349
Heykəltəraş
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
İbrahim Zeynalov
1934-2008
DEKABR
İbrahim İsmayıl oğlu Zeynalov
1934-cü il dekabr ayının 27-də Bakı
şəhərində anadan olmuşdur.
Hələ kiçik yaşlarından sənətə olan
böyük marağı onu natamam orta
məktəbi bitirdikdən sonra 1951-ci ildə
Əzim Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq Məktəbinə gətirib
çıxarmışdır. 1956-cı ildə məktəbin
heykəltəraşlıq şöbəsini bitirən İbra-
him Zeynalov elə həmin ildən təhsilini
Xarkov Rəssamlıq institutunda davam
etdirmişdir. O, 1962-ci ildə institutun
heykəltəraşlıq fakültəsində ali təhsilini
başa vuraraq Bakıya qayıtmış və bütün
ömrünü heykəltəraşlıq sənətinə həsr et-
mişdir.
1957-ci ildən etibarən ən müxtəlif
respublika, ümumittifaq və beynəlxalq
sərgilərin iştirakçısı olan İbrahim Zey-
nalov özünün sənətkarlıq fəaliyyətini
pedaqoji işlə uğurla əlaqələndirmiş,
1971-1973-cü illərdə Əzim Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq
Məktəbində müəllim, 1973-1993-cü
illərdə Azərbaycan Pedaqoji İnstitutun-
da müəllim, baş müəllim, dosent, pro-
fessor və kafedra müdiri vəzifələrində
çalışmışdır. O, 1994-cü ildən 2003-
cü ilədək Rüstəm Mustafayev adına
Azərbaycan Dövlət İncəsənət Muzeyi-
nin direktoru olmuşdur.
Harada işləməsindən və hansı
vəzifəni tutmasından asılı olmaya-
raq, milli mədəni irsin təbliği, tədrisi
və qorunmasında qüvvə və bacarığını
əsirgəməmiş, özünün zəngin bilik və
təcrübəsini gənc sənətkarlar nəslinin
yetişdirilməsi işinə sərf etmişdir.
Azərbaycanda milli heykəltəraşlıq
məktəbinin inkişaf etdirilməsində İb-
rahim Zeynalovun böyük xidmətləri
olmuşdur. Onun monumental heykəl,
büst-portret və digər heykəltəraşlıq
janrlarında yaratdığı gözəl sənət əsərləri
ölkəmizin zəngin ənənələrə malik
heykəltəraşlıq mədəniyyətinin parlaq
səhifələrindəndir.
İbrahim
Zeynalov
tarixi
şəxsiyyətlərimizin,
o
cümlədən
M.Beyləqaninin,
Ə.Naxçıvaninin,
İ.Nəsiminin, Şah İsmayıl Xətainin, İs-
mayıl bəy Qutqaşınlının, Mirzə Fətəli
Axundzadənin, Mirzə Ələkbər Sabirin,
Nəriman Nərimanovun və Hacı Zeyna-
labdin Tağıyevin unudulmaz obrazları-
nı gözəl abidələrə çevirərək mədəniyyət
tariximizə həmişəlik həkk etmişdir.
İbrahim Zeynalovun Azərbaycan
mədəniyyəti qarşısındakı xidmətləri
yüksək qiymətləndirilmişdir. O, 1972-
ci ildə SSRİ Dövlət mükafatı, 1976-cı
ildə Azərbaycan Dövlət mükafatı laure-
atı olmuş, 1975-ci ildə “Azərbaycanın
Əməkdar incəsənət xadimi”, 1988-ci
ildə isə “Xalq rəssamı” fəxri adlarına la-
yiq görülmüşdür. Azərbaycan Respub-
likası Prezidentinin fərdi təqaüdçüsü
olmuşdur.
İbrahim İsmayıl oğlu Zeynalov
2008-ci il mart ayının 6-da vəfat etmiş-
dir.
Dostları ilə paylaş: