KġtabxanaġÜnasliq



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə21/111
tarix25.12.2016
ölçüsü2,53 Mb.
#2845
1   ...   17   18   19   20   21   22   23   24   ...   111
 
 
 
 
 
 
 
 
 
 
 
 


21 
 
Xəlil ĠSMAYILOV  
Əməkdar mədəniyyət işçisi 
tarix elmləri doktoru
professor 
 
MÜASIR DÖVRDƏ KĠTABXANALARIN METODĠK TƏMĠNATININ 
BƏZĠ MƏSƏLƏLƏRĠ 
 
Açar sözlər: Kitabxana startegiyası, Kitabxanalarda metodiki təminat, 
Kitabxana təcrübəsi, Kitabxana şəbəkələri. 
Ключевые слова: Cтратегия библиотеки, библиотеки, учебные 
благосостояния, библиотечной практике, библиотечных сетей. 
Key words: Library Strategy, libraries, educational welfare, library practice
library networks. 
 
          Dünya  təcrübəsində  təcrübi  kitabxana  işçiləri  görkəmli  kitabxanaşünas 
alimlər  özlərinin  əsərlərində  həmişə  belə  bir  qənaətə  gəlmişlər  ki,metodik 
təminat  işi  kitabxana  fəaliyyətinin  olduqca  vacib  sahələrindən  biri  kimi, 
prespektivlidir və onun inkişaf etdirilməsi olduqca vacibdir. Metodik təminatın 
inkişaf  etdirilməsi  üçün  kitabxanaların  fəaliyyətində  demokratik  prinsiplərə 
əməl  olunması,  metodik  təminatla  məşğul  olan  müəssisələrə  sərbəstlik 
verilməsi olduqca vacibdir. İndiyədək olan tarixi təcrübədən göründüyü kimi, 
kitabxanaların  metodiki  təminatında  inzibati  amirlik  işinin  qabarıq  şəkildə 
kitabxana  təcrübəsinə  tətbiq  edilməsi  metodiki  işə  olduqca  mənfi  təsir 
göstərmişdir.  Odur  ki,  hər  bir  kitabxananın  profilinə,  oxucu  qrupuna, 
yerləşdiyi əraziyə, idarə müəssisələrin sayına və ümumiyyətlə onu əhatə edən 
mühüt və şəraitə uyğun olaraq müstəqillik verməlidir. Həm də bu müstəqillik 
və  demokratik  münasibət  müasir  dövrün  tələbləri  nəzərə  alınmaqla  həyata 
keçirilməlidir. Xüsusilə kitabxanaların fəaliyyətində yeni proqresiv məqamlar 
həlledici  stimul  olmaqla  yeni  proqresiv  forma  və  metodlardan  geniş  istifadə 
olunması  kitabxana  ictimayyəti  tərəfindən  bir  mənalı  qəbul  olunmalıdır. 
Bunlara  uyğun  olaraq  bütün  kitabxana  şəbəkələri  və  sistemləri  üçün  həm 
ümumi    həm  də  ayrı-ayrı  kitabxana  şəbəkələri  və  sistemləri  üçün  xüsusi 
sənədlər, o cümlədən təlimatlar, qaydalar, sərəncamlar, metodik tövsiyələr və 
s. hazırlanmalı, müzakirə edilməli və qəbul olunmalıdır. 
          Bütün bu metodiki sənədlərin hazırlanmasında Azərbaycan Respublikası 
Prezidentinin  2008-ci  il  6  oktyabr  tarixli  3072  nömrəli  sərəncamı  ilə  təsdiq 
edilmiş ―Azərbaycan Respublikasında kitabxana –informasiya sahəsinin 2008-
2013-cü  illərdə  inkişafı  üzrə  Dövlət  proqramı,  orada  nəzərdə  tutulan  
―Kitabxanaların 
elmi 
metodiki 
və 
elmi 
tədqiqat 
fəaliyyətinin  
stimullaşdırılması, sahəyə aid ədəbiyyat nəşrinin genişləndirilməsi problemləri 


22 
 
nəzərə  alınmaqla  milli  ruhda  tərtib  olunmuş  sənədlər  hazırlanmalıdır.  Bu 
proqramdan irəli gələn kompleks sənədlərin paketinin hazırlanmsı hazırda çox 
vacib məsəslələrdən biri olmalıdır. Bu vacib sənədlər olmadan heç bir metodik 
təminat sistemindən və kitabxana işinin əsasən inkişafından əhaliyə kitabxana 
– informasia xidmətinin səmərəli həyata keçirilməsindən söhbət gedə bilməz. 
Odur  ki,  Respublika  Mədəniyyət  və  Turizm  Nazirliyi,  Respublika 
Ekspermental  baza  kitabxanası  olan  M.F.Axundov  adıma  Milli  kitabxana, 
həmçinin  Respunlika  əhəmiyyətli  sahəvi  kitabxanalar  dünya  təcrübəsinə 
əsaslanaraq bütün sahələr üzrə metodiki işləmələr hazırlamalıdır. 
           Kitabxana  işinin  metodiki  təminat 
sisteminin  bütün  inkişaf 
mərhələlərində metodiki sənədlərin təminatı məsələləri həmişə olduqca aparıcı 
mövqeyə  malik  olmuşdur.  Bu  məsələ  həm  dünya  alimlərini,  xüsusilə  rus 
alimlərin və praktiklərini də həmişə düşündürmüş və ona diqqət verilmişdir. O 
cümlədən Azəbaycanın kitabxanaşünas alimləri və təcrübəli kitabxana işçiləri 
və  praktikləri  də  bu  məsələ  ilə  bağlı  öz  fikir  və  mülahizələrini  elmi  praktik 
konfranslarda və  elmi  araşdırmalarında  həmişə  vurğulamışlar. Son dövrlərdə 
kitabxana işinin inkişafına dövlət qayğısı əsaslı  şəkildə geniş vüsət almışdır, 
bir  sıra  qəbul  olunmuş  sənədləri,  o  cümlədən  ―Kitabxana  işi  haqqında 
Azərbaycan  Respublikasının  Qanunu‖  (1998)  ―Azərbaycan  Dilində  Latın 
qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında‖ (2004) Azərbaycan 
Respublikasında  kitabxana-informasiya  sahəsinin  2008-2013-cü  illərdə 
inkişafı  üzrə  Dövlət  proqramı  (2008)  və  s.bu  qəbildən  olan  Dövlət  sənədləri 
mühüm əhəmiyyət kəsb edir. 
              Azərbaycanda kitabxana işinin inkişafının inkişaf meylləri  məhz son 
drektiv sənədlərə uyğun inkişaf etdirilməlidir. 
              Kitabxanaların metodik fəaliyyəti onun əsas  mahiyyəti yaranması və 
inkişafı problemi xarakteri kitabxanaçı əməyinin digər növünə və proseslərinə 
təsirini,  kitabxana  quruculuğunun  bütün  mərhələlərində  həmişə  diqqəti  cəlb 
etmiş  ümumi  işin  istiqamətləndirilməsinə  təsir  göstərmişdir.  Metodik 
fəaliyyətin  bütün  mərhələlərində  belə  bir  tendensiya  mövcud  olmuşdur  ki, 
kitabxana proseslərinə metodiki təsir həmişə aktiv və olduqca təsirli olmuşdur. 
             Bir sıra Rus mənbələrində metodiki təminat işinin həm keyfiyyət, həm 
də  kəmiyyət  baxımından  Sovet  dövründə  40-cı  illərdə  daha  geniş  formada 
inkişaf  etdiyi  göstərilir.  Görkəmli  rus  kitabxanaşünası  R.L.Qordon  göstərirdi 
ki,  metodiki  fəaliyyətin  həyata  keçirilməsi  zamanı  xarakterik  cəhətləri 
qiymətləndirərkən göstərilmişdir ki, metodiki təminat zamanı onun ümumi işə, 
kitabxana işinin ayrı-ayrı proseslərə çox böyük təsiri vardır və yeni forma və 
üsulların müxtəlif növləri meydana çıxır. Xüsusilə, kitab fondunun tərkibi və 
kataloqlaşdırmada  oxucuların  sayının  artırılmasında  sahəvi  ədəbiyyatın 
verilməsində, kütləvi  tədbirlərin keçirilməsində, səyyar kitabxana  fondlarında 
işin təşkilinə əsaslı təsir göstərir. 


23 
 
            Son  illərdə  kəmiyyət  dəyişiklikləri  ilə  yanaşı  metodist  əməyinin 
kefiyyətliliyi məsələsi yəni metodiki işin kitabxana işinə təsirinin kefiyyətliliyi 
ilə  ölçülür.  İşin  kefiyyətliliyinin  nəzarətə  götürülməsi  son  illərdə  kitabxana-
informasiya müəssisələrində baş verən radikal yeniliklər və dəyişikliklər, yeni 
kitabxana-informasiya  texnologiyalarının  və  kitabxana  proqramlarının  tətbiqi 
ilə əlaqədardır. Ona görə də, Respublikamızda olan bütün kitabxana şəbəkələri 
və  sistemlərində  çalışan  metodistlər  dövrün  tələblərinə  uyğun  olaraq,  dünya 
təcrübəsində  əldə  edilmiş  yenilikləri  əldə  etməklə  onların  respublika 
kitabxanalarının  təcrübəsində  tətbiq  etməlidirlər.  Xüsusilə,  ixtisaslaşdırma 
kurslarında, treninqlərdə, seminar və metodiki müşavirələrdə kitabxana işçiləri 
ilə  tanış  olmalı  və  yenilikləri  mənimsəməlidirlər.  Hazırda  kitabxana  işi 
sahəsində  dünya  təcrübəsi  olduqca  sürətlə  inkişaf  edir  ki,  Azərbaycan 
kitabxana ictimayyəti bu inkişafdan geri qala bilməz. Kitabxanaların  metodik 
təminat sahəsindəki yenilikləri axtarışı iki cəhətdən nəzərdən keçirilir: 
 - qabaqcıl təcrübənin yaradıcı təfəkkürlə əlaqələndirilməsinin gücləndirilməsi: 
kitabxana işçilərinin özlərinin istifadə olunmamış daxili imkanlarından istifadə 
etməklə oxuculara xidmət işinin kefiyyətli olamasına yönəltməlidirlər; 
 -  ikinci  tədqiqat  işlərinin  ümumi  diapozonunun  genişləndirilməsi,  elmin 
əsaslandırılmış  təkliflərin  tənzimləşdirilməsinə  yönəltməklə  kitabxana  işinin 
müxtəlif tərəflərinə tətbiqi nəzərdə tutulmalıdır. 
         Kitabxana 
fəaliyyətinin 
effektivliliyinin 
kriteriyalarının 
müəyyənləşdirilməsi  elmi  işləmələrinin  qarşısında  duran  əsas  vəzifələrdən 
biridir. Kitabxana fəaliyyətinin çoxmənalı və müxtəlif aspektli olması kefiyyət 
və  kəmiyyət  anlayışının  birmənalı  kitabxana  fəaliyyətinə  tətbiq  edilməsi 
birmənalı  formalaşmasıdır.  İndiyədək  kitabxana  fəaliyyətində  müxtəlif 
komplektlərin  olmadığını  nəzərə  alsaq  vahid  fikir  tam  formalaşmamışdır  ki, 
kefiyyətin ölçü vahidi hansı kriteriyalara uyğun olmalıdır. 
          Son illərdə Rusiyanın bir sıra kitabxanalarında ―kitabxana sistemlərinin 
optimal  fəaliyyətinin  problemlərinin  tədqiqat  prinsipləri‖  tədqiq  olunur, 
öyrənilir.  Bu  problemlə  bağlı  bir  sıra  məqalələr  və  yazılar  dərc  olunmuşdur. 
Xüsusilə, ―kitabxana sistemlərinin işinin qiymətləndirmə metodları və ümumi 
və spesifik kriteriyaları‖, (sb.nauç.trudi vip3,Л.1993), (kitabxana sistemlərinin 
fəaliyyəti prosesinin öyrənilməsi üzrə eksprementlərin aparılması sb.nauç.trudi 
vip5,Л.1994)  və  s.)  və  s  əlbəttə,  belə  nümunələr  göstərmək  olar.  Belə 
problemlərin  öyrənilməsi  və  tədqiqata  cəlb  olunması  Respublikamızın 
kitabxana ictimayyəti tərəfindən aparılmalı və eksperimentlər qoyulmalıdır. 
          Kitabxana  fəaliyyətinin  effektivliyinin  qiymətləndirilməsi  kriteriyasının 
başa  düşülməsi  demək  olar  ki,  yoxdur  və  təbiiki  bu  da  metodiki  işin 
nəticəsinin  ölçülməsini  çətinləşdirir.  Vahid  bir  ölçünün  olmaması  işi  öz-
özlüyündə  kitabxanaçı  əməyinin  qiymətləndirilməsində  çətinlik  törədir. 
Metodiki  işin  nəticələrinin  qiymətləndirilməsi  üçün  müxtəlif  versiyalar  və 


24 
 
variantlar  mövcuddur.  Belə  ki,  bəzi  kitabxana  işçiləri  və  kitabxanaşünas 
alimlər  metodiki  işin  nəticələrini  və  metodiki  bilikləri  kitabxana  işçilərinin 
ixtisasartırma kurslarında, seminarlarda, öz iş yerlərində göstərdikləri aktivlik 
və  işə  olan  hədsiz  maraqlarından,  xüsusi  ədəbiyyatların  həmçinin  ixtisas 
ədəbiyyatlarının  əldə  edilməsi  və  öyrənilməsi,  xüsusilə  metodiki  işləmələrin 
oxunması  yolu  ilə  əldə  edirlər.  Metodiki  təminatın  effektliliyinin 
yüksəldilməsinin  vacibliyinə  bir  çox  kitabxanaşünas  alimlər  xüsusi  diqqət 
yetirmişlər. 
Görkəmli  kitabxanaşünas  alim  A.N.Vanlev  kitabxana 
fəaliyyətində  effektliliyin  öyrənilməsinin  üç  növünün  istiqamətinin  olduğunu 
qeyd  edir.  O  göstərir  ki,  kitabxanalara  vahid  rəhbərliyin  metodik  təminatında 
vahid  sistemin  yaradılması,  ƏET-nın  (əməyin  elmi  təşkili)  tətbiqi  və 
kitabxanaların  metodik  təminatında  daha  mütərəqqi  formalardan  istifadə 
edilməsi çox vacib şərtlərdən biri olmalıdır. 
         SSRİ  dövründə  bir  çox  kitabxana  şəbəkələrində  və  sistemlərində 
kitabxana  işinin  effektliliyinin  öyrənilməsi  məqsədilə  xüsusi  tədqiqatlar 
aparılmışdır.  Bu  tədqiqatlar  70-80-ci  illərdə  daha  geniş  şəkildə  aparılmışdır. 
Xüsusilə,  SSRİ  DÜETK  (Dövlət  Ümumi  Elmi  Texniki  Kitabxanası)  Sibir 
şöbəsinin  və  Çelyabinsk  Mədəniyyət  İnsitutunun  apardığı  tədqiqatlar 
kitabxanaların  metodiki  təminatı  ilə  bağlı  xüsusi  maraq  doğurur.  Əlbəttə,  bu 
gün  Azərbaycanda  bu  kimi  tədqiqatların  aparılması  olduqca  vacibdir. 
Müqayisə  üçün  qabaqcıl  ölkələrin  kitabxana  təcrübəsini  götürsək, 
Azərbaycanda  kitabxanaların  fəaliyyətində  yüksək  səmərəlilikdən  danışmaq 
çətindir.  Xüsusilə,  metodiki  təminat  işində  çoxlu  nöqsanlar  və 
çatışmamazlıqlar  höküm  sürür.  Rusiyada  və  digər  ölkələrdə  kitabxana 
faəliyyətinin  effektliliyinin  öyrənilməsi  və  tədqiqi  kimi  tədbirlə  ölkədə 
fəaliyyətdə olan Respublika səviyyəli kitabxanaların demək olar ki, heç birinin 
gündəlik  fəaliyyətində  nəzərə  çarpmır.  Belə  olan  halda  nəinki,  səmərəli  iş 
fəaliyyətindən, hətta orta səviyyəli işdən danışmaq yerinə düşməzdi. Odur ki, 
Respublikamızın  kitabxanaşünaslıq  və  informasiya  mərkəzi  olan  Milli 
kitabxana,  həm  də  bütün  metodiki  əlaqələndirmə  mərkəzi  olduğunu  nəzərə 
alsaq Milli kitabxana belə tədbirləri və tədqiqatları eksperementlər kimi tədqiq 
etməsi  və təcrübə  kimi  yaymalıdır.  Milli  Kitabxananın  özünün elmi-metodiki 
şöbəsində  ciddi  islahatların  aparılması  vaxtı  isə  çoxdan    çatmışdır.  Milli 
Kitabxana  Respublikamızda  özünün  ənənələri  olan  Azərbaycanın  bütün 
kitabxana şəbəkələri və sistemləri üçün metodiki mərkəz kimi həmdə qabaqcıl 
təcrübə  məktəbi  kimi  həmişə  öndə  getmiş  kitabxanalara    daim  köməklik 
göstərmişdir.  Milli  Kitabxana  müstəqilliyin  ilk  illərində  istər  fondun 
komplektləşdirilməsində  əhaliyə  yeni  latın  qrafikasında    xidmət  edilməsində, 
həmçinin  metodiki  işin  təşkilində  bir  sıra  problemlərlə  qarşılaşmışdır.  Bu 
problemlərin çox obyektiv və subyektiv səbəbləri vardır. 


25 
 
Metodiki  təminat  işinin  həyata  keçirilməsində  bir  çox  problemlər 
mövcuddur. Bu gün bizə belə gəlir ki, bu problemləri həll etmək mümkündür 
və  milli  kitabxananın  kollektivi  buna  qadirdir.  Ona  görə  də,  ilk  növbədə 
metodiki fəaliyyətin idarə olunmasının yeniləşdirilməsi ön plana çəkilməlidir. 
Son  illərdə  kitabxanaşünaslığa  dair  elmi  ədəbiyyatda  ―idarəetmə‖  və  ya 
―idarəolunma‖ anlayışları mencement kimi istifadə olunur. 
           Görkəmli  rus  alimləri  İ.M.Suslova  və  A.İ.Pasinin  fikrincə  idarəetmə 
özündə əsasən rəhbərlik, inzibati, idarəetmə və nəzarət funksiyalarını nəzərdə 
tutursa,  mencement  idarəetmədə  müasir  elmi  bilikləri,  dünya  təcrübəsinin 
demokratik  iş  üsullarını,  əməyin  elmi  təşkilini  nəzərdə  tutan,  bu  sahədə 
mütərəqqi  ideyaların  sintezini  təşkil  edən  konsepsiyadır.  Odur  ki,  bütün 
kitabxana  şəbəkələri  və  sistemləri  üçün  metodiki  təminat  işinin  yeni 
konsepsiyaları  işlənilməsidir.  Bunun  üçün  yuxarıda  qeyd  etdiyimiz  kimi,  ilk 
növbədə Milli kitabxananın elmi metodiki şöbəsinin kadr potensialına yenidən 
baxılması və kadr potensialı kitabxana işinə dair yeni təfəkkürə malik olması, 
yeni kitabxana texnologiyalarını mükəmməl bilən səriştəli və təcrübəli işçilər, 
metodistlər  işə  cəlb  olunmalıdı,  elmi-metodiki  şöbənin  xüsusi  prespektiv  iş 
planı  tərtib  olunması  və  ona  nəzarət  gücləndirilməlidir.  Milli  kitabxana 
metodiki  əlaqələndirmə  mərkəzi  kimi  metodik  təminat  sisteminə  cəmiyyətdə 
açıq  sistem  kimi  baxmalı  onun  fəaliyyətində  metodiki  mərkəzlərlə  yanaşı, 
kitabxana  işi  üzrə  ictimai  təşkilatların  elmi,  mədəni,  təhsil  müəssisələrinin, 
dövlət təşkilatlarının və digər maraqlı qurumların iştirakı vacibdir. 
           M.F.Axundov  adına  Milli  Kitabxana  onun  Elmi-metodiki  şöbəsi  təkcə 
metodiki  işi  əlaqələndirmək  yox,  həm  də  ona  ardıcıl  olaraq  nəzarət  etməli, 
həyata  keçirilən  metodiki  işin  kefiyyətliliyinə  cavabdeh  olmalıdır.  Metodiki 
təminatla  bağlı  eksperementlər  və  tədqiqatlar  qoyulmalıdır.  Çünki  işin 
kefiyyətli  həyata  keçirilməsi  ilk  növbədə  ona  nəzarət  edilməsindən  daha  çox 
asılıdır. 
         Əlbəttə,  işin  kefiyyətinin  yoxlanılması  və  ona  nəzarət  edilməsi, 
eksperementlərin  qoyulması  mürəkkəb  bir  məsələdir.  Hətta,  hər  hansı  şəbəkə 
və  ya  sistem  yox,  kiçik  bir  kitabxanada  belə  kefiyyətliliyi  yoxlamaq  üçün 
eksperementlərin  aparılması  ciddi  çətinliklər  olduğunu  göstərir.  Belə  ki, 
bütövlükdə metodiki təminat işinin çoxşaxəli və əhatəli olduğunu nəzərə alsaq 
müxtəlif səviyyələrdə görülən işin çox çətin problemləri ortaya çıxır. Xüsusilə, 
müxtəlif səviyyəli metodik mərkəzlərin işinin müxtəlif aspektli olması və hər 
birinin  özünün  iş  prosesini  nəzərə  alsaq  onun  mürəkkəb  bir  proses  olduğu 
diqqəti  cəlb  edər.  Odur  ki,  tədqiqat  problemlərinin  öyrənilmə  və 
eksperementlərin  aparılması  xüsusi  hazırlıq  tələb  edən  bir  prosesdir.  Son 
illərdə  Respublika  səviyyəli  kitabxanaların  heç  birində  effektliyin  üzə 
çıxarılması  üçün  demək  olar  ki,  heç  eksperement  və  ya  tədqiqat 
aparılmamışdır. Belə olan halda ümumi inkişafın metodiki işin kefiyyətindən 


26 
 
danışmaq  yersiz  olardı.  Odur  ki,  kitabxanaların  metodiki  fəaliyyətində 
―Azərbaycan  Respublikasında  kitabxana  –  informasiya  sahəsinin  2008-2013-
cü  illərdə  inkişafı  üzrə  Dövlət  proqramının  tələblərinə  uyğun  radikal 
addımların  atılması  olduqca  zəruridir.  Respublika  Mədəniyyət  və  Turizim 
Nazirliyi,  Milli  Kitabxana  və  Respublika  əhəmiyyətli  Mərkəzi  sahəvi 
kitabxanalar  onların  elmi-metodiki  şöbələri  bu  sərəncamdan  irəli  gələn 
məsələləri ciddi şəkildə araşdırmalı və buna uyğun olaraq hər bir şəbəkə üçün 
üzün  müddətli  inkişaf  planı  hazırlanılmsı  və  konkret  tədbirlər  həyata 
keçirilməlidir.  Bu  tədbirlərin  başlıca  məqsədi  –  Azərbaycan  Respublikasında 
metodik 
təminat 
fəaliyyətinin 
optimallaşdırılması 
elmi 
cəhətdən 
əsaslandırılmış təkliflərin hazırlanması və tətbiq edilməsindən ibarət olmalıdır. 
Əlbəttə,  belə  təkliflərin  və  işləmələrin  hazırlanması  ilk  dəfə  olaraq  Müstəqil 
Azərbaycan  Respublikasında  kitabxana  təcrübəsində  ayrıca  bir  sahənin  işinin 
tədqiqinə  və  öyrənilməsinə  həsr  olunmuş  tədbir  kimi  qiymətləndirilə  bilər. 
Belə  elmi  işləmələr  əlbəttə,  bütün  şəbəkələri  və  sistemlərinin  bütün 
səviyyələrini  Respublika  kitabxanalarından  tutmuş,  rayon  və  kənd 
kitabxanalarını  əhatə  etməklə  bütün  metodik  mərkəz  kimi  fəaliyyət  göstərən 
sistemləri  əhatə  etməlidirlər.  Belə  işləmələrin  həyata  keçirilməsində  bütün 
şəbəkə  və  sistemlərin  metodiki  fəaliyyətlərinin  qarşılıqlı  və  əlaqəli  iş 
aparmaları  onların  apardığı  tədbirlərin  müəyyən  bir  mərkəz  tərəfindən 
koordinasiya olunması, lazım gəldikdə istiqamətləndirilməlidir. Yaxşı olar ki, 
belə  metodiki  işləmələr  həm  xüsusi  zonalar  üzrə,  həm  də  ayrı-ayrı  sahəvi 
kitabxanalar  üzrə  həyata  keçirilsin.  Zonalar  üzrə  həyata  keçirilən  tədbirlər 
yaxşı  olar  ki,  ―Azərbaycan  Respublikası  Regionların  2009-2013-cü  illərdə 
sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramına‖  uyğun  nəzərdə  tutulmuş  iqtisadi 
rayonların  zonalar  üzrə  bölgüsünə  uyğun  həyata  keçirilsin.  Belə  bir  bölgü 
Azərbaycan Respublikasının Prezidentinin 14 aprel 2009-cu il tutulduğu kimi 
aparılsa  İcra  Hakimiyyəti  orqanları  və  digər  yerli  idarə  və  təşkilatlarda  bu 
xeyirxah işdə kitabxana işçilərinə yardımçı ola bilərlər. 
           Metodiki  təminat  işinin  effektli  olması  onun  təşkilindən,  həyata 
keçirilməsindən  təcrübəli  mütəxəssislərin  işə  cəlb  olunmasından  asılıdır. 
Təcrübəli  mütəxəssislər  dedikdə  uzun  müddət  kitabxanada  çalışan,  stajı  olan 
işçidən getmir, əksinə yeni təcrübədən, yenilikçi, yeni kitabxana proqramlarını 
bilən,  xarici  təcrübədən  malumatı  olan  rəqəmli  kitabxanalar,  elektron 
kataloqlar,  məlumat  axtarış  sistemlərinin  müxtəlif  aspektlərini  mənimsəmiş 
insanlar bu işə cəlb olunmalıdırlar. Respublikada metodiki təşkilat işinin bütün 
aspektlərinin 
öyrənilməsi, 
onun 
tədqiq 
edilməsi 
və 
bu 
işin 
istiqamətləndirilməsinə ümumi rəhbərlik M.F.Axundov adıma Milli Kitabxana 
tərəfindən  aparılmalıdır.  İndiyə  qədər  Respublikamızda  metodiki  fəsaliyyətin 
ayrı-ayrı xırda aspektləri öyrənilsə də, hərtərəfli geniş və əhatəli tədqiqatlar və 
işləmələr  aparılmamışdır.  Azərbaycanda  kitabxana  fəaliyyətinin  bugünkü 


27 
 
durumu  dünya  təcrübəsində  xeyli  geri  qalmasının  bir  səbəbi  də  metodiki 
təminat  fəaliyyətinin  özünün  geri  qalması  və  beləliklə  kitabxana  işinin 
inkişafına  yardımçı  ola  bilməməsidir.  Son  illərdə  bütün  şəbəkələr  üzrə 
metodik  işlərin  ezamiyələrələ,  yerlərə  gedə  bilməməsi,  xüsusilə 
Respublikamızın kənd yerlərində kitabxana işçiləri ilə görüşlərin keçirilməsinə 
onlara  yardım  edilməsi  yox  dərəcəsindədir.  Belə  olan  tərzdə  yerlərdə   
kitabxana  işinin  inkişafından,    irəliləyiş  və  yenilikdən  danışmaq  əbəs  olardı. 
Azərbaycanda metodik təminatı müsir tələblərə cavab verən səviyyədə inkişaf 
etmədən  kitabxanaların  inkişafından  yeni  texnologiyaların  tətbiqindən 
ümumiyyətlə, kitabxanaların inkişafından danışmaq olmaz. Bir məsələni qeyd 
etmək  lazımdır  ki,  Azərbaycan  kitabxanalarının  iş  təcrübəsində  metodik 
vəsaitlərdən  geniş  şəkildə  istifadə  edilməsi  olduqca  zəif  aparılır.  Respublika 
əhəmiyyətli  iri  universal  və  sahəvi  kitabxanalarda  metodiki  vəsaitlər  və 
işləmələr  demək  olar  ki,  hazırlanmır  nəşr  edilib  yerlərə  göndərilmir.  Bunun 
müqabilində  yerlərdə,  xüsusilə  MKS-lərdə,  onların  filial  kitabxanalarında 
metodik  vəsaitlər  və  işləmələrə  uyğun  yeni  istiqamətlərdə  texnologiyalar 
tətbiq  olunmur.  Bütün  bu  məsələlərin  elmi  cəhətdən  əsaslandırılıb  ortaya 
qoyulması  və  tətbiq  edilməsi  üçün  Respublikada  vahid  sistem  üzrə  metodiki 
təminatın  əsas  istiqamətləri  müəyyənləşdirilməli  və  tətbiq  edilməlidir.  Bunun 
üçün aparılacaq metodiki işin mahiyyəti dəqiqləşdirilməli, uzun müddət üçün 
aparılacaq  tədqiqat  işinin  və  keçiriləcək  tədbirlərin  perespektivləri 
planlaşdırılmalıdır.  İlk  növbədə  metodiki  işin  funksiyaları,  metodiki 
fəaliyyətin  mahiyyəti,  yəni  pedoqojı,  informasiya  və  təşkilati  məzmunu 
açıqlanmalıdır. 
            Belə  tədqiqatlar  aparılarkən,  yəni  metodiki  fəaliyyətin  mahiyyəti 
öyrənilərkən  metodik  mərkəzlərlə  aparılan  işin  xarakteri  və  yerlərdəki 
əlaqələri  Respublika  səviyyəsində  görüləcək  tədqiqtlar  onun  yerlərdəki 
kitabxana  şəbəkəsinə  təsiri,  xüsusilə  kütləvi  və  sahəvi  kitabxanalara    təsiri 
öyrənilməklə  metodiki  işin  üç  əsas  forması  nəzərdən  keçirilməli  və  bunların 
hər  biri  ayrı-ayrılıqda  aparılacaq  işin  əsas  mövzusu  kimi  tədqiqata  cəlb 
olunmalıdır. 
             Odur  ki,  Metodiki  işləmələr,  təkliflər  ayrı-ayrı  mərkəzlər  tərəfindən 
nəşr olunan  bütün materiallar birinci mərhələ
             -  Kitabxanaların  fəaliyyətinin  təhlili  üçün  şəhər,  rayon  və  kənd 
kitabxanasına  ezamiyyələr  yolu  ilə  gedişlər  və  onlara  praktiki  köməkliyin 
göstərilməsi. 
            2-ci mərhələ;  
            - Kitabxana işçilərinin ixtisasartıma sistemində iştirak etmək və bütün 
kitabxanaların  bu  işə  cəlb  edilməsi  isə  üçüncü  mərhələ  hesab  etmək  olar. 
Bizim  fikrimizcə  metodiki  fəaliyyətin  formaları,  müxtəlif  səviyyələrdə  olan 
mərkəzlərin işindən və onların profilindən asılıdır. Ona görə də, metodiki işin 


28 
 
konkret  bir  aspektinin  öyrənilməsi  belə  düşünürük  ki,  problemin 
öyrənilməsində onun daha  səmərəli olduğunu göstərir. 
            Metodiki fəaliyyətin tədqiqinin ikinci mərhələsində onun effektliliyinin 
ayrı-ayrı 
kitabxanaların 
metodik 
fəaliyyətinin 
öyrənilməsində 
ixtisasartırmadan  tutmuş,  metodiki  vəsaitlərədək  nəzərə  alınmalıdır.  İlk 
növbədə  metodiki  mərkəzlərin,  peşəkar  işçilərinin  tədqiqatda  iştirakı, 
Respublika  səviyyəsində  onların  müqayisəli  təhlilini  aparmaqla  müəyyən 
nəticələr  əldə  etməkdən  ibarətdir.  Pərakəndə  nəticələrin  təhlilinin  aparılması 
metodik fəaliyyətin bütövlükdə qiymətləndirilməsinə imkan verə bilməz. Bəzi 
tədqiqatlar  göstərir  ki,  onun  həyata    keçirilməsində  birinci  mərhələdə  yəni 
aparılan  işin  kefiyyətliliyi  ilk  növbədə  metodik  vəsaitlərdən  istifadə  edilməsi 
və ya metodik vəsaitin özünün hazırlanmasından xeyli asılıdır. 
Ona görə də, hər iki mərhələ və ya prosesin öyrənilməsi müəyyən vaxt 
çərçivəsində,  yəni  uzun  müddətdə  həyata  keçirilməlidir.  İstər  Respublika, 
istərsə  də  regionlar  üzrə  metodiki  təminat  işinin  kefiyyətliliyini  yuxarıda 
göstərilən  hər  üç  formada  öyrənərkən  qabaqcadan  hazırlanmış  ölçü  vahidləri 
və meyarları müəyyənləşdirilməlidir. 
           Bu  zaman  müxtəlif  səviyyələrdə  kitabxanaların  metodik  təminatının 
çoxillik  iş  təcrübəsi  nəzərə  alınması,  həmçinin  əvvəlki  illərdə  aparılan 
tədqiqatların  nəticələri  əsas  götürülməsi,  efektliliyi  baclıca  sahələri,  metodiki 
təminatın  əsas  istiqamətləri,  həmçinin  tədqiq  olunan  tədqiqatın  praktiki 
səviyyəsi,  metodik  mərkəzlərin  təklifləri  nəzərə  alınmalıdır.  Bu  cür  yanaşma 
istiqamətində  metodiki  fəaliyyətin  yuxarı  orqanlar  tərəfindən,  həmçinin 
praktiki kitabxana işçiləri tərəfindən qiymətləndirilməsi olduqca vacibdir. Hər 
iki  səviyyədə  tədqiq  olunan  materiallar  qiymətləndirilir,  ümumi  yanaşma 
səviyyəsi  müəyyənləşdirilir,  tədqiqatın  öyrənilmə  və  istiqamətləndirmə 
səviyyəsi  müəyyənləşdirilir.  Bütün  bu  deyilənlər  metodiki  təminat  işinin 
effektliliyinin  və  kefiyyətinin  öyrənilməsi  problemləri  ilə  bağlı  dünya 
təcrübəsində  olan  bəzi  mülahizə  və  fikirlərə  əsaslanaraq  Azərbaycanda 
kitabxanaların metodik təminat işinin həm təcrübi, həm də nəzəri məsələlərinə 
həsr  olunmuşdur.  Eyni  zamanda,  Azərbaycanda  fəaliyyət  göstərən  bütün 
kitabxana şəbəkələri və sistemlərində metodik fəaliyyətin yaxşılaşdırılması və 
aparılan  işin  kefiyyətliliyinin  nəzərdən  keçirilməsi,  qiymətləndirilməsi  və 
yeniliklərin tətbiq edilməsi olduqca vacibdir. Odur ki, kitabxana fəaliyyətinin 
əsas  istiqamətləri  müəyyənləşdirilməlidir.  İlk  növbədə  metodik  təminatın 
səviyyəsi  və  onun  tətdiqinin  və  tətbiq  üçün  təkliflərin  verilməsi  nəzərdə 
tutulmalıdır. 
           İlk növbədə müasir texnologiyaların tətbiqi və kitabxanalara bu sahədə 
köməklik göstərilməsi oxuculara  kitabxana-informasiya xidməti ilə bağlı yeni 
xidmət  formaları  və    üsullarının    öyrədilməsi,  fonddan  istifadə,  onun 


29 
 
qorunması,  bütövlükdə  kitabxanalarda  işin  təşkili,  kitabxanalarda  təşkilatı  – 
metodiki işin aparılması və s. qabarıq şəkildə geniş istiqamətləndirilməlidir. 
 

Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin