343
Şair
Milli ədəbiyyat
80
illiyi
Tоfiq Bayram
1934-1991
DEKABR
Tоfiq Qulam oğlu Bayramоv (Tоfiq
Bayram) 1934-cü il dekabr ayının 16-
da
Bakının Əmircan kəndində anadan
olmuşdur.
1954-1959-cu illərdə orta məktəbi
bitirdikdən sonra APİ-nin tarix fakül-
təsində təhsil almışdır. 1959-1960-cı
illərdə əmək fəaliyyətinə “Azərbaycan
müəllimi” qəzeti redaksiyasında şöbə
müdiri kimi başlamışdır. 1960-1961-ci
illərdə Azərbaycan Dövlət Televiziya
və Radio Verilişləri Komitəsində ədəbi
işçi, 1961-1964-cü illərdə M.F.Axun-
dov adına Dövlət Opera və Balet Teat-
rında ədəbi hissə müdiri, 1964-1968-ci
illərdə “Ulduz” jurnalı redaksiyasın-
da, 1968-1978-ci illərdə “Ədəbiyyat
və incəsənət” qəzeti redaksiyasında
şöbə müdiri, 1978-ci illərdə “Yazıçı”
nəşriyyatında baş redaktor müavini
işləmişdir.
Tofiq
Bayram
yaradıcılığın-
da tərcümə xüsusi yer tutmuşdur.
Şair A.Tvardovskinin “Üfüqlərdən-
üfüqlərə”,
“Yaddaşın
hökmü”,
“Ürəkdən-ürəyə”, “Durnalar” və
“Dostları qoruyun” şeir kitablarını,
Puşkinin “Mosart və Salyeri”, Anna
Axmatovanın “Rekviyem” poemaları-
nı və ispan dramaturqu Lore de Veqa-
nın “Hiyləgər məşuqə” əsərini ustalıq-
la Azərbaycan dilinə tərcümə etmişdir.
Tofiq Bayramın xidmətləri dövlət
tərəfindən yüksək qiymətləndirilmişdir.
O, “Əməkdar incəsənət xadimi”
(1984) fəxri adına layiq görülmüş,
tərcüməçilik sahəsindəki fəaliyyətinə
görə Dövlət mükafatı ilə təltif edilmiş-
dir.
Tofiq Bayramın müxtəlif illərdə
nəşr etdirdiyi “Ana təbəssümü” (1961),
“Mənim şair xalqım” (1963), “Sizi dü-
şünürəm” (1964), “Azərbaycan dün-
ya gəzir” (1965), “İnamım, əqidəm”
(1969), “Gərək elə yanım” (1971),
“Azərbaycan deyəndə” (1974), “Ürək-
dən ürəyə” (qardaş xalqlar poeziyası)
(1975), “Səninlə görüşəndə” (1977),
“Əsrin oyunu” (şeirlər və poema-
lar (1979), “Könlümdə yaşayanlar”
(1980), “Məsləkim, silahım” (1984),
“Ay gecikən məhəbbətim” (1987) və s.
kitablarına hər bir Azərbaycan ziyalısı-
nın evində rast gəlmək olar.
Tofiq Bayram 1991-ci il aprel ayı-
nın 18-da vəfat etmiş, doğma kəndində
dəfn olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin
təşəbbüsü ilə Əmircan kəndində
istirahət parkına onun adı verilmiş
və burada şairin əzəmətli büstü qo-
yulmuşdur. Parkın açılışında şəxsən
iştirak edən, ədəbiyyatımızın böyük
qayğıkeşi Heydər Əliyev şairin ya-
radıcılığına yüksək qiymət verdiyini
bir daha bildirmişdir: “…Bəli, Tan-
rının ona bəxş etdiyi mənalı ömrünü
başa vurub, şeirləri qəlblərində kök
salmış olan insanlardan həmişəlik ay-
rıldı Tofiq Bayram. Lakin sağlığında
əbədilik qazandığı üçün silinib getmir
xatirələrdən...”
Dostları ilə paylaş: