347
Ədəbiyyatşünas
Milli ədəbiyyat
60
illiyi
Nizaməddin Şəmsizadə
1954
DEKABR
Nizaməddin Şəmsəddin oğlu
Şəmsizadə 1954-cü il dekabr ayının
30-da Quba bölgəsinin İspik kəndində
anadan olmuşdur.
1977-ci ildə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) filo-
logiya fakültəsini bitirmişdir. 1978-
1990-cı illərdə AMEA-nın Nizami
adına Ədəbiyyat İnstitutunda baş la-
borant (1978), kiçik elmi işçi (1981),
baş elmi işçi (1986) kimi fəaliyyət
göstərmişdir. 1982-ci ildə namizədlik,
1990-cı ildə doktorluq dissertasiyala-
rını müdafiə etmişdir.
1985-ci ildən SSRİ Yazıçılar İtti-
faqının (indiki AYB) üzvüdür.1990-cı
ildən Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində elmi
pedaqoji fəaliyyətini davam etdirib:
müsabiqə yolu ilə baş müəllim (1990),
dosent (1991), professor (1992) seçi-
lib. 1991-ci ildən 2006-cı ilin sent-
yabr ayınadək “Ədəbiyyat və dillər”,
“Ədəbiyyat və Azərbaycan dili” və
“Ədəbi yaradıcılıq” kafedralarının
müdiri vəzifəsində işləyib.
2002-ci ildə Tiflisdə Qafqaz Xalq-
ları Elmlər Akademiyasının həqiqi
üzvü seçilib. Elmi xidmətlərinə görə
(2003) akademik Y.Məmmədəliyev
mükafatının laureatıdır.
“Ədəbi mübahisələr” (1986),
“Azərbaycan ideologiyası” (1996),
“Azərbaycan
ədəbiyyatşünaslığı”
(1997), “Türk təfəkkürü məcrasında”
(1998), “Hıçqıran gülüşlər” (2002),
“Əli Nazim” (2003), “Rejissor tale-
yi” (2004), “Tənqidin ədəbi prosesdə
rolu” (2004), “Böyük nəslin da-
vamçısı” (2005), “Azərbaycançılıq”
(2006), “Ədəbi proses və ədəbi nəsil”
(2008) kimi monoqrafiyaların, “Bür-
kü” (2003) hekayələr, “Tüstü” (2007)
hekayələr və şeirlər kitablarının, 200-
dən çox ədəbi-tənqidi, elmi-nəzəri və
publisistik məqalənin müəllifidir.
Nizaməddin Şəmsizadənin yara-
dıcılığı haqqında 50-dən artıq elmi
məqalə və professor Ş.Vəliyevin
“Azərbaycanşünas alim” (2004) mo-
noqrafiyası çap olunub.
20-30-cu illər tənqidin ilk sis-
temli
öyrənilməsi,
Azərbaycan
ədəbiyyatşünaslığının min illik tarixi və
mərhələlərinin ilk monoqrafik tədqiqi,
çoxəsrlik gülüş mədəniyyətimizin
araşdırılması, Xalq Cümhuriyyətinin
tarixini öyrənmək, H.Z.Tağıyevin ta-
rixi haqqını bərpa etmək ideyası pro-
fessor Nizaməddin Şəmsizadənin adı
ilə bağlıdır.
O,
milli
ideologiyamız
-
azərbaycançılıq nəzəriyyəsi haqqında
ilk kitabın müəllifidir. Nizami adına
Ədəbiyyat İnstitutunun Elmi Şurası-
nın BDU-nun nəzdində dissertasiya
Şurasının üzvü, “Yaddaş” Milli Mü-
kafatlar komissiyasının sədridir.
2007-ci ilin fevral ayından AMEA-
nın Nizamı adına Ədəbiyyat İnstitutu-
nun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin
müdiridir.
Dostları ilə paylaş: