348
Rəssam
105
illiyi
Səttar Bəhlulzadə
1909-1974
DEKABR
Səttar Bəhlul oğlu Bəhlulzadə
1909-cu il dekabr ayının 15-də Bakı-
nın Əmircan kəndində anadan olmuş-
dur. 1927-31-ci illərdə Azərbaycan
Rəssamlıq Texnikumunda təhsil almış-
dır. 1933-40-cı illərdə isə V.İ.Surikov
adına Moskva Dövlət Rəssamlıq İnsti-
tutunda oxumuşdur.
1941-ci ildə Bakıya qayıdaraq
Rəssamlıq Məktəbində müəllimlik et-
mişdir.
Yaradıcılığa “Kommunist” qəzetində
Əzim Əzimzadənin rəhbərliyi ilə baş-
lamışdır. 1931-1933-cü illərdə müasir
məzmunlu ilk karikaturaları çap edil-
mişdir.
S.Bəhlulzadə real Azərbaycan təbiə-
tini təsvir edirdi. “Xəzər üzərində ax-
şam”, “Xəzər gözəli”, “Əbədi məşəllər”,
“Kəpəzin göz yaşları”, “Vətənimin ba-
harı”, “Azərbaycan nağılı”, “Suraxanı
atəşgahı” , “Əfsanəvi torpaq”, “Şah-
nabat”, “Naxçıvan. Axşamçağı Ordu-
bad bağlarında”, “Vətənimin baharı”,
“Əmircan”, “Neft daşları”, “Şamaxı
üzümlükləri” və s. əsərləri əsas yer tut-
muşdur.
Səttar Bəhlulzadənin fərdi sərgiləri
Əlcəzair, Misir, Livan, Suriya, Tunis,
Norveç, ADR, Çexoslovakiya, Bolqarıs-
tan, İraq, Kuba, Kanada, Belçika, Fran-
sa, Yaponiya və dünyanın bir sıra başqa
ölkələrində nümayiş etdirilmişdir. Dün-
yanın onlarla muzeylərində onun əsərləri
daimi eksponatlar sırasındadır. Əsərləri
R.Mustafayev adına Azərbaycan Dövlət
İncəsənət Muzeyində və Azərbaycan
Dövlət Şəkil Qalereyasında, eləcə də
Moskva və s. şəhərlərin muzeylərində
saxlanılır.
Azərbaycan rəssamlıq məktəbinin
ən görkəmli nümayəndələrindən biri
Səttar Bəhlulzadə bir sıra orden və
medallarla - iki Qırmızı Əmək Bayra-
ğı ordeni və medallarla təltif olunmuş,
“Azərbaycanın Əməkdar incəsənət
xadimi” (1960), “Azərbaycanın Xalq
rəssamı” (1963) fəxri adlarına layiq gö-
rülmüşdür. Azərbaycan Dövlət mükafatı
laureatı (1972) idi.
Səttar Bəhlulzadə 1974-cü il oktyabr
ayının 14-də Moskvada vəfat etmiş,
doğma Əmircan kəndində dəfn olun-
muşdur. Əmircanda qəbirüstü abidəsi
ucaldılmışdır.
Ümummilli lider Heydər Əliyev
həmişə rəssamın yaradıcılığını diqqət
mərkəzində saxlamışdır. 1994-cü ildə
Səttar Bəhlulzadənin Əmircanda ev-
muzeyinin təşkil olunması haqqında
qərar verilmişdir.
Azərbaycan Respublikasının Pre-
zidenti cənab İlham Əliyev sənətkarın
həyat və fəaliyyətinin təbliği məqsədilə
müxtəlif sərəncamlar imzalamışdır.
Böyük sənətkarın yubileyi ilə bağlı ən
müxtəlif tədbirlər - haqqında çəkilən
film, elmi konfranslar, sərgilər keçiril-
miş və kitablar çap olunmuşdur.
Səttar Bəhlulzadənin yaradıcılığı-
na yüksək qiymət verilmiş, əsərlərinin
UNESCO səviyyəsində sərgisi təşkil
olunmuş, 2009-cu il “Səttar Bəhlulzadə
ili” elan edilmişdir.
Dostları ilə paylaş: