344
Milli ədəbiyyat
19
80
illiyi
Teyyub Ourban
1934
DEKABR
Teyyub Yarməmməd oğlu Qurbanov
(Teyyub Qurban) 1934-cü il dekabr ayı-
nın 18-də Bakının Bülbülə qəsəbəsində,
neftçi ailəsində anadan olmuşdur. 1954-
cü ildə 208 saylı orta məktəbi bitirib,
S.M.Kirov adına Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) filoloji
fakültəsinin jurnalistika şöbəsinə daxil
olmuşdur.
1954-1957-ci illərdə S.M.Kirov
adına Azərbaycan Dövlət Universite-
tinin ictimai həyatında və tələbə elmi
cəmiyyətinin işində yaxından iştirak
etmişdir. Uzun illər universitetin kom-
somol komitə katibi işləmişdir.
1960-1963-cü illərdə Azərbaycan
Dövlət Universitetinin Jurnalistika ka-
fedrasının aspiranturasında təhsil al-
mışdır. 1963-1991-ci illərdə respubli-
ka Xalq Nəzarəti Komitəsinin məsul
işçisi, 1992-ci ildə Suraxanı rayon
İcra Hakimiyyəti başçısının I müavini
vəzifələrində işləmişdir.
“Koreyalı döyüşçüyə” adlı ilk şei-
ri 1950-ci ildə “Pioner” jurnalında çap
olunmuşdur.
Teyyub Qurban “Mənim gəncliyim”,
“Dostluğun gücü”, “Unudulmayan”,
“Yanğı”, “El yolu”, “Gözəllik yarışı”,
“Ömrün gənclik yazı”, “Dönməzlik”,
“Sara”, “Məcra”, “Düşmənlərindən
güclü şəxsiyyət”, “Müqəddəs məkanda
Qüdsümüz vardır” və s. kitabların
müəllifidir.
Kitablarında Teyyub Qurbanı 1960-
1980-ci illər poeziyasının ən əsas
meyllərini - şeirlərində lirik “mən”in
daxili, mənəvi axtarışlarını əks etdirən
bir şair kimi görürük ki, bu da, çox mü-
hüm bir yaradıcılıq məziyyətidir.
Milli müstəqillik uğrunda mübarizə
illərindən başlayaraq Teyyub Qurban
şeir yaradıcılığını davam və inkişaf
etdirməklə bərabər, eyni zamanda, bir
sıra bədii-sənədli publisist əsərləri ilə
çıxış etmiş, hətta qələmini dram jan-
rında sınamışdır, müstəqillik uğrun-
da mübarizə tariximiz haqqında, onun
M.Ə.Rəsulzadə kimi şəxsiyyətləri haq-
qında pyes yazmış və bu pyes Şəhriyar
adına Bakı Mədəniyyət Mərkəzinin
“Miniatür” teatrında tamaşaya qo-
yulmuşdur. Bu əsərə görə “Araz” Ali
Ədəbi mükafatı diplomu ilə təltif edil-
mişdir. “Xəzər” Beynəlxalq Fondu-
nun işində yaxından iştirak etdiyinə və
anadan olmasının 60 illiyi münasibətilə
fondun mükafatını almışdır.
1994-cü ildə Bakı və Kəndlər Birli-
yinin mətbuat xidmətinin rəhbəri təyin
edilmişdir.
2001-ci ildə Azərbaycan Respubli-
kası Təhsil Nazirliyinin Xalq Təhsili
Muzeyində şöbə müdiri işləmişdir.
2002-ci ildə “Yaşıl rəngin işığı” kita-
bına görə Rəsul Rza Beynəlxalq müka-
fatı laureatı adını almışdır.
2009-cu ildən F.Köçərli adına Res-
publika Dövlət Uşaq Kitabxanası
nəzdində Ədəbi yaradıcılıq dərnəyinin
rəhbəridir.
Dostları ilə paylaş: