Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə401/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   397   398   399   400   401   402   403   404   ...   507
Ə d ə b i y y a t

Azərbaycan SSR-in aqro-

ekoloji rayonlaşdırılması 

[Mətn] /İ.Axundzadə; red. 

Ə.Şıxlinski; Azərb. SSR 

EA Genetika və Seleksiya 

İn-tu.-Bakı: AzSSR EA, 

1961.-160 s. 

İdris   Məmmədhüseyn  

oğlu  Axundzadə [Mətn]    

//Həsənov, Z. Meyvəçilik: 

dərslik.- Bakı, 2009.- S.27-

28.

Axundzadə İdris 

Məmmədhüseyn oğlu 

[Mətn] //Azərbaycan 

Milli Ensiklopediyası.-Bakı, 

2010.-C.I.-S.224.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.library.adau.edu.az

21

Seleksiyaçı alim


325

Alim

Texnika

NOY

ABR

20

Yusif  Əmən  oğlu  Əmənzadə 

1914-cü  il  noyabr  ayının  18-də  Bakı 

şəhərində anadan olmuşdur.

Azərbaycan  Sənaye  İnstitutunun 

(indiki Azərbaycan  Dövlət  Neft Aka-

demiyası)  neft-mədən  fakültəsini 

fərqlənmə diplomu ilə bitirmiş və ins-

titutda assistent vəzifəsindən  kafedra 

müdiri vəzifəsinə qədər yüksəlmişdir. 

1958-1960-cı  illərdə  Riyaziyyat 

və  Mexanika  İnstitutunda  Mexani-

ka,  1959-1972-ci  illərdə  Elastiklik 

nəzəriyyəsi şöbələrinin rəhbəri, 1960-

1965-ci  illərdə  Az.NKİ-də  Material-

lar  müqaviməti  kafedrasının  müdiri 

vəzifələrində işləmişdir.

1959-cu  ildə  fizika  riyaziyyat 

elmləri doktoru, 1961-ci ildə professor 

elmi adı almışdır.

1960-cı  ildən  ömrünün  axırına 

qədər  Bakı  Dövlət  Universitetində 

Nəzəri  mexanika  kafedrasının  müdiri 

vəzifəsində çalışmışdır. 

Yusif  Əmənzadə  1968-ci  ildə 

Azərbaycan  EA-nın  müxbir  üzvü  se-

çilmişdir. 

1972-ci  ildə  SSRİ-nin  Mexanika 

üzrə Milli komitəsinin üzvü olmuşdur. 

Bakı Dövlət Universitetində deforma-

siya olunan bərk cisim mexanikasının 

əsasını  Azərbaycan  EA-nın  müxbir 

üzvü  Yusif  Əmənzadə  qoymuşdur.  

Onun  tədqiqatları  əsasən  hissə-hissə 

bircins  elastiki  mühitdə  gərginlik  de-

formasiya vəziyyətinin tədqiqi və elas-

tiklik nəzəriyyəsinin kontakt məsələləri 

ətrafında toplanmışdır. 

Y.Ə. Əmənzadə, N.İ. Musxelişvili və 

D.İ.Şermanla birlikdə məsələlərin həlli 

prosesində xətti cəbri tənliklərin sonsuz 

sistemlərinin kvazitəkrarlanmasını sü-

but edən ilk azərbaycanlı alim olmuş-

dur. Onun tərəfindən boşluğa malik ti-

rin əyilmə mərkəzinin koordinatları bir 

burulma  funksiyası  vasitəsi  ilə  veril-

mişdir. Boşluğa malik yarımmüstəviyə 

ştampın təsiri məsələsi onun tərəfindən 

qoyulmuş və həll edilmişdir. O,

 

sonlu 



mühitdə çat məsələsinin analitik həlli 

üsülunu vermiş və laylı müxtəlif cinsli 

elastiki cisimlər üçün analitik həll üsu-

lunu inkişaf etdirmişdir. 

Yusif 

Əmənzadə 



“Elastiklik 

nəzəriyyəsi” (rus və ingilis dillərində), 

“Nazik  elastik  örtüklər  nəzəriyyəsi 

üzrə  ümumi  kurs”,  “Elastiklik 

nəzəriyyəsinin  hamarlılıq  məsələsi” 

dərsliklərinin  müəllifi  və  həmçinin, 

“SSRİ-də  elastiklik  nəzəriyyəsinin 

əlaqə  məsələlərinin  həlli”  monoqrafi-

yasının  həmmüəllifidur.  150-dan  çox 

elmi məqalə çap etdirmişdir. Görkəmli 

alim 40-dan çox elmlər namizədi və 5 

elmlər doktoru yetişdirmişdir.

Yusif Əmən oğlu Əmənzadə 1982-

ci ildə vəfat etmişdir.

 


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   397   398   399   400   401   402   403   404   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin