353
Rejissor
Teatr.Kino
105
illiyi
Ələsgər Şərifov
1909-1982
DEKABR
Ələsgər Məmmədtağı oğlu Şərifov
1909-cu il dekabr ayının 25-də Şamaxı-
da anadan olmuşdur.
1923-cü ildə Bakıda Nəriman
Nərimanov adına texnikumun elektro-
mexanika fakültəsinin axşam şöbəsinə
daxil olmuş, eyni zamanda Teatr Texni-
kumunun ilk tələbələri sırasında təhsil
almışdır. Tələbəlik illərində Mustafa
Mərdanovun, Mirseyfəddin Kirmanşah-
lının, Süleyman Səlimbəyovun ayrı-ayrı
vaxtlarda rəhbərlik etdikləri Şvarts adı-
na klubun dram dərnəyində “İblis” (Hü-
seyn Cavid), “Aydın”, “Sevil”, “Oqtay
Eloğlu” (Cəfər Cabbarlı), “Qaçaqlar”
(Şiller), “Qaçaq Kərəm” (Vano Mçe-
daşvili) tamaşalarında baş rolları oy-
namışdır. Həmçinin, Akademik Teatrın
tamaşalarında epizod rollarda səhnəyə
çıxmışdır.
Ələsgər Şərifov 1928-ci ildə tex-
nikumu, 1933-cü ildə Moskva Dövlət
Teatr Sənəti İnstitutunu bitirmişdir.
Ali rejissor diplomu ilə Bakıya gələndə
Akademik Milli Dram Teatrının yara-
dıcı heyətinə qəbul olunmuşdur. Gənc
rejissor həmin teatrda Üzeyir bəy
Hacıbəylinin “Arşın mal alan”, “O ol-
masın, bu olsun”, Sabit Rəhmanın təbdil
etdiyi “Varlı gəlin”, Cəfər Cabbarlının
“Almaz”, “Sevil”, “Yaşar” pyeslərinə
quruluşlar vermişdir.
Müəyyən təcrübə toplayan Ələsgər
Şərifov 1934-cü il iyun ayının 11-də
Milli Dram Teatrına rejissor götürül-
müşdür.
1935-ci ildə bu teatrda ilk müstəqil
işi kimi Qurban Musayevin “Qızıl
çeşmə” dramına quruluş vermişdir. Te-
atrda Əbdürrəhim bəy Haqverdiyevin
“Pəri cadu” (1938, 1940, 1948, 1957),
İmran Qasımovun “Arzu” (1938),
Məmmədhüseyn Təhmasibin “Bahar”
(1940), “Aslan yatağı” (1942), Cəfər
Cabbarlının “Oqtay Eloğlu” (1940), “Se-
vil” (1944), “Od gəlini” (1951 və 1961),
Abdulla Şaiqin “Nüşabə” (1946), Mirzə
Fətəli Axundzadənin “Lənkəran xanının
vəziri” (1948), Cabbar Məcnunbəyovun
“Məhəbbətin hökmü” (1962), Hü-
seyn Cavidin “Səyavuş” (1963), Qey-
bulla Rəsulovun “Söz yarası” (1966),
Mirzə İbrahimovun “Közərən ocaqlar”
(1967), Seyfəddin Dağlının “Mənziliniz
mübarək!” (1971) pyeslərinin quruluşçu
rejissoru olmuşdur.
Ələsgər Şərifov “Səbuhi” filmində
görkəmli Azərbaycan şairi Mirzə Şəfi
Vazehin roluna çəkilmişdir. Gənc
Tamaşaçılar
Teatrında
Mirmehdi
Seyidzadənin “Qızıl quş” pyesini tama-
şaya hazırlamışdır. Cəfər Cabbarlı adına
Gəncə Dövlət Dram Teatrında Səməd
Vurğunun “Xanlar” (1940) və Niko-
lay Poqodinin “Kreml saatı” (1941)
əsərlərinə, Cəlil Məmmədquluzadə adı-
na Naxçıvan Dövlət Musiqili Dram Te-
atrında şair-dramaturq Hüseyn Cavidin
“Şeyx Sənan” (1958) faciəsinə əlvan və
parlaq quruluşlar vermişdir.
Xidmətlərinə görə “Qırmızı əmək
bayrağı”, iki “Şərəf nişanı” ordeni və bir
neçə medallarla təltif edilmişdir. 1943-
cü il iyun ayının 17-də “Azərbaycan
Respublikasının Əməkdar artisti”, 1960-
cı il may ayının 24-də isə “Xalq artisti”
fəxri adları ilə təltif olunmuşdur.
Ələsgər Şərifov 1982-ci il sentyabr
ayının 28-də Bakıda vəfat etmişdir.
Dostları ilə paylaş: