

olmuşdur.

1964-cü  ildə  dissertasiya  işini 

müdafıə edərək biologiya elmləri dokto-

ru adına layiq görülmüşdür. Azərbaycan  

EA müxbir üzvü, Əməkdar elm xadimi 

idi.

İdris Axundzadənin genetika və se-



leksiya sahəsində fəaliyyəti böyük yer 

tutur.  Onun  tədqiqatları  nəticəsində 

respublikada  60  fəsiləyə,  114  cinsə 

və  369  növə  aid  subtropik  bitkilərin 

mövcudluğu 

məlum 


olmuşdur. 

İ.M.Axundzadə müxtəlif elmi ekspedi-

siyaların tərkibində İranda, Yuqoslavi-

yada, Türkiyədə və İtaliyada çalışmış, o 

yerlərdən yüzlərcə müxtəlif bitki sort-

ları gətirmişdir.

Görkəmli alimin elmi kadrların ha-

zırlanmasında  böyük  xidmətləri  var. 

O,  uzun  müddət  Azərbaycan  Kənd 

Təsərrüfatı İnstitutunda və Azərbaycan 

Dövlət  Universitetində  meyvəçilik, 

subtropik bitkiçilik, genetika və selek-

siya  fənlərindən  dərs  demiş,  30  nəfər 

elmlər  namizədi  və  bir  nəfər  elmlər 

doktoru hazırlamışdır.

İdris Axundzadə botanika, genetika 

və bağçılıq üzrə Kanada, ABŞ, Yaponi-

ya, Çexoslovakiya və Polşada keçirilən 

beynəlxalq konqreslərdə fəal iştirak et-

mişdir.


O,  250-dən  çox  elmi  əsərin,  o 

cümlədən  6  monoqrafıya,  5  kitabça, 

3  aqronomik  göstəriş  və  bir  dərsliyin 

müəllifidir. Xidmətlərinə görə “Qırmızı 

Əmək  Bayrağı”  və  Əfqanıstanın  “Ul-

duz” ordenləri ilə təltif edilmişdir.

Professor  İdris  Axundzadə  1999-

cu il iyun ayının 15-də Bakı şəhərində 

vəfat etmişdir.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   396   397   398   399   400   401   402   403   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin