352
21
Teatr.Kino
90
illiyi
Şamil Mahmudbəyоv
1924-1997
DEKABR
Şamil Fərəməz oğlu Mahmudbəyov
1924-cü il dekabr ayının 5-də Naxçıvan
şəhərində anadan olmuşdur.
Gəncliyi Böyük Vətən müharibəsi
illərinə
təsadüf
edən
Şamil
Mahmudbəyov müharibə bitənədək
ordu sıralarında xidmət etmişdir. Daha
sonra Moskvada Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutuna daxil ol-
muşdur. Rejisor kimi fəaliyyətə Bakı
Kinostudiyasında başlamışdır.
Moskvada - Dövlət Kinematoqrafi-
ya İnstitutunun rejissorluq fakültəsində
oxuyarkən Şamil Mahmudbəyov Ser-
gey Gerasimov, Lev Kuleşov kimi kino
xadimlərindən sənət dərsi almışdır.
Quruluş verdiyi ilk bədii lenti 1955-
1956-cı illərə aid “Sol gediş” qısamet-
rajlı film olan sənətkarın yaradıcılığı
sonralar “Romeo mənim qonşumdur”,
“Qaraca qız”, “Torpaq, dəniz, od, səma”,
“Şərikli çörək”, “Həyat bizi sınayır”,
“Skripkanın sərgüzəşti”, “Dərviş Parisi
partladır”, “Bayquş gələndə”, “Vadidə
üsyan”, “Tənha narın nağılı” kimi
filmlərlə zənginləşib. Həm rejissor,
həm də aktyor kimi fəaliyyət göstərən
Ş.amil Mahmudbəyov əsərlərində bir
çox janrlara müraciət etmiş və fərqli
səviyyələrdə uğurlar qazanmışdır.
1966-cı ildə Süleyman Sani Axun-
dovun eyniadlı hekayəsi əsasında ek-
ranlaşdırılan “Qaraca qız” filminin sse-
narisi də Ş.Mahmudbəyova məxsus idi.
Bu film böyük maraqla qarşılanmış və
indinin özündə də tamaşaçıların sevərək
baxdıqları filmlərdəndir. Yazıçı Anarın
ssenarisi üzrə çəkilən “Torpaq, dəniz,
od, səma” filmi də Ş.Mahmudbəyovun
uğurlu işləri sırasındadır.
II Dünya müharibəsinin uşaqların
həyatına təsirindən bəhs edən “Şərikli
çörək” filmi Şamil Mahmudbəyovun
şah əsəridir. Bu filmə görə rejissor və
ssenari müəllifi Alla Axundova Dövlət
Mükafatı ilə təltif edilmişdilər.
“Dərviş Parisi partladır” filmi
Ş.Mahmudbəyovun görkəmli rejissor
Kamil Rüstəmbəyovla birgə işidir. Bədii
filmlərindən əlavə, Ş.Mahmudbəyov
vaxtilə çox məşhur olan “Mozalan” sa-
tirik kinojurnalı üçün də film-süjetlər
yaratmışdır. Onun özünəməxsus yumor
hissi bu əsərlərdə aydın görünür. “Yaz-
maqla düzəlsəydi”, “Varlığa nə darlıq”
kimi film-süjetlər buna parlaq misaldır.
Ş.Mahmudbəyov aktyor kimi də kino
tariximizdə imzasını qoymuşdur. Onun
bir sıra filmlərdə oynadığı rollar maraq
doğurmuşdur. “Yenilməz batalyon”da
Əlimərdan, həmçinin son çəkildiyi
“Fəryad” filmində yaratdığı erməni
həkim obrazı çox baxımlı və yaddaqa-
lan alınmışdır.
1969-cu ildə Azərbaycan SSR Dövlət
Mükafatı laureatı olmuş, 1976-cı ildə
“Azərbaycan SSR Əməkdar incəsənət
xadimi” fəxri adına layiq görülmüşdür.
Şamil Mahmudbəyov 1997-ci il iyun
ayının 6-da Bakı şəhərində vəfat etmiş-
dir.
Dostları ilə paylaş: