351
16
Musiqi.Opera.Balet
95
illiyi
Əminə Dilbazi
1919-2010
DEKABR
Əminə Paşa qızı Dilbazi 1919-cu il
dekabr ayının 26-da Qazax mahalının
Xanlıqlar kəndində anadan olmuşdur.
1935-ci ildə ilk dəfə səhnəyə çıxan
Əminə xanım Üzeyir Hacıbəylinin
bəstələdiyi “Kolxoz çölləri” mahnısı-
nı ifa etmişdir. Daha sonralar rəqqasə
kimi fəaliyyətə başlamış, Azərbaycan
Dövlət Filarmoniyası Mahnı və Dövlət
Rəqs ansamblının solisti (1936-1939),
sonralar isə rəqs qrupunun rəhbəri ol-
muş, 1938-ci ildə Moskvada Ədəbiyyat
və incəsənət ongünlüyündə iştirak et-
mişdir.
1957-ci ildə Moskvada tələbə və
gənclərin 6-cı ümumdünya festivalında
qızıl medala layiq görülmüşdür.
Müəllimlik fəaliyyətinə isə 1939-
cu ildə Teatr Texnikumunda başlamış-
dır. Əminə Dilbazinin adı ölkəmizdə
professional və özfəaliyyət rəqs an-
sambllarının yaradılması ilə də sıx
bağlıdır. Belə ki, mahir ustad 1959-cu
ildə Azərbaycan Tibb İnstitutunda ya-
ratdığı “Çinar” tələbə rəqs kollektivinə
rəhbərlik etmiş, 1967-ci ildə “Sevinc”
qızlar ansamblını yaratmışdır. Əminə
Dilbazi xalq rəqslərinin sirlərinə bələd
olan yeni ifaçılar nəslinin hazırlanması
yolunda yorulmadan çalışmışdır. Klas-
sik milli rəqslərimizi yeni ifa tərzi ilə
zənginləşdirərək əsl sənət inciləri ya-
ratmağa müvəffəq olmuşdur.
Əminə Dilbazinin fəaliyyəti boyu
repertuarı hər zaman öz rəngarəngliyi
ilə səciyyələnmişdir. Belə ki, rəqs
şahzadəsi bir çox filmlərdə rəqslərə
quruluş vermişdir. Onun oynadığı “İn-
nabı”, “Tərəkəmə”, “Vağzalı-Mirzeyi”,
“Turacı”, “Naz eləmə” rəqsləri xüsusilə
məşhurdur. Əminə Dilbazi həm də
“Leyli və Məcnun” operasında, “Arşın
mal alan” və “O olmasın, bu olsun” ko-
mediyaları və sair əsərlərdə də rəqslərə
quruluş vermişdir. “Əzablı yollar”,
“Mən mahnı qoşuram”, “Ulduz” və s.
filmlərin xoreoqrafı olmuşdur.
Tarixi kökləri qədimlərə bağlanan
rəqslərimizin parlaq nümunələrinin ya-
şadılmasına layiqli töhfələr verməklə
yanaşı, Əminə Dilbazi dünya xalq-
ları rəqslərinin mahir ifaçısı kimi də
tamaşaçıların qəlbinə yol tapmışdır.
Görkəmli rəqqasənin repertuarına rus,
ukrayna, özbək, ərəb, çin və s. rəqslər
daxil idi. Bununla yanaşı, Əminə Dil-
bazi Azərbaycan mədəniyyətinin xarici
ölkələrdə tanınmasında və geniş şöhrət
qazanmasında özünəməxsus rol oyna-
mışdır.
Əminə xanım 1954-cü ildə “Əməkdar
artist”, 1959-cu ildə “Xalq artisti” fəxri
adlarına layiq görülmüş, 1999-cu ildə
müstəqil Azərbaycan Respublikasının
ali mükafatı - “İstiqlal” ordeni ilə təltif
edilmişdir.
Əminə Paşa qızı Dilbazi 2010-cu il
aprel ayının 30-da Bakı şəhərində vəfat
etmiş, II Fəxri Xiyabanda dəfn olun-
muşdur.
Dostları ilə paylaş: