128
Mitra DADAġĠNƏSRĠN
“Kitabxana resursları və informasiya axtarış sistemləri”
kafedrasının aspirantı
TƏBRĠZ UNĠVERSĠTETĠNĠN MƏRKƏZĠ KĠTABXANASININ RFĠD
TEXNOLOGĠYASI
Açar sözlər: RFİD texnologiyası, Radio Dalğaları ilə İdentifikasiya,Təbriz
Universitetinin mərkəzi kitabxanası.
Ключевые слова:
Key words: RFID technology, Radio Frequency Identification, Central
Libraries’ University of Tabriz.
Kitabxana işində iki elektron xidmət meydana gəldi. Əvvəllər ştrix
kodlarından istifadə olunurdı. Hazırda RFİD (Radio Dalğaları ilə
İdentifikasiya) texnologiyası meydana gəlmişdir. 1990-ci ildən sonra RFİD
etiketləri ştrix kodları yerinə işlənir. RFİD qurğusu ştrix kodu kimi eyni
məqsədə xidmət edir və hər obyekt üçün unikal identifikatoru təmin edir [9,
10].
RFİD, radio dalğalarından istifadə edərək üzərindəki bir obyektin
şəxsiyyət məlumatını ədədi ardıcıl nömrə olaraq çatdıran sistemlərin ümumi
adıdır. Bu kabelsız sistemlər təmas etmədən və hətta görünər belə olmadan
oxunma imkanı verir ki, bu xüsusiyyəti ilə istehsal və ştrix kodu kimi ənənəvi
texnologiyalarının istifadə edilə bilmədiyi çətin mühitlərdə də böyük
asanlıqlar təmin edilir.
RFİD etiketlər, eyni zamanda elektronik məlumat daşıyıcıları olaraq
da istifadə edilə bilər və tapıldıqları dəyişik nöqtələrdə fərqli məlumatlar
yazılıb oxuna bilər. RFİD ümumi kateqoriya olaraq avto-ID texnologiyası
altında qruplaşır; avto-ID texnologiyalarının ortaq xüsusiyyəti əl ilə edilən
məlumat girişlərindəki müddəti qısaltmaq və səhvləri önləməkdir.
RFİD etiketi bir mikroçip, bir antena və bunların üzərini örtən
qoruyucu film təbəqəsindən meydana gələr. RFİD etiketlər İngiliscədə ―tag‖
yəni etiket, transponder adlandırılar. Bir çox şəkil və ölçüyə sahib etiketlər
vardır. RFİD etiketlər passiv (batareyasız) və ya aktiv (batareyalı) ola bilər. Bu
mikroçip 64 bitdən 2 KB-ə qədər məlumat yığma xüsusiyyətinə sahib ola bilər
ki, bu da üzərində tapıldığı məhsulun istehsal-sövq tarixi, sifariş nömrəsi,
müştəri məlumatları, ardıcıl nömrəsi kimi əhəmiyyətli məlumatları asanca
daşıya biləcəyi mənasınıverir.
RFİD etiketlərinə məlumat yazılması və bu məlumatların lazım
129
olduqda oxunması radio dalğaları ilə edilir. Ən geniş şəkildə istifadə edilən
passiv etiketlər RFİD oxucusu tərəfindən yayılan enerji ilə aktiv olurlar və
üzərlərindəki məlumatı oxucuya göndərirlər. RFİD oxucular etiketlərdən
yığdıqları məlumatları dirək olaraq ya da şəbəkə üzərindən, bu məlumatı
işləyəcək olan kompüter proqram sisteminə çatdırarlar. Gələn bu məlumat,
eyni barkod sistemlərində olduğu kimi istifadəçinin istədiyi əməliyyatlara
uyğun olaraq işlənərək istifadə edilir, yığılır.
RFİD etiketi oxucu tərəfindən görünmədən və uzaq məsafədən də
oxuna bilər. Etiket üzərindəki məlumat istənildiyi zaman RFİD oxucu ilə
sərhədsiz dəfə dəyişdirilə bilər. Eyni anda bir çox etiket oxuna bilər (300
Ad/sn). Etiketlər mühit şərtlərindən qismən təsirlənə bilərlər. İstifadəyə bağlı
olaraq uzun ömürlüdür.
RFİD sistemləri son illərdə sürətli bir inkişaf göstərərək daha məşhur
istifadə sahəsinə sahib olmuşdur. Bir RFİD sistemi üçün büdcə meydana
gətirmək istəndiyində, əvvəlcə sistemdən nələr gözlənildiyi və etiketləmənin
hansı səviyyədə ediləcəyinin təyin olunması lazımdır. Etiketləmə məhsul
səviyyəsində edilə biləcəyi kimi qolu, palitra və ya konteyner səviyyəsində də
edilə bilər. Yenə tətbiqə bağlı olaraq RFİD etiketlər geri çevrilməli şəkildə
istifadə edilərək xərclər salına bilər. Ayrıca son dövrdə performansı gedərək
artırılan mobil oxucular ilə sabit sistemlərə asılılıq azaldılaraq daha çox
nöqtədə məlumat toplamana bilərkən xərclərdə də qənaət təmin edilməkdədir.
RFİD sisteminin ana komponentləri olan sabit oxucu və antenalar, mobil
oxucular, RFİD printerlər, Proqram, İnteqrasiya sabit xərci meydana
gətirərkən illik etiket istehlakı da dəyişən xərcləri meydana gətirir [1,4,13].
Radio dalğalari ilə identifikasiya və Avtomatik identifikasiya
iqtisadiyyatın real sektorlarında: ticarətdə, sənayedə, səhiyyədə, anbarlarda,
satış məntəqələrində və s istifadə olunur[7].
Qısaca demək olar ki RFİD-də, RF ―radio dağaları‖; İD ―identifikasiya
mənasını verir. RFİD etiketi İngiliscədə ―tag‖ adlandırılır. Hər etiket bir
kompüter çip və antenadan ibarətdir ki, kağızda və ya başqa ( flexible )
mühitdə çap edilir. RFİD bir ştrix koduna bənzəyir ki, elektromaqnit (field)
sahə və ya lazer şüası ilə oxunur. RFİD ştrix kodlar ilə müqayisədə irəli
çəkilən texnologiyadır. RFİD etiketləri oxumaq üçün görünməlidir; əvəzində
bu etiket harada yerləşdirildiyindən asılı olmayaraq, məsələn, kitabın
örtüyündə və ya hər məsulun qablaşdırmasında oxuna bilər. Yalnız
identifikasiya nömrəsiylə məhdudlaşan ştrix kodudan ibarət olan etiketlər daha
çox, mürəkkəb məlumatı daşıyır. Çip RFİD etiketin bir hissəsidir ki,
kitabxana informasiya baytlarını, məsələn, kitabın adı və ya onun şifrəsini
daşıyır.
Kitabxanaların inkişafı və fondun artması, həmçinin yeni
texnologiyadan
istifadə
etməyin
üstünlükləri kitabxanaların RFİD
130
texnologiyasından istifadə etməsinə səbəb olub. Bu texnoloji yüksək
texnologiyadır (Hi-Tech), o bir obyektin identifikasiya üçün informasiyanı
radio dalğalar və etiketlər vasitəsilə FRİD qəbuledici təchizata göndərir.
RFİD sistemin iki təməl komponentdən, yəni texniki vasitələr və
proqram təminatı ilə təşkil olunur. Texniki vasitələr bütün elektrik
təchizatlarıdır ki, bu da iki qrupa bölünür: oxucular və etiketlər. Oxucuların işi
informasiyanı yazmaq və oxumaqdır. RFID etiketlərində isə informasiya
ehtiva edilir və bu məlumatların lazım olduqda radio dalğaları ilə oxunması
təmin edilir. Etiketlərin müxtəlif formaları var ki, kitabxanada ən şox nişan
(label) formadan istifadə olunur. Proqram təminatı RFİD oxucularını idarə və
nəzarət edir. Kitabxanalarda RFİD texnologiyası üç hissədə xidmət edir:
fondun təşkili, kitabxana xidmətləri, kitabxana sənədlərinin təhlükəsizliyi.
Kitabxanada istifadə olunan qurğular aşağıdakılardan ibarətdir : sabit
RFİD sistemlər, mobil RFİD sistemlər, RFİD yazıçıları, RFİD oxucuları,
RFİD antenalar (ümumiyyətlə hər oxucu üçün iki ya da dörd antenaya ehtiyac
duyulmaqdadır), Ana kompüter, Proqram və işıq sensörü [2,3,4,5,6,8].
Kitabxanada RFİD texnologiyadan istifadə etmək üçün əvvəlcə
sənədləri hazırlamaq lazımdır. Təbriz universitetinin Mərkəzi kitabxanasında
2010-ci illin sentyabrından RFİD texnologiyadan istefadə etdir. Sənədləri
hazırlamaq məqsədi ilə əvvəlcədən kitabxananın bütün kitabları FRİD etiketi
ilə təmin edilirdi. RFİD yazıçılar ( RFİD printer) vasitəsilə bu etiketlərin
üzərində hər kitabın ştrix kodu, qeydiyyat nömrəsi, kitabın adı, saxlanan yerin
kodu, kitabxananın nişanı və s. informasiyalar yazılıb və kitabın cildinə əlavə
olunub və rəflərdə yerləşdirildi. Sənədlərin etiketi olmasa evə oxumaqa
verilmir. Bu FRİD etiketləri gözlə oxuna bilinməz və yalnız FRİD oxucu
vasitəsilə oxunar.
Kitabxanaçılara mövcud olan kitablara nəzarət etmək üçun mobil
(portativ) oxucu lazımdır. Mobil oxucuların bir proqram təminatı var ki, o da
nişanların oxunması prossesini yerinə yetirir və ehtiyatda saxlanan
informasiyanı oxuyur və sonra informasiyanı xidmət göstərən təchizata
köçürür. Mobil oxucu vasitəsilə az müddətdə və rahatlıqla kitab rəflərini
oxumaq olur. Mobil oxucu vasitəsilə 10 kitabı bir saniyədə oxumaq olar.
Mobil oxucunu rəflərin kənarında dalğa formada hərəkət etdirib və hər rəf
haqqında informasiyasını bir saniyədə təmin etmək olar. Beləliklə,
kitabxanaçılar həm kitabların siyahısını əldə edir və həm döz önündə
yerləşməyən kitabı tapıb öz yerində yerləşdirə bilərlər. Həmcinin mobil oxucu
və onun proqramı vasitəsilə hər hansı bir kitabı rəflərdə axtarmaq olar. Buna
görə əvvəlcə o kitabın informasiyasını mobil oxucuya yazıb və sonra rəflərdə
gəzdirib kitabı tapmaq mümkündür. RFİD-in böyük üstünlüklərindən biridə
odur ki, o rəfdə olan kitabların etiketini oxuya bilir. Beləliklə, kitabxanada
mövcüd olan kitabların siyahısı əldə edilir və həm kitabların müntəzəm olaraq
131
rəfdə öz yerlərində yerləşmələrinə nəzarət etmək mümkün olur. Yeni
texnologiya kitabxanalara imkan verir ki, eyni funksiyaları sadə və effektiv
formada yerinə yetirsinlər.
Həmçinin RFİD texnologiya vasitəsilə ağıllı oxucu biletləri də təmin
etmək mümkündür.
Abonoment şöbəsində RFİD texnologiyadan istifadə edərək müxtəlif
xidmətlər təqdim olunur. RFİD texnologiyanın bu hissəsi ―ştat işlənməsi‖
(Staff Handling) adlanır. Burada etiketdə yazılan informasiyanın düz olub-
olması yoxlanır və nəzarət olunur. Əgər informasiyada səhv olarsa, onu ləğv
edib və yenidən yükləyirlər. Bu hissədə həmçinin texniki vasitələr və onun
proqram təminatilə abonoment işləri, məsələn, kitabı oxumaqa vermək,
qaytarmaq və s. məsələlər yerinə yetirilir.
Kitabxanalarda kitablar və sənədlər dəfələrlə oxumaqa alınır və
qaytarılır. FRİD-dən istifadə etmək kitabxananın fəaliyyətlərini daha səmərəli
edir. Çünki RFİD etiketləri dəfələrlə yenidən istifadə edilir. Həmçinin
kitabxanada RFİD təhlükəsizlik mexanizmi kimi işlənir. RFİD etiketlərı
müxtəlif yollarla təhlükəsizlik əməyini yüngülləşdirə bilər. Bir metodda
istifadə olunan etiketin bir ―təhlükəsizlik biti‖ var ki, ―aparmaq‖ (checked-in)
və ―qaytarmaq‖( checked-out) vəziyyəti dəyişilə bilər. Kitabxananın çıxış
darvazalarında etiket oxuyan təchizatlar var. Əgər istifadəçinin etiketi
―aparmaq‖ istəyində olarsa həyəcan səsi səslənir və beləliklə, icazəsiz kitabı
kitabxanadan çıxartmaq olmur. Başqa metodda həmin istifadəçi çıxış
qapısından keçir, sistem əldə və ya çantada olan kitabların etiketini oxuyur və
kitabxananın verilənlər bazasından sənədin aparmaq icazəsinin olub-
olmamasını soruşur. Baxmayaraq ki, RFİD-dən oğurluğa qarşı sistem kimi
istifadə etmək olar, amma bu o mənada deyil ki, o olduqca yüksək
təhlükəsizlik texnologiyasıdır.
Kitabxanada RFİD texnologiyanın başqa xidməti növü ―özü
qaytarmaq‖ (self Check-in) və ―özü aparmaq‖ (Check-out) təchizatından
ibarətdir. Bu avtomatik abonoment şöbəsi adlanır. Kitabxana oxucuları bu
hissəni çox istəyirlər, çünki oxucu istənilən kitabı seçib və qötürdükdən sonra
müstəqil formada onu təchizata yaxınlaşdırıb və qeydiyyatdan keçirir.
Beləliklə, oxucu kitabxanaçıya ehtiyac düymadan kitabı oxumaqa aparır və
hətta kitabı qaytaranda yenidən təchizata yaxılaşdırıb və öz adından çıxardır.
Bu təchizatda çalışmışlar ki, kitabxana oxucuları daha rahatlıqla abonoment
işlərini özləri yerinə yetirsinlər.
İkinci mərhələdə sənədi proqram təminatı vasitəsilə identifikasiya
etməkdir. Buna görə oxucu sənəd və ya kitabı RFİD oxucu sisteminə
yaxınnadır və sistem sənədi identifikasiya edib və oxucuya bir qəbz verir.
RFİD texnologiya vasitəsilə oxucu sənədi günün hər saatında
kitabxanaya qaytara bilər. Bu sistem ―salma qutusu‖ (Drop Box) adlanır.
132
Beləliklə kitabın qaytarmaq əməliyyatı avtomatik olub və kitabxanaçıların
köməyi olmadan yerinə yetirilir. Bona görə oxucu kitabı ―salma qutusu‖-na
salır. Sistem kitabın informasiysını ekranda göstərir və dərhal onun adını
oxucunun faylından silib və qaytarmaq qəbzini oxucuya verir [11,12,13,14]
Dostları ilə paylaş: |