Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə402/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   398   399   400   401   402   403   404   405   ...   507
Yusif Əmənzadə

 1914-1982 

2

18

100 

illiyi

Ə d ə b i y y a t

Плоская задача теорий 

упругости [Текст] 

/Ю.Емензаде.- Баку, 1975.

Теорий упругости [Текст] 

/Ю.Емензаде.- М., 1976.

Əliqızı, Ş. Ziyası sönməyən 

ömür [Mətn] /Ş.Əliqızı //İki 

Sahil.- 2010.- 18 yanvar.- 

S.13.

Əmənzadə Yusif Əmən oğlu 

[Mətn]//Azərbaycan Sovet 

Ensiklopediyası.- Bakı, 

1984.-C.IV.-S.202.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.mechmath.bsu.edu.az


326

Tarixdə bu gün

Azərbaycan Bayrağı Günü

 1918

NOY

ABR

Azərbaycan  Respublikasının  Dövlət 

Bayrağı  haqqında  ilk  hökumət  qərarı 

1918-ci  il  iyunun  24-də  verilmişdir. 

Həmin qərara görə Azərbaycan bayrağı-

nı qırmızı materialdan, üstündə ağ aypara 

və qırmızı fonda ağ səkkizguşəli ulduzun 

təsviri verilmiş bayraq kimi qəbul etmək 

nəzərdə  tutulmuşdu.  Bu  qərar  qəbul 

edilərkən  Azərbaycan  hökuməti  hələ 

Gəncə  şəhərində  yerləşirdi.  Hökumət 

Bakıda  yalnız  15  sentyabr  -  şəhər 

türk  qoşunlarının  köməyi  ilə  düşmən 

qüvvələrdən  təmizləndikdən  sonra 

fəaliyyət  göstərə  bilmişdi.  Azərbaycan 

Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə 

başlamasından az sonra, bayraq haqqın-

da ikinci qərar qəbul edilmişdi.

1918-ci  il  noyabr  ayının  9-da  

Azərbaycan 

Xalq 

Cümhuriyyəti 



Nazirlər  Şurası  milli  bayraq  haqqında 

qərar vermişdir. Nazirlər Şurasının sədri 

Fətəli Xan Xoyskinin imzaladığı həmin 

qərarda deyilir: “Milli bayraq kimi yaşıl, 

qırmızı,  mavi  rənglərdən,  ağ  aypara  və 

səkkizguşəli ulduzdan ibarət olan bayraq 

qəbul edilsin”.

1920-ci  il  aprelin  28-də  Xalq 

Cümhuriyyəti  süqut  etdikdən  və  So-

vet  hakimiyyəti  qurulduqdan  sonra 

Azərbaycanda bu bayraqdan imtina edil-

mişdir.


İkinci  dəfə  1990-cı  il  noyabrın  17-

də  Naxçıvan  Muxtar  Respublikası  Ali 

Məclisinin  qərarı  ilə  bu  bayraq  bərpa 

edilmiş  və Muxtar Respublikanın dövlət 

bayrağı  kimi  qəbul  edilmişdir.  Naxçı-

van  Muxtar  Respublikası  Ali  Məclisi 

Azərbaycan  SSR  Ali  Soveti  qarşısında 

üçrəngli  bayrağın  Azərbaycanın  rəsmi 

dövlət  rəmzi  kimi  tanınması  haqqında 

vəsatət qaldırmışdır.

1991-ci  il  fevral  ayının  5-də  Azər-

baycan  Respublikası Ali  Soveti  Naxçı-

van Muxtar Respublikası Ali Məclisinin 

vəsatətinə  baxmış  və  üçrəngli  bayrağın 

Azərbaycanın dövlət bayrağı kimi qəbul 

edilməsi haqqında qərar vermişdir.

Azərbaycan  Respublikasının  dövlət 

bayrağı  bərabər  enli  üç  üfüqi  zolaqdan 

ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq 

qırmızı, aşağı zolaq yaşıl rəngdədir.Mavi 

rəng - Azərbaycan xalqının türk mənşəli 

olmasını, qırmızı rəng - müasir cəmiyyət 

qurmaq, demokratiyanı inkişaf etdirmək 

istəyini, yaşıl rəng - islam sivilizasiyası-

na mənsubluğunu ifadə edir. Qırmızı zo-

lağın ortasında bayrağın hər iki üzündə 

ağ  rəngli  aypara  ilə  səkkizguşəli  ulduz 

təsvir edilmişdir. Bayrağın eninin uzun-

luğuna nisbəti 1:2-dir. 

Azərbaycan  bayrağının  dalğalandığı  

dirək dünyada ən hündür bayraq dirəyi 

hesab olunur. “Ginnes”in dünya rekord-

ları  təşkilatı  Azərbaycan  dövlət  bayra-

ğı dirəyinin dünyada ən hündür bayraq 

dirəyi olduğunu təsdiq edib.

Qeyd  edək  ki,  bayrağın  çəkisi  350 

kiloqramdır. İnşa olunmuş dayağın hün-

dürlüyü  isə  162,  bünövrəsinin  diametri 

3,2,  bünövrənin  üst  hissəsinin  diametri 

isə 1,09 metrdir. Qurğunun ümumi çəkisi 

220 tondur.

Prezident İlham Əliyev 2009-cu il 17 

noyabr  tarixli  Sərəncamla  noyabr    ayı-

nın 9-nu Azərbaycanda Dövlət Bayrağı 

Günü  elan  etmiş  və  bu  bayram  ölkədə 

qeyri-iş günü olan bayramların siyahısı-

na daxil edilmişdir.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   398   399   400   401   402   403   404   405   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin