350
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
85
illiyi
Kamil Nəcəfzadə
1929-2011
DEKABR
Kamil Nəcəf oğlu Nəcəfzadə 1929-
cu il dekabr ayının 29-da Lənkəran
şəhərində anadan olmuşdur. 1948-ci
ildə Əzim Əzimzadə adına Rəssamlıq
Məktəbini bitirərək, təhsilini Mosk-
vada Kinematoqrafiya İnstitutun-
da davam etdirmişdir. 1955-ci ildən
“Azərbaycanfilm”
kinostudiyasın-
da quruluşçu rəssam kimi fəaliyyətə
başlamışdır. O, Azərbaycan kinosu-
nun korifeyləri olan H.Seyidbəyli,
Ə.İbrahimov, R.Ocaqov, T.Tağızadə,
A.Babayev kimi rejissorlarla işləmiş və
onların filmlərində quruluşçu rəssam
kimi çalışmışdır.
“Ulduz”, “Ad günü”, “Mən ki, gözəl
deyildim”, “Bir cənub şəhərində”,
“Bir məhəlləli iki oğlan”, “Atları
yəhərləyin”, ümumiyyətlə, 40-a yaxın
bədii, tammetrajlı filmlərə tərtibat ver-
mişdir.
Kamil Nəcəfzadə teatr rəssamı kimi
Azərbaycan Dövlət Rus Dram Teatrın-
da unudulmaz şair Səməd Vurğunun
“Fərhad və Şirin”, Akademik Mil-
li Dram Teatrında “Kor”, “Knyaz”,
“Oqtay Eloğlu” və başqa əsərlərə
hazırlanmış tamaşalara tərtibatlar
vermişdir. Natürmort, portret, süjet-
li kompozisiya, mənzərə janrlarında
da uğurlar qazanmışdır. K.Nəcəfzadə
dünyanın əksər ölkələrində - İtaliya-
da, Türkiyədə, Yunanıstanda, Kana-
dada, Rumıniyada, Vyetnamda yara-
dıcılıq ezamiyyətlərində olmuşdur.
Onun Fransa silsiləsində yaratdığı
“Kavaredə”, “Kor musiqiçi” tabloları,
demək olar ki, dünyanın əksər sərgi sa-
lonlarında nümayiş etdirilmişdir.
Kamil müəllim portret janrında “Fü-
zuli”, “Şah İsmayıl Xətai”, “Şəhriyar”,
“Səməd
Vurğun”,
“Nəriman
Nərimanov”, “Cəfər Cabbarlı”, “Əli
Zeynalov”, “Həsənağa Turabov” və
başqa portret əsərləri respublikamı-
zın və dünya muzeylərinin daimi eks-
ponatlarıdır. Nəriman Nərimanovun
həyat və yaradıcılığına həsr etdiyi qra-
fik təsvirlər, “Azərbaycan” adlı akva-
rel silsiləsi, Cəfər Cabbarlının “Sevil”
pyesinə, Mehdi Hüseynin “Komissar”
povestinə, M.S.Ordubadinin “Döyüşən
şəhər” romanına çəkdiyi illüstrasiyalar
fırça ustasının uğurlu yaradıcılığının
sübutudur.
Onun 1990-cı il 20 Yanvar faciəsinə
həsr etdiyi “Azərbaycan harayı” və
“Tarix bağışlamır” əsərləri dinindən,
dilindən asılı olmayaraq görənləri sar-
sıdır, həmin müdhiş gecədə törədilən
qanlı hadisələri göz önündə, xəyallarda
canlandırır.
O, respublikamızda və xaricdə
keçirilən bir çox rəssamlıq sərgilərinin
iştirakçısı, 15 fərdi sərginin müəllifi ol-
muşdur. O, Amerika Birləşmiş Ştatla-
rında - Vaşinqton şəhərində fərdi sərgisi
açılan ilk azərbaycanlı rəssamdır.
Həmin tədbirdə ulu öndər Heydər
Əliyev də iştirak etmiş, fırça ustasına
uğurlar arzulamış, ona ürək sözlərini
bildirmişdi.
“Azərbaycanın Xalq rəssamı” fəxri
adına, iki dəfə Dövlət mükafatına layiq
görülmüş və “Şöhrət” ordeni ilə təltif
olunmuş Kamil Nəcəfzadə Azərbaycan
Kinematoqrafçılar
İttifaqının
və
Rəssamlar İttifaqqının üzvü olmuşdur.
Kamil Nəcəf oğlu Nəcəfzadə 2011-
ci il iyun ayının 29-da vəfat etmişdir.
Dostları ilə paylaş: